Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Sümüklərdəki qüsursuz quruluşu dövrümüzün tikililərilə müqayisə etmək də mümkündür. XX əsrin ikinci yarısına qədər böyük və hündür binalar inşa etmək insan üçün böyük xərc və uzun vaxt tələb edən çətin bir işi idi. Lakin texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul inkişaf etdirilmişdir. Bu üsulların ən mühümlərindən biri “qəfəs sistemlər” kimi məlum olan sistemdir. Bu üsula əsasən konstruksiyanı saxlayan dayaqlar tək hissədən deyil, bir-birinin içinə keçmiş, qəfəs formasındakı dirəklərdən ibarətdir. Kompüterlərdə işlənən mürəkkəb hesablamalar sayəsində bu üsuldan istifadə edilərək tikilən böyük körpülər və sənaye obyektləri daha möhkəm və ucuz başa gəlir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə əsasən qurulmuşdur. Bir sümüyü kəsib tədqiq etdikdə daxili quruluşunda olduqca maraqlı sistem görmək olar. Minlərlə kiçik çubuq iç-içə keçərək mürəkkəb sistem əmələ gətirir. Məhz bu forma sümüklərin içində qurulmuş qəfəs sistemidir. Bu sayədə sümüklər həm çox möhkəm, həm də insanın asanlıqla hərəkət etməsinə imkan verəcək qədər yüngüldürlər. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi xarici kimi bərk və tamamilə dolu olsaydı, həm sümüklərin ağırlığından insan hərəkət edə bilməzdi, həm də sümüyün quruluşu bərk olduğundan ən kiçik zərbədən çatlayar və sınardı.

İnsanın dövrümüzün texnologiyası vasitəsilə təqlid etməyə çalışdığı sümüklərdəki quruluş yaradılış nümunələrindən sadəcə biridir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
3 Responses
  1. Füzuli says:

    Sizdə olan məlumatlar mənim çox xoşuma gəlir.Xahiş edirəm ki,əlavə məlumatları mənim E-mail adresimə göndərəsiniz.

    • planetoloq says:

      Salam Füzuli,
      Yeni məqalələr haqqında elektron poçt vasitəsilə məlumatlanmaq istəyən səhifənin sağında E-mail abunəlik bolməsinə öz ünvanını yazıb saytda olan yeniliklər haqqında məlumatlana bilər.
      Sizi artıq saytımızın abunəliyinə əlavə etdik.

  2. YEGANE says:

    SALAM MEN 220 SAYLI MEKTEBDEN YEGANE. YENI MEQALELERINIZ OLSA YENE SIZI BIZIM MEKTEBDE GORMEK ISTEYIRIK EGER MUMKUNDURSE..

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)