Orqanizmimizin oksigendən istifadə etməsi bu qazın suyun içində həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldıqda ciyərlərimizə daxil olan oksigen dərhal həll olaraq qana qarışır. Qandakı hemoqlobin adlı zülal həll olmuş oksigen molekullarını hüceyrələrə daşıyır. Hüceyrələrdə isə xüsusi fermentlər sayəsində oksigendən istifadə olunaraq ATF adlanan karbon birləşmələri yandırılır və enerji əldə edilir.
Bütün kompleks canlılar bu sistemlə enerji əldə edirlər. Əlbəttə, bu sistemin işləməsi oksigenin həll olma qabiliyyətindən asılıdır. Əgər oksigenin həll olma qabiliyyəti lazımi dərəcədə olmasaydı, qana çox az miqdarda oksigen qarışar və bu da hüceyrələrin enerji ehtiyacının təmin olunması üçün kifayət etməzdi. Oksigenin həddindən artıq həll olması isə qandakı oksigen miqdarını artırar və oksidasiya zəhərlənməsi baş verərdi.
Qazların suda həll olma dərəcələri bir-birindən çox fərqlənir. Ən çox həll olan qaz ilə ən az həll olan qaz arasında bir milyon dəfə həll olma fərqi var. Demək olar ki, heç bir qazın həll olma dərəcəsi eyni deyil. Məsələn, karbon qazı oksigenə nisbətən suda 20 dəfə çox həll olur. Bu qədər fərqli həll olma dərəcələri arasında oksigenin həll olma dərəcəsi məhz bizə lazım olan ölçüdədir. davamı »
Bədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?
Bədənimizin oksigendən istifadə edə bilməsi, bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə daşıyar.
Fotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin əksər insan dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilməz.
Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)



