Dünyanın Ən Böyük Qutanı İlk Uçuşuna Hazırlaşır

1967-ci ildə ABŞ casus peykləri Xəzər dənizi üzərində hərəkət edən nəhəng cismi müəyyən etdi. Səlahiyyətli nümayəndələr dərhal bu vəziyyətdən xəbərdar edildilər. Bir qrup tədqiqatçı Vaşinqtonun kənarında Müdafiə və Təhqiqatlar Agentliyi MTA-nın “Yaşıl Otaq” adlandırılan hissəsində bu məsələni müzakirə etmək məqsədilə toplandı. Cisim təyyarəyə bənzəyirdi, amma məlum olan sərnişin təyyarəsindən böyük idi. Nəhəng quruluşa malik idi, amma qanadları olduqca kiçik idi. Uçması qeyri-mümkün görünən bu cisim otaqdakı səlahiyyətli nümayəndələri çox təəccübləndirmişdi. Bir polkovnik “bu bir divdir” dedi. Digəri isə “bəli” deyə cavab verdi və “Lok Ness divi” dedi.1

Bu cisim həqiqətən nə idi və necə işləyirdi? Ruslar onunla nə etməyi planlaşdırmışdılar? Cavablar sonrakı 10 il boyu yavaş-yavaş tapıldı: o bir “Ekranoplan” idi. Təyyarələrin edə bilmədiyi bir şeyi edirdi, su üzərində aşağı hündürlükdə uçurdu, həm də uzun müddət ərzində. Ekranoplan Rotislav Alekseyev adlı rus tərəfindən icad edilmişdi.Bu gün Boinqdəki mühəndislər ekranoplana əsaslanaraq suyun bir az üzərində hərəkət edən nəhəng yük təyyarəsi dizayn edirlər. Bunu etmək üçün də su quşlarını nümunə götürürlər, layihənin adı da “Qutan layihəsi”dir, çünki mühəndislər bu təyyarəni qutandan ilham alaraq dizayn edirlər.

Qutan və digər bəzi su quşları heç güc sərf etmədən qanadları açıq şəkildə suyun səthinin, demək olar ki, üstündə uzun müddət süzərək uça bilirlər. Skimmer adıyla da tanınan qayçı quşu da bu quşlardan biridir. Qayçı quşu su ilə təmas etdikdə tüklərinin bir-birinə yapışmasının qarşısını alan yağdan məhrumdur. Bu səbəbdən digər su quşları kimi ov ovlamaq üçün suya baş vurması mümkün deyil. Ancaq bu ona heç vaxt problem yaratmır. Çünki Uca Allah onu qüsursuz dizayn ilə yaratmışdır. Quşun alt dimdiyi üstdəkindən daha uzundur və ucları toxunmaya son dərəcə həssasdır. Qayçı quşu alt dimdiyini suya soxaraq dəqiqələrlə suyun səthində uça bilir. Bu uçuş əsnasında dimdiyinə ov toxunduqda dərhal onu tuta bilir.

Görəsən təyyarələr nə üçün qutan və ya qayçı quşu kimi su üzərində uça bilmirlər? Biz görmürük, amma altlarındakı hava təyyarələri daşıyır. Ancaq adi reaktiv təyyarə yerə yaxınlaşdıqca hava daşıyıcı yastıq təsirini itirir və təyyarənən altından sürətlə çıxar. Təyyarənin alçaqlıqda dayana bilməsi üçün motorları daha böyük güclə işləməlidir. Bu isə texniki baxımdan həm çox çətindir, həm də böyük miqdarda yanacaq tələb edir. Ona görə təyyarələrin mövcud aerodinamik quruluşları iə uzun müddət alçaq səviyyədə uçmaları olduqca çətindir.1

Belə olduqda “Bəs qayçı quşu  və qutan su üzərində uçmaq üçün normal şərtlərdən olduğundan çox və daha sürətlə qanad çırpmalı olmurlar?” deyə düşünə bilərsiniz. Ancaq bu doğru fikir deyil, çünki qutan da, qayçı quşu da qanad çırpmırlar, sadəcə su üzərində süzürlər. Çünki onlar çox xüsusi böyük qanad dizaynına və aerodinamik yaradılışa malikdirlər. Bu elə bir yaradılışdır ki, tük quruluşlarından içi boş yüngül sümüklərinə qədər heç bir yerlərində ən kiçik qüsur belə yoxdur. Bu qüsursuz yaradılış onların su üzərindəki incə hava təbəqəsi üzərində belə dayanaraq süzmələrini təmin edir. Elə buna görə Boinqin təyyarə mühəndisləri qutanınkı kimi nəhəng qanadlı təyyarə düzəltməyi düşünürlər.

Qutan layihəsinin müdiri Bleyn Roudon “Quşlar, xüsusilə d qutanlar yerin təsirindən mükəmməl şəkildə istifadə edirlər” deyir. “Okeana yaxın bir yerdə yaşayıram və qutanların dalğaların üzərində süzməsini seyr edirəm. Bəzn qanadları az qalır ki, suya dəysin.”1

Boinq firması qutanın qüsursuz yaradılışından nümunə götürərək su üzərində uçan dünyanın ən böyük yük təyyarəsini dizayn edirlər. Qutan layihəsi çərçivəsində dizayn edilən bu təyyarənin qanadının eni 120 m, uzunluğu isə 150 m-dir. Yəni futbol meydanına belə sığışmır. Uçuş mənzili isə 18 000 km-dir. Bu okeanın üzərindən qitələrarası fasiləsiz uçma deməkdir. Həm də uçuşunu çəkisi digər təyyarələrdən 10 dəfə artıq olmasına baxmayaraq bir gəmidən 10 dəfə daha sürətlə həyata keçirir.

Gələcəyin yük təyyarəsi Qutan, demək olar ki, suyun 6 metr üzərində uçacaq, dünyanın səthinə yaxınlığı sürünməyi (hərəkətin havaya qarşı müqavimətini) azaldacaq və qanadın səmərəsini artıracaq. Yerin təsiri kimi məlum olan bu aerodinamik hadisə suyun üzərində uçan və yük daşıyan böyük təyyarənin külli miqdarda yanacağa qənaət etməsinə kömək edəcək.

Dünyanın ən böyük təyyarə firması və bu firmada işləyən onlarla təyyarə mühəndisi yüzlərlə texniki işçi qutanın necə uçduması üzərində aparılan tədqiqatlara əsaslanaraq onu təqlid etməyə çalışırlar. Bu vəziyyət qutanın dizaynındakı üstünlüyün açıq göstəricilərindən biridir. Təkamülçülər quşların sürünənlərdən törədiyini iddia edirlər. Ancaq quşlarla sürünənlər arasındakı quruluş və metabolik fərqlər təkamülün baş vermədiyini açıq şəkildə göstərir. Bu iki canlı növü arasında ən adi müqayisə aparılsa, hər ikisinin bir-birindən çox fərqli olduğunu göstərəcək.

Adi sərnişin təyyarısi dəniz səviyyəsinə yaxınlaşdıqda havada dayana bilmir. Boinqin yeni layihələşdirdiyi təyyarə isə qutanlardan nümunə götürülən diyaznı sayəsində su üzərində uça bilir.

Bir quru canlısının quşa çevrilməsi üçün sadəcə qanadlarının olması kifayət deyil. Quru canlısı quşların uçmaq üçün istifadə etdikləri digər bir çox struktural mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quru canlılarına nisbətən daha yüngüldür. Ağciyərləri daha fərqli quruluş və funksiyaya malikdir. Fərqli əzələ və skelet quruluşuna malikdirlər və daha mürəkkəb qan dövranı sistemləri var. Bu mexanizmlər yavaş-yavaş, “yığılaraq” əmələ gəlməz. Quru canlılarının quşlara çevrilməsi kimi təkamülçü ssenari bu cür səbəblərə görə tamamilə cəfəngiyyatdır.

Əslində bir çox təkamülçü bununla bağlı iddialarının nə qədər əsassız olduğunu bilirlər. Onlardan biri də türkdür: Engin Korur. Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:

“Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə vəzifələrini yerinə yetirə bilirlər. Başqa sözlə, əksik gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı açıqlanmamış sirlərindən biri kimi qalmışdır.” 1

Quşlar da digər bütün canlılar kimi sonsuz elm sahibi olan Allah tərəfindən uçuş üçün lazımlı bütün xüsusiyyətlərə malik şəkildə yaradılmışlar.

Qeydlər:
(1) http://www.popsci.com/popsci/aviation/article/0,12543,410266-1,00.html
(2) http://www.popsci.com/popsci/aviation/article/0,12543,410266-2,00.html
(3) National Geographic Türkiye, “Değişimin Kanatları”, Aralık 2003, sf.121
(4) Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, Ekim 1984, Sayı 203, s. 25.
Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
2 Responses
  1. ULVI says:

    MARAQLI MELUMATDI SIZIN FIKRINIZCE BU HEQIQETEN YUK DASIMAQ UCUNDUR MENCE BU RUSLARIN O ZAMANKI GIZLI SILAHLARINDAN BIRI IDI.BILDIYINIZ KIMI O ZAMANLAR ABS-RUSIYA BIR BIRI ILE MUNAQISELI IDI .MENCE BUDA BIR GIZLI SILAH IDI SONRADAN ONLAR PLANLARININ USTU ACILMASIN DEYE ONUN FUNKSIYALARINI DEYISEREK BUTUN DUNYANI ALDATDILAR

  2. sehriyar says:

    mence bunu ruslar silah kimi istifade etmirler cunki onsuzda ruslar bilirki amerkanlilar bu sirrin ustun acsalar hemin novde silahlari onlarda duzelde bilerler sadece ruslar nece deyerler paxilliq edib ve bele bir boyuk kesvi butun dunyadan gizletmeye calisib ve bunuda deyimki o teyyareni duzelden adamlarin beyni sadece 1-2 % isleyir.Meselen stalinin basi 3% isleyirdi ona gore muharibeni uddu indi siz pristav eleyin insanin basi 100% isleyir onda yeqin havada ele bele saatda 1000000km/saatla ucariq )))))))))))))))))

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)