Yarasaların SONAR Sistemi

Yarasaların ən maraqlı xüsusiyyətlərindən biri onların istiqamət tapmaq qabiliyyətidir. Yarasaların bu qabiliyyəti elmi tədqiqatçılar tərəfindən aparılan bir sıra təcrübə ilə ortaya çıxarılmışdır. Allah hər canlıya yaradılış sənətindəki əzəməti, bənzərsiz dizaynı göstərmək üçün müxtəlif xüsusiyyətlər vermişdir. Bu xüsusiyyətlər insanı heyran edən böyük bir ağlın əsəridir. Alimlərin apardığı bir çox təcrübə nəticəsində bu canlıların yeni xüsusiyyətləri hələ də kəşf edilir.

Alimlərin apardığı bir təcrübədə yarasa qaranlıq bir otağa buraxılmış, daha sonra, otağın bir küncünə bir milçək yerləşdirilmiş və yarasanın hərəkətləri qaranlıqda çəkə bilən kameralarla izlənmişdir.  Milçək havada qanad çalan kimi qarşıdakı küncdən  sürətlə hərəkətə keçən yarasa düz milçəyə doğru gəlib onu ovlamışdır. Bu təcrübə ilə tədqiqatçılar yarasaların qaranlıqda belə işləyən çox iti bir duyğu qabiliyyətinin olduğu qənaətinə gəlmişlər. Bəs yaxşı, yarasanın bu üstün intuisiyası nədən qaynaqlanır? Bu, eşitmə hissindən qaynaqlanır, yoxsa sahib olduğu xüsusi bir gecə görmə sistemindən?Bu sualların cavabını axtaran alimlər ikinci bir təcrübə yenə aparmışlar. Bu dəfə otağa bir qurd qoyulmuş və üzəri bir qəzet səhifəsi ilə örtülmüşdür. Yarasa tərəddüt etmədən yerdəki qəzet səhifəsini qaldırıb qurdu yemişdir. Bu nəticə yarasanın istiqamət tapma qabiliyyətinin görmə hissiylə əlaqəli olmadığını göstərir.

Alimlər yarasalarla əlaqədar təcrübələrinə davam etmişlər: Uzun bir koridorun bir tərəfinə yarasa, digər tərəfinə isə yem olaraq bir neçə kəpənək yerləşdirilmişdir. Ancaq bundan əvvəl koridoru ortadan kəsən, bir-birinə paralel divarlar düzəldilmişdir. Daha sonra  bu divarların hər birinə ancaq bir yarasanın keçə biləcəyi qədər genişlikdə deşik açılmışdır. Deşiklərin xüsusiyyəti hər divarın fərqli yerində olmalarıdır. Yəni yarasanın bu divarları keçməyi üçün sanki “slalom” yarışındakı xizəkçilər kimi davamlı manevr etməsi lazım gələcək.

Yarasa birinci divara çatanda düz deşiyə tərəf hərəkət edib buradan asanlıqla keçmişdir. Bundan sonrakı hər divarda eyni şey müşahidə edilmişdir: Yarasa divara dəymək bir yana, heç deşikləri axtarmağa belə ehtiyac hissi duymur. Sonuncu divarı da rahatlıqla keçən yarasa burada tutduğu kəpənəklərlə qarnını doyurur.

Bu vəziyyət qarşısında heyranlıqlarını gizləyə bilməyən elm adamları yarasanın bu xüsusiyyətindəki həssaslığı öyrənmək üçün son bir təcrübə əlavə aparmağa qərar vermişlər. Bu dəfə məqsəd yarasanın qavrama sərhədlərini daha qəti təyin etməkdir. Yenə uzun bir tunel hazırlanmış və tunel boyu tavandan dağınıq halda 0.6 mm qalınlığında polad tellər asılmışdır. Yarasa təcrübəli alimləri bu dəfə də təəccübləndirib. Asılan tellərdən heç birinə ilişmədən, rahat şəkildə aralarından keçərək yolunu müvəffəqiyyətlə tamamlamışdır. Yarasanın bu uçuşu 0.6 mm qalınlığındakı telləri belə uzaqdan hiss etdiyini göstərir. Aparılan digər araşdırmalar da yarasaların bu inanılmaz hiss etmə qabiliyyətlərinin sahib olduqları xüsusi bir SONAR sisteminə bağlı olduğunu göstərmişdirş (SONAR – SOund Navigation And Ranging)

Yarasalar ətraflarındakı cisimləri hiss etmək üçün yüksək titrəyişli səs dalğaları yayırlar. İnsanlar tərəfindən eşidilməyən bu dalğaların əks-sədaları yarasa tərəfindən qəbul edilir və beləcə heyvan içində olduğu mühitin bir növ xəritəsini cızır. Yəni yarasanın havada uçan kiçik bir milçəyi hiss etməsi çıxardığı səslərin milçəyə dəyib geri dönməsiylə yaranan əks-səda ilə əlaqəlidir. Yarasanın sonarla istiqamət tapması yaydığı səslərin özünə geri dönmə müddətləri arasındakı fərqi hesablaması sayəsində mümkün olur.

Doppler təsiri deyilən fizika qanununa görə hərəkət halındakı bir cisimə dəyən səsin tezliyi dəyişir. Yarasa sanki Doppler təsirini bilirmiş kimi hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişir. Budur, bu nöqtədə yarasa sonarının fövqəladə bir yönü  yenə ortaya çıxır. Allah yarasanın eşitmə sistemini yalnız öz səsini eşidəcək şəkildə yaratmışdır.

Bu halda yarasanın sonar sisteminin təkamül nəzəriyyəsinin “təsadüf” iddiasına endirdiyi zərbəni görməmək isə mümkün deyil. Yarasadakı sonar sistem son dərəcə kompleks quruluşa malikdir və əsla təsadüfi mutasiyalarla açıqlana bilməz. Sistemin fəaliyyət göstərməsi üçün bütün hissələrinin qüsursuz şəkildə var olması zəruridir. Yarasa həm yüksək tezliklərdə səs yayan quruluşa, həm bu səsləri qəbul edib analiz edən orqanlara, həm də hərəkətlərin dəyişməsinə görə tezlikləri nizamlayan sistemə sahib olmalıdır. Əgər bunlardan biri olmazsa sahib olduğu sonar heç bir işə yaramaz. Əlbəttə ki, bütün bunlar təsadüflərlə açıqlana bilməz və yarasanın qüsursuz şəkildə Allah tərəfindən yaradıldığını göstərir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. Eziz says:

    Çox maraqlı idi. Təşəkkür

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)