Qar Kristallarındakı Dizayn

Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların, fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır.

İncə və kiçik təbəqələr, çox budaqlı ulduzlar ya da kiçik iynə başlıqlarına bənzər şəkillərdəki qar dənələrinin meydana gəlməsi tamamilə heyrətamizdir. Bir qar dənəsi 200-dən çox buz kristalından ibarətdir. Qar kristalları mükəmməl nizam içində düzülmüş su molekullarından meydana gəlir. Memarlıq şahəsəri olaraq xarakterizə edilən qar kristalları su buxarının buludlardan keçərək soyuması nəticəsində formalaşır.

Proses belə baş verir: Su buxarının içində nizamsız şəkildə hər yerə dağılmış su molekulları buludlardan keçərkən temperaturun düşməsiylə aktivliklərini itirir. Daha az hərəkət edən su molekulları bir müddət sonra qruplaşmağa başlayır və nəticədə bərk forma alır. Ancaq qruplaşmalarda heç də nizamsızlıq yoxdur, əksinə həmişə bir-birinə bənzəyən mikroskopik altıbucaqlı olaraq birləşirlər. Hər qar dənəsi əvvəlcə bir altıbucaqlı su molekulundan meydana gəlir, daha sonra digər altıbucaqlı su molekulları da gəlib bu ilk parçaya əlavə olunur. Ekspertlərə görə bir kristalın formasını təyin edən təməl xüsusiyyət bu altıbucaqlı su molekullarının zəncirin halqalarının bir-birlərinə birləşməsidir.

Əslində kristal zərrəcikləri istiliyə və rütubətə görə eyni formada olmalı idilər, amma tamamilə fərqli şəkillərə bürünürlər. Niyə bütün qar dənələrində altıbucaqlı simmetriya var? Niyə hər bir qar kristalı digərindən fərqlidir? Kənarları niyə düz yox, bucaqlı quruluşdadır? Oxşar suallara alimlər hələ də cavab tapmağa çalışırlar. Ancaq ortada açıq-aşkar yaradılış gerçəyi var.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
4 Responses
  1. Vidadi says:

    Çox sağolun maraqlı məlumata görə…

  2. fidan says:

    mene cox maraqlidi,niye qar denecikleri bele formada olur,nece olur ki olar xele forma alirlar?

  3. N.Ferid says:

    bele baxanda cox maraqlidi.menim bawim cixmirki niye bu qar deneleri bawqa cur olur dolu deneleri bawqa cur.he?

  4. jozefina123456 says:

    gozeldir maraqlidirr

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)