Tag-Archive for » biologiya «

Sürətlə Uçan, Ağır Yük Qaldıran və Hündürlüyə Tullanan OLİMPİK CANLILAR

51 tonluq ağırlığı qaldırmaq, 210 metrlik göydələnə bir həmlədə tullanmaq, 15.000 kilometrlik yolu fasiləsiz qət etmək bir insanın fiziki cəhətdən bacaracağı hərəkətlər deyil. Ancaq təbiətdəki bəzi canlılar bu hərəkətləri yaradıldıqları ilk gündən etibarən çətinlik çəkmədən, heç kimin sənin dəstəyi olmadan olmadan ustalıqla yerinə yetirirlər. Yalnız Allahın lütf etdiyi canlılarda olan bu xüsusiyyətlərin hər biri Rəbbimizin bənzərsiz yaratma dəlilləridir.

Allah canlılara yaşamaq və həyatlarını davam etdirib növlərini artırmaq üçün nemət olaraq müxtəlif xüsusiyyətlər bəxş etmişdir. Təbiətdə olan və bu məqalədə yalnız bir qismindən bəhs edəcəyimiz canlıların insanlarla müqayisə edilə bilməyəcək səviyyədəki sürət və tullanma qabiliyyətləri, ağır şəraitlərdə çətinlik çəkmədən mübarizə aparmaları Rəbbimizin yaratma sənətinin və elminin bənzərsiz dəlilləridir. Canlılar bu möhtəşəm xüsusiyyətləri sayəsində ov ovlayır, düşmənlərindən qaçaraq özlərini müdafiə edir və balalarını qoruya bilirlər. davamı »

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »

Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı

Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? İndiki texnologiya ilə belə bir uğurun reallaşması mümkün deyil. Ancaq bu o demək deyil ki, belə bir sistem dünyada yoxdur. İlk dəfə eşitdikdə mümkünsüz kimi görünən qeyri-adi sistem insan ilk ortaya çıxdığından bəri mövcuddur. Hal-hazırda yer üzündəki bütün insanların orqanizmini təşkil edən təqribən 100 trilyon hüceyrənin hər birinin qılafında belə bir sistem mövcuddur. davamı »

Delfinlərdəki Üstün Yaradılış

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Ma­ma­ne, Le Sur­do­ue du Grand Bleu, Sci­en­ce et Vie Ju­ni­our, Avqust 1998, s.79-84)

Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. davamı »

Canlılardakı Mükəmməl Simmetriya

Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, ətrafa baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.

Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.

Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları… Əlinizə yan tərəfdəki şəkillərə bənzəyən bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. davamı »

Arı Yeyən Quşların Ağıllı Taktikaları

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137) davamı »

Su və Bitkilər Arasındakı Ahəng

Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.

Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.

Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su, hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir. davamı »

Yer Kürəsinin Temperaturu

Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.

Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120°C ilə -20°C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir. davamı »

“Adaptasiya” Səhvinə Dair Xəbərdarlıq

Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və “adaptasiya” anlayışına inanan insanlara aiddir.

Adaptasiya “uyğunlaşma” deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir. davamı »

Darvinizm Elmi Nəzəriyyə Deyil

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, hətta bu gün də bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqətlər kimi qəbul edir. Çünki təkamül nəzəriyyəsinin cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər sahədə necə təkzib edildiyini bilmir.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlı hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük bir şəhərdən daha mürəkkəb quruluşa və fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və əksiksiz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman ərzində dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüfən” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. davamı »