Mar 2012
Həyəcanlandıqda və ya qorxduqda daha güclü, cəld və diqqətli olmağınızı təmin edən adrenalin hormonu orqanizminizə hansı əmrləri verir?
Çox güclü təsiri olan bu hormon təhlükəli vəziyyətdə nə qədər ifraz olunur?
Ürəyə, beyinə və əzələlərə gedən damarları açan adrenalin molekulları qaraciyərə və dəriyə gedən damarları nə üçün daraldır?
Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir. davamı »
Mar 2012
Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.
Ülgücü həzm edən turşular mədədə necə zərərsizləşirlər?
Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. davamı »
Mar 2012
İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 km uzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.
Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. davamı »
Mar 2012
Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:
1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.
2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir. davamı »
Mar 2012
Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.
Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.
Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir. davamı »
Mar 2012
Canlıların klonlaşdırılması nədir?
Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.
Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?
Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur). Klonlaşdırma isə canlı hüceyrəsinin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada proses onsuz da canlı olan hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu “həyat həyatdan qaynaqlanır” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi media yolu ilə həyata keçirilən yanıltma və yalandan ibarətdir. davamı »

