Azotdakı Tarazlıq və Bakteriyalar

Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir.

Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər.

İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir. Bunlardan bitkilər faydalanır və dövran beləcə davam edir.

Diqqət etdikdə bu dövranda sadəcə bakteriyaların olmamasında belə həyatın sonunu gətirəcəyini başa düşmək olur. Çünki bakteriyalar olmadan bitkilər karbon ehtiyaclarını təmin edə bilməyəcək və məhv olacaqlar. Bitkilərin olmadığı bir mühitdə isə, əlbəttə, həyatdan bəhs etmək olmaz. Bütün bunlar həyatın çox incə tarazlıqlar əsasında yaradıldığını göstərir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. End says:

    Yurdsevər,

    Əslində bəzilərinin lağ etdiyi, zəif və gücsüz kimi qiymətləndirdikləri bu mikroskopik canlıların necə heç bir əksikliyi olmadan kompleks quruluşa malik olduğunu gözəl bilirik.
    Qidanin mədədə həzminə kömək etmək üçün mövcud olan bakteriyaları biz idarə edirikmi? Həmi xeyir verən bakteriyalar nomadan cüzi çox olanda isə mənəm-mənəm deyən insan bakteriyaya aid etdiyi zəif, gücsüz şəklə düşmürmü?? Bəs bu norma və tarazlıq necə saxlanılır?
    Biz insanlar bir bakteriyanın əlində aciz qalmışıq, ancaq bəziləri elə arxayın danışır ki, elə bil nəinki mikroaləmə, hətta kainatdakı həssaslıqlara, tarazlıqlara, nizama da tam demirəm, cüzi təsir edə bilir

    Biz əslində heç də elmi kəşvlər edərkən yeni kəşvlər etmirik, əksinə Allahın yoxdan yaratığı kainatda milyard illər mövcud olan möhtəşəm elminin bir yarpaq boyda belə olmayan hissəsinin öyrənlməsinə, kəşv edilməsinə nail oluruq.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)