Suitlərinin bığlarındakı quruluş istiqaməti müəyyən etmələrini təmin edir
Almaniyanın Bonn və Rur Universtitetlərindən bir qrup elm adamı suitləri üzərində apardıqları tədqiqatda bu canlıların qaranlıq və ya bulanıq sularda ovlarını tutmaq üçün bığlarından istifadə etdiklərini üzə çıxardılar.1
Buna əsasən suitləri eşitmə və görmə kimi duyğu orqanlarından istifadə edə bilmədikləri mühitlərdə ovlarını balıqların su içində hərəkət edərkən arxalarında buraxdıqları suyun çalxalanma izlərini təqib edərək tapırlar. Quido Denhardt və dostları tərəfindən həyata keçirilən bu tədqiqat suitlərinin bığlarının 200 metrə qədər məsafədəki ovlarını belə izləməyə imkan verdiyini göstərir.2Suitləri ovlarını tutmaq üçün balıqların üzərkən arxada buraxdıqları izin burulğan formada olması və izin içindəki zərrəciklərin sürətlərinin balıq keçib getdikdən bir neçə dəqiqə sonraya qədər ətrafdakı suyun sürətindən əhəmiyyətli dərəcədə çox olmasından yararlanırlar. Qısacası, balıqlar üzərkən arxada olduqca uzun hidrodinamik iz qoyurlar və balıqlarla qidalanan dəniz canlıları da bu izləri təqib edərək onları uzaq məsafələrdən müəyyən edib tuturlar. 1
Denhardt və yoldaşları suitlərinin bu bacarığını müəyyən etmək üçün Henri və Nik adlı iki erkək suiti və bir miniatür sualtı qayıqdan istifadə etmişlər. Miniatür sualtı qayığın qoyduğu iz 30 sm uzunluğunda balığın qoyduğu izlə təqribən eynidir.
İlk təcrübəni içi bulanıq dəniz suyu ilə dolu hovuzda Henri ilə aparan tədqiqatçılar suitinin başına gözlərini tamamilə örtən coraq keçirmişlər, suitinin səsini eşitməməsi üçün qulaqlarına qulaqcıq taxıb başını da suyun 40 sm üzərindəki platformaya yerləşdirmişlər. Sualtı qayığın motorları dayandırıldıqdan iki saniyə sonra suitinin başından qulaqcıqlar çıxarılmışdır. Suiti dərhal suya baş vurub əvvəl hovuzun ortasına üzmüş, bığlarını irəliyə doğru yönəltmiş və üzərkən başını yüngülcə sağa-sola yelləməyə başlamışdır. Bu sayədə suiti sualtı qayığın pərvanəsinin qoyduğu izə rast gələn kimi dərhal qayığın getdiyi istiqamətə dönmüş və saniyədə 2 m sürətlə izi təqib etməyə başlamışdır. Aparılan bu təcrübədə gözləri bağlı olan suiti 256 dəfə sualtı qayığı tapmağı bacarmışdır. Ancaq tədqiqatçılar Henrinin burnuna bığlarını örtən corab keçirdikdə suiti heç bir təcrübədə hidrodinamik izi tapa bilməmişdir. Nik adlı digər suiti üzərində aparılan təcrübədə də eyni nəticəyə gəlinmişdir. Bu təcrübələr sözügedən dəniz məməlilərinin bığları sayəsində hidrodinamik məlumatı müəyyən edib təhlil edərək dənizdəki izləri təqib etdiklərini üzə çıxarmışdır.
Omarlardakı gizli kompas
Atlantik okeanının qərbindəki isti sularda yaşayan tikanlı omar (Panilurus argus) hər payız yuvasını təkr edib uzun səyahətə çıxır. Cənuba, daha isti sulara səyahət edir. Minlərlə omar bığcığı ilə qarşısındakından tutur və qruplar şəklində irəliləyir. Gecə-gündüz okean dibindəki qumsallarda yollarını itirmədən necə kilometrlərlə yeriyirlər?1
Bu günə qədər bir çoxunu düşündürən bu sualın cavabı yeni aparılan bəzi təcrübələrlə üzə çıxdı. Lari Boulz və Kennet Loumanın təcrübələrilə tikanlı omarların heyvanları aləminin ən bacarıqlı istiqamət müəyyən edicilərindən biri olduğu sübut edildi. Bu ntəicə bir çoxlarını təəccübləndirdi, elm dünyasında da əks-səda doğurdu. Bir onurğasızda ilk dəfə bu cür üstün istiqamət müəyyən etmə bacarığına rast gəlinirdi.
Bu cür mükəmməl qabiliyyətin mənbəyi elmi cəhətdən hələ izah edilə bilmir. Bununla yanaşı, bəzi tədqiqatçılar canlıların istiqaməti müəyyən etmə bacarıqlarında dünyanın maqnit sahəsindən istifadə etdiklərini düşünürlər. Bu elm adamları canlıların bədənində gizli kompas olduğunu güman edirlər. Ancaq omarların bu bacarığını açıqlamaq üçün kompas bənzətməsi də kifayət etmir.
Bugüne kadar pek çok kişinin aklını kurcalayan bu sorunun yanıtı, yeni yapılan bazı deneylerle açığa çıktı. Larry Boles ve Kenneth Lohmann’ın deneyleriyle dikenli istakozların, hayvanlar aleminin en becerikli yön bulucularından biri oldukları kanıtlandı. Bu sonuç birçoklarını şaşırttı, bilim dünyasında da yankı uyandırdı. Bir omurgasızda ilk kez böylesine üstün bir yön bulma yeteneğine rastlanıyordu.
Böyle mükemmel bir yeteneğin kaynağı bilimsel olarak henüz gösterilebilmiş değil. Bununla birlikte bazı araştırmacılar, canlıların yön bulma yeteneklerinde dünyanın manyetik alanından faydalandıklarını düşünüyor. Bu bilim adamları, canlıların vücudunda gizemli bir pusula bulunduğunu düşünüyor. Ancak ıstakozların bu yeteneğini açıklamada pusula benzetmesi de yetersiz kalıyor.
Nyu-Yorkdakı Kornel Universitetindən neyrobiologiya və davranış üzrə professor Çarlz Uolkot:
“Bir çox heyvanın Yerin maqnit sahələrindən vasitə kimi istifadə etməsi bizə məlumdur” deyir və əlavə edir: “Amma əgər azmısınızsa, kompas sizə harada olduğunuzu deyə bilməz.”1
Boulz omarlardakı qabiliyyətin üstünlüyünü “Bu sınaq bir çox heyvanın əsla keçə bilmədiyi sınaqdır. Sınaqdan keçmələri bir yolla mövcud olduqları yeri hər an bildiklərini göstərir. İçlərində bir şey olmalıdır” deyərək vurğulayır.
Beləliklə, təcrübədə istifadə edilən omarların bədənlərində bir növ xəritə əmələ gətirdikləri və yola düşmə yerindən başlayaraq koordinatları müəyyən etdiklərini ortaya çıxarır. Elm adamlarının öyrənə bilmədikləi bu mexanizm sərnişin təyyarəsindəki elektron radar sistemləri kimi işləyir.
Elm adamlarını ən çox təəccübləndirən şey isə bu mükəmməl sistemə malik olan omarın daha bəsit sinir sisteminə malik olmasıdır. Bir çox insan omarın yuxarı səviyyəli adlandırılan bu istiqamət müəyyən etmə qabiliyyətinə malik olmadığnı düşünürdü. Boulz “National Geographic News”a verdiyi açıqlamada bu məsələ ilə bağlı fikirlərini belə ifadə edir:
“Burada əsl məsələ odur ki, onurğasızlar daha bəsit sinir sisteminə malikdirlər. Çox insan bu cür işdə lazımi zehni qabiliyyətləri olmayacağını düşünür.”1
Burada bəzi suallar qarşımıza çıxır:
– Omarlar bəsit sinir sisteminə malik olmalarına baxmayaraq bu cür çətin işi necə bacarırlar?
– Gözləri örtülü olduğu halda 37 kilometrlik səyahət boyu düzgün izi necə təqib edə bilirlər?
– Bu canlının sinir sistemində bu qədər geniş sahənin xəritəsi necə əmələ gəlir?
– Yerin elektromaqnit sahəsini necə hiss edirlər?
– Elektromaqnit sahəsindəki məlumatları bədənində necə şərh edə bilir?
Omarların bütün bunları bacarması möcüzədir. İndi özünüzə bu sualı verin və düşünün:
Böyük bir çöldə olduğunuzu fərz edin. Olduğunuz yerdən Jeep-ə mindirilərək gözünüz və qulağınız qapalı olduğu halda 200 km uzağa aparılıb qoyulduğunuzu düşünün. Əvvəlcə olduğunuz yerə qayıtma ehtimalınız var? Əlbəttə, xeyr!
Bəs bu xüsusi istiqamət müəyyən etmə sistemi omarda necə ortaya çıxmışdır? Ən sadə kompası nəzərdən keçirsəniz, bunun xüsusi şəkildə hazırlandığını görərsiniz. Kompasdakı maqnit sahəsindən təsirlənən əqrəb, xüsusi işarələnmiş cəhətlər, şüşə örtüyü onun xüsusi şəkildə istiqaməti müəyyən etmək üçün dizayn edildiyini göstərir. Omar bədəninin kompasdan daha keyfiyyətli işlədiyi aydındır. Bütün bunlar omardakı sistemin xüsusi dizayn olunduğunu üzə çıxarır.
Allah omarı yaratmış və bu xüsusi sistemləri ona bəxş etmişdir. Uca Allah digər bütün canlıları da yaradandır və O qüsursuz şəkildə var edəndir.
Leave a Reply