Hüceyrənin mənşəyini axtarmağın mahiyyəti
Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. davamı »
“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.
Yer kürəsinin yeri
Yer kürəsinin həyat üçün ən zəruri şərtləri, əvvəla, temperaturu və atmosferidir. Göy planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də, bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.
Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? 

