Küləklər Necə Yaranır, Qasırğaların Qarşısı Necə Alınır ?

Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.

Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və “nizamlamalar” sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir. Beləliklə, ekvator-qütb arasındakı iki mərkəzli sistem hündürlüklər sayəsində çox mərkəzli sistemə çevrilir və küləklər bölünərək zəifləyirlər. Yer qabığının üstündəki sıra dağlar isə nəhəng hava koridorları kimidir. Koridorlar sayəsində hava küləklərlə Yerə bərabər şəkildə yayılır.

Küləklərin zəiflədilməsində Yerin oxunun mailliyinin də böyük rolu var. Əgər Yer kosmosda dik olsaydı, bir başından o biri başına qədər güclü küləklə sovrulan planet olardı. Halbuki planetimizin ekvatoru məlum olduğu kimi hərəkət etmə bucağına görə 23°27´ maillidir. Beləliklə, iki qütb arasındakı bölgələrdə temperatur həmişə eyni olmur, mövsümlərə görə dəyişir. Bu, hava təzyiqinin tarazlanması və küləyin sürətinin də zəifləməsi deməkdir. Ekvatorla hər iki qütb arasındakı temperatur fərqi azaldıqca küləklər mülayim əsir. Temperatur fərqini tarazlamaq üçün planetin ətrafında iki qaz təbəqəsi vardır. Ozon və karbondioksid təbəqələri atmosferin temperaturunu tarazlayır. Ozon təbəqəsi “ehtiyacdan artıq olan” günəş şüalarını udur. Karbondioksid isə əksinə təsir göstərərək qazanılan temperaturu qoruyaraq soyumanın qarşısını alır.

Bütün bu məlumatlar bizə göstərir ki, həyatımız bir-birindən mürəkkəb alt-sistemlərdən ibarət böyük sistem sayəsində davam edir. Bütün yer üzü insanın həyatına imkan yaratmaq üçün yaradılmışdır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. Sona says:

    Ela idi

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)