Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı.Yaxşı, bəs bu qədər kiçik cismin – atomun içində nə var? Məsələ ondadır ki, hədsiz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir.

Nüvədəki gizli güc

Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan meydana gəlmişdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm bərabərdir. Yəni, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.

Bu kiçikliyi təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əgər əlinizdək açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olardı. İndi isə həmin “gilas”ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boş yerədir – çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Nüvəni görə bilmək üçün ölçüləri yenidən dəyişdirmək lazımdır. Bu dəfə həmin “gilası”ı iki yüz metr enində nəhəng şara çevirməliyik. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik – vur-tut bir toz dənəciyi boyda olacaq.

Nüvənin 10-12 sm-lik miqyasıyla atomun 10-8 sm-lik miqyasını müqayisə edəndə belə bir nəticə ortaya çıxır: əgər atomu bir kürə şəklində qəbul edib həmin kürəni tamamilə nüvəylə doldurmaq istəsək, bunun üçün 1.000.000.000.000.000 dənə atom nüvəsi lazım olacaq.

Ancaq bundan daha təəccüblü vəziyyət var: ölçülərinin atomun 10 milyardda biri qədər olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin % 99,95-nə bərabərdir. Bəs necə olur ki, bir tərəfdən kütlənin az qala hamısı nüvənin payına düşür, digər tərəfdən isə nüvənin ölçüləri atomun ölçülərindən 10 milyard dəfə kiçik olur?

Səbəb belədir: atomun kütləsinin sıxlığı bərabər şəkildə paylanmamışdır. Yəni kütlə əsasən atomun nüvəsində cəmlənmişidr. Tutaq ki, sizin 10 milyard kv. metrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kv.metrlik otağa yığmalısınız. Bunu necə etmək olar? Təbii ki, belə bir şey mümkün deyil. Ancaq atomun nüvəsi dünyada tayı-bərabəri olmayan bir güclə bunu edə bilir. Bu gücün qaynağı kainatdakı dörd təməl qüvvədən biri olan “Güclü Nüvə Qüvvəsi”dir. Bu təbiətdəki ən şiddətli qüvvədir və məhz bu qüvvə, atomun nüvəsini bir yerdə saxlayaraq, dağılmağa qoymur. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsinin təsirilə bir-birlərini itələyirlər. Amma Güclü Nüvə Qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə böyük olduğundan, protonları bir yerdə tuta bilir və nüvəni dağılmağa qoymur. Qısası, hədsiz dərəcədə kiçik olan atomun daxilində bir-birinə təsir göstərən iki böyük qüvvə var və onların son dərəcə həssas tarazlığı sayəsində nüvə bütöv qala bilir.

Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada möhtəşəm və qüsursuz bir dizaynın olduğunu görməmək mümkün deyil. Kainatdakı təməl qüvvələrin böyük elm və qüdrətlə ən uyğun şəkildə yaradılması açıq-aşkar göz önündədir. Bəzi insanlar bütün bunları danmaq üçün həm kainatın, həm də atomun təsadüflər nəticəsində yarandığını iddia edirlər. Halbuki, aparılan hesablamalar kainatdakı bu sistemlərin təsadüfən yaranması ehtimalının sıfıra bərabər olduğunu göstərir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. Eziz says:

    Hə bu maraqlı idi. Bunu başa düşdüm

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)