Təkmilləşmiş Kondisioner, Qüsursuz Hiss Edici: Dəri

Oxuduğunuz bir kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çünki əlləriniz səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavramağınıza kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq olmur. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını fərz edək. Bu halda şübhəsiz, olduqca çətin vəziyyət olardı. Əlimizdən düzgün istifadə edə bilməz, lakin kürəyimizə toxunan ən kiçik maddəni məsələn, paltarımızın qırışlarını hiss edərdik.İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində hiss edici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, temperatur və nəm nizamlayıcıları olan, lazım gəldikdə, qalxan kimi Günəş şüalarından bədəni qoruyan mürəkkəb orqandır. Bu xüsusiyyətlərinə görə dərinin bir hissəsinin zədələnməsi insan üçün həyati təhlükə ola bilər.

Bir-birindən tamamilə fərqli quruluşlardan əmələ gələn dərinin alt hissəsində yağdan ibarət təbəqə var. Bu yağ təbəqəsi temperatura qarşı izolyasiya funksiyasını yerinə yetirir. Bu təbəqənin üstündə dəriyə elastiklik verən və böyük hissəsi zülallardan ibarət başqa təbəqə də var.

Dərimizin 1 sm dərinliyinə baxsaq məhz bu yağların və zülalların əmələ gətirdiyi çox müxtəlif damarların da olduğu qeyri-estetik, hətta ürpərdici görüntü ilə qarşılaşarıq. Dəri bütün bu quruluşları örtən xüsusiyyəti ilə həm bədənimizə estetik görüntü verir, həm də bütün xarici təsirlərdən qorunmağımıza kömək edir. Dərimizin bizim üçün zəruri olan vəzifələrindən bir neçəsini saymaq və onların üzərində düşünmək dərimizin varlığının nə qədər vacib olduğunun başa düşülməsi üçün kifayətdir.

İnsan dərisi orqanizmin su tarazlığının pozulmasının qarşısını alır, davamlı və elastikdir, öz-özünü təzələyə bilir, bədəni zərərli şüalardan qoruyur, xarici aləm ilə əlaqəni təmin edir, soyuq və ya isti havalarda bədənin temperaturunu tənzimləyir.

Hər cür ehtiyacı təmin edən təkmilləşmiş kondisioner və həssas detektor kimi hərəkət edən insan dərisi həm estetik cəhətdən, həmdə insanı qoruyan xüsusiyyətlərilə  yaradılmış nemətdir. Təkcə bir xüsusiyyəti haqqında çoxsəhifəli kitablar yazılan dəri yaradılışdakı ehtişamı bizə bir daha göstərir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)