“Big Bang” nəzəriyyəsinin də göstərdiyi kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlayış hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlarla və detallarla doludur.
Partlayışın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas ölçülərə malik olmalıdırlar. Həmin ölçülərdən hər hansı birinin təmin olunmaması belə bu gün içində yaşadığımız kainatın varlığını mümkünsüz edərdi. Qeyd olunan ölçülərdən hər hansı birinin riyazi olaraq “0”-a yaxın olan bir miqdarda dəyişməsi belə bu sonu hazırlamağa kifayət edərdi. davamı »
Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. 
