Archive for » 2010 «

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Dünyanın Ən Möhkəm Yapışqanı

Çaylarda, su hövzələrində və su kanallarında yaşayan Caulobacter crescentus adlı şirin su bakteriyası mövcud olduğu yerdə qalmaq üçün təbiətdəki ən möhkəm yapışqandan istifadə edir.

Bakteriyanın yapışmaq üçün ifraz etdiyi yapışqan maye ən möhkəm sənaye yapışqanlarından belə üç dəfə möhkəmdir.

Caulobacter crescentus adlı şirin su bakteriyası. Elm adamları müəyyən etdilər ki, bu bakteriyalardan birini yapışdığı yerdən qoparmaq üçün 1 mikronyutonluq güc tətbiq edilməlidir.

Bakteriyanın bu yapışma gücü bir qəpik böyüklüyündəki sikkənin üstünə üç və ya dörd avtomobil qoyulduqda əldə edilən təsirə bərabərdir. Daha təəccüblü olan isə bu yapışqanın nəm yerlərdə belə təsirli olmasıdır.1 davamı »

Bakteriyalar Danışır!

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün sonara bənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar. davamı »

İşığa Açılan Pəncərə: Şüşə

Şüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.

İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla bərabər şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur. (1)

Təbiətdəki şüşə insanlara yol göstərici olmuş və ondan geniş şəkildə faydalanmamıza vəsilə olmuşdur.

Şüşə inşaat, avtomobil, içki, ərzaq, bəyaz əşya, mebel, əczaçılıq, dənizçilik, elektrik, elektronika və daha bir çox sektorda istifadə edilən mühüm məmulatdır. Şübhəsiz, şüşənin həyatımızda bu qədər geniş istifadə edilməsinə səbəb ondakı üstün xüsusiyyətlərdir. davamı »

Canlıların Təbii “Kompasları”

Suitlərinin bığlarındakı quruluş istiqaməti müəyyən etmələrini təmin edir

Almaniyanın Bonn və Rur Universtitetlərindən bir qrup elm adamı suitləri üzərində apardıqları tədqiqatda bu canlıların qaranlıq və ya bulanıq sularda ovlarını tutmaq üçün bığlarından istifadə etdiklərini üzə çıxardılar.1

Buna əsasən suitləri eşitmə və görmə kimi duyğu orqanlarından istifadə edə bilmədikləri mühitlərdə ovlarını balıqların su içində hərəkət edərkən arxalarında buraxdıqları suyun çalxalanma izlərini təqib edərək tapırlar. Quido Denhardt və dostları tərəfindən həyata keçirilən bu tədqiqat suitlərinin bığlarının 200 metrə qədər məsafədəki ovlarını belə izləməyə imkan verdiyini göstərir.2 davamı »

Nanotexnologiya və Mikrodünyalardakı Yaradılış

Texnologiya inkişaf etdikcə istifadə etdiyimiz vasitələrin ölçüləri kiçilir. İlk kompüter bir otaq qədər böyük idi. Əvvəl bir iş stolunun, sonra da dizlərin üstünə qoyulacaq qədər kiçildi. İndi isə cibimizdə daşınacaq qədər kiçik olanları belə var. Bəs görəsən texnologiya məhsullarındakı kiçilmə prosesi nə qədər davam edər? Məsələn, bir duz dənəciyindən belə daha kiçik motor, ya da toz zərrəciyi qədər kiçik kompüter elektrik dövrəsi hazırlamaq mümkündür?

Hal-hazırki ən sürətli kompüterdən qat-qat keyfiyyətli kompüterin bir üzüyün içinə sığışdırıldığını və batareyasını doldurmadan günlərlə istifadə edə bildiyinizi düşünün. Hələlik bu cür kompüteri yalnız xəyallarınızda canlandıra bilərsiniz. Çünki belə bir kompüteri əmələ gətirən komponentləri hələ istehsal edə bilmirik, elm adamlarının qarşısında texniki cəhətdən həll edilməli bir yığın problem var. Bəs əgər atom ölçüsündə cihazlar düzəltməyə çalışsaydıq?

Hamı atomların gözlə görünməyəcək qədər kiçik olduğunu bilir. Amma nə qədər kiçik? Bunu zehnimizdə canlandırmaq üçün belə nümunə verə bilərik: ovcunuzun içinə 12 q kömür tozu almış və 3 milyard insana da bu tozun içindəki atomları saymaq vəzifəsini vermisiniz. Hər insan gündə səkkiz saat işləyir və saniyədə bir atom sayır. 3 milyard insanın qoşulduğu bu sayma prosesi “20 milyon il” davam edərdi. davamı »

Kəpənəklərdəki 30 Milyon İllik İşıq Texnologiyası

Elm adamları işıq yayan təsirli və faydalı cihaz kəşf etdikdə eyni metoddan kəpənəklərin 30 milyon ildən bəri istifadə etdiklərini bilmirdilər!

Qısa şəkildə LED adlandırılan işıq yayan diodlardan (tək istiqamətə elektrik axınını ötürən dövrə komponenti) əsasən elektron cihazların göstəricilərində və avtomobilərin stop lampalarında işıqlandırma məqsədilə istifadə edilir. Ancaq normal LED-lərdən çıxan işıq ilə düzgün şəkildə işıqlandırılma olmur. Elm adamları bunun səbəbini işığın zəif yayılması ilə açıqlayırlar.

2001-ci ildə dünyanın qabaqcıl texnologiya universitetlərindən MTİ-də (Massaçusets Texnologiya İnstitutu) Aleksey Erçak və həmkarları daha faydalı LED düzəltməyi bacardılar. davamı »

Mercedes-Benz’in Bionik Avtomobili

Məşhur avtomobil firması Mercedes-Benz  bionik avtomobil istehsal etdi. Uzun müddət yanacaq israfını azaltmağı qarşısına məqsəd qoyan firma bu məqsədlə bir tədqiqat layihəsi həyata keçirdi. Layihədə məqsəd aerodinamik cəhətdən daha uyğun səth dizayn etmək idi. Bunun üçün uyğun həll yolunu dənizlərdə yaşayan qutu balığı (Ostraction meleagris) adlı kiçik canlıda tapdılar.

“Bionik DCX” adlı bu layihə həyata keçirilərkən ilk iş kimi kompüterdə kutu balığının bədən formasının modelləri çəkildi. Xüsusi canlandırma proqramlarında hərəkət halındakı balığın üzərindəki havanın necə yer dəyişdirdiyi tədqiq edildi. Canlandırmalarda balığın suyun içində hərəkət edərkən suyun müqavimətini azaldan bədən formasına malik olduğu müşahidə edildi. davamı »

Dünyanın Ən Böyük Qutanı İlk Uçuşuna Hazırlaşır

1967-ci ildə ABŞ casus peykləri Xəzər dənizi üzərində hərəkət edən nəhəng cismi müəyyən etdi. Səlahiyyətli nümayəndələr dərhal bu vəziyyətdən xəbərdar edildilər. Bir qrup tədqiqatçı Vaşinqtonun kənarında Müdafiə və Təhqiqatlar Agentliyi MTA-nın “Yaşıl Otaq” adlandırılan hissəsində bu məsələni müzakirə etmək məqsədilə toplandı. Cisim təyyarəyə bənzəyirdi, amma məlum olan sərnişin təyyarəsindən böyük idi. Nəhəng quruluşa malik idi, amma qanadları olduqca kiçik idi. Uçması qeyri-mümkün görünən bu cisim otaqdakı səlahiyyətli nümayəndələri çox təəccübləndirmişdi. Bir polkovnik “bu bir divdir” dedi. Digəri isə “bəli” deyə cavab verdi və “Lok Ness divi” dedi.1

Bu cisim həqiqətən nə idi və necə işləyirdi? Ruslar onunla nə etməyi planlaşdırmışdılar? Cavablar sonrakı 10 il boyu yavaş-yavaş tapıldı: o bir “Ekranoplan” idi. Təyyarələrin edə bilmədiyi bir şeyi edirdi, su üzərində aşağı hündürlükdə uçurdu, həm də uzun müddət ərzində. Ekranoplan Rotislav Alekseyev adlı rus tərəfindən icad edilmişdi. davamı »

Kompassız İstiqaməti Təyin edən Canlılar

Kompaslar Yerin maqnit sahəsindən istifadə edərək istiqaməti göstərirlər. Bu xüsusiyyətlərinə görə də hava və dəniz səyahətlərində həyati əhəmiyyət daşıyırlar. Ən son aparılan tədqiqatlar isə bununla bağlı təəccüblü bəzi həqiqətləri üzə çıxarmışdır. Kompasın icadı və insanlar tərəfindən istifadəsi müəyyən bilik və elm nəticəsində ortaya çıxmışdır. Bununla belə bəzi canlı növləri uzun səyahətlərdə “öz kompaslarından” istifadə edirlər. Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç etdikləri bölgələrin yerlərini heç çətinlik çəkmədən tapa bilir. Bu canlılar heç bilikləri yok ikən və bununla bağlı heç nə öyrənmədiklərinə baxmayaraq bunu bacarırlar.

Əlbəttə, bu canlıların bədənlərində istiqamət və məsafə təyin etmələrini təmin edən dedektorlar, GPS sistemləri1 və ya kompaslar yoxdur. Hamısında ətdən, sümükdən və sinirlərdən ibarət orqanlar var. Bir az sonra verəcəyimiz misallardan açıq şəkildə göründüyü kimi canlılardakı bu üstün sistemlər bizlərə onların dizayn edilmiş yaradılış möcüzəsi olduğunu sübut edir. davamı »