Archive for » January, 2010 «

Küləklər Necə Yaranır, Qasırğaların Qarşısı Necə Alınır ?

Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir.

Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və “nizamlamalar” sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. davamı »

Atomdakı Qüsursuz Nizam

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. davamı »

Günəş Sistemindəki Qüsursuz Nizam

Olduğunuz yerdən kənara çıxdıqda günəş şüalarının üzünüzə sizi heç narahat etmədən vurduğunu Günəş sistemindəki qüsursuz nizama borclusunuz. Bizə sadəcə xoş istiliklə aydınlıq verən Günəş, əslində qıpqırmızı qaz buludarından ibarət dərin bir quyu kimidir. Qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov girdablarından və dibindən səthə doğru yüksələn nəhəng burulğanlarından ibarətdir. Bunlar canlılar üçün öldürücüdür. Ancaq Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmadan əvvəl atmosfer və Yerin maqnetik sahəsi tərəfindən udulur. Yerin həyat üçün əlverişli planet olmasını təmin edən məhz Günəş sistemindəki qüsursuz nizamdır.

Günəş sisteminin quruluşunu tədqiq etdikdə son dərəcə həssas tarazlıqla qarşılaşırıq. Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıq, Günəş sistemindəki planetləri, sistemdən çıxaraq dondurucu soyuqluqdakı “xarici kosmosa” sovrulmaqdan qoruyur. Günəş malik olduğu böyük cazibə gücü səbəbindən bütün planetləri cəzb edir, onlar da fırlanmalarından əmələ gələn mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən qurtulurlar. davamı »

Azotdakı Tarazlıq və Bakteriyalar

Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir.

Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır). davamı »

Su Dövranı və Həyat

Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya ötürülür. İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon m3 su buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə hər il 3-4 milyon km3 su okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir. davamı »