İşığa Açılan Pəncərə: Şüşə

Şüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.

İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla bərabər şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur. (1)

Təbiətdəki şüşə insanlara yol göstərici olmuş və ondan geniş şəkildə faydalanmamıza vəsilə olmuşdur.

Şüşə inşaat, avtomobil, içki, ərzaq, bəyaz əşya, mebel, əczaçılıq, dənizçilik, elektrik, elektronika və daha bir çox sektorda istifadə edilən mühüm məmulatdır. Şübhəsiz, şüşənin həyatımızda bu qədər geniş istifadə edilməsinə səbəb ondakı üstün xüsusiyyətlərdir.Şüşə təmasda olduğu qaz, maye və bərk maddələrin təsirlərinə qarşı güclü müqavimət göstərir. Bu müqavimət kimyəvi davamlılıq adlanır. Şüşənin kimyəvi davamlılığını nizamlamaq mümkündür: şüşədəki qələvi faizinin artması şüşənin kimyəvi davamlılığını azaldır, boroksid, alüminium oksid, sink oksid və sirkonium oksid isə artmasına kömək edir. Bu xüsusiyyəti sayəsində ən möhkəm hesab etdiyimiz maddələrdə belə saxlaya bilmədiyimiz əridici bir çox kimyəvi maddəni şüşə qablarda saxlaya bilirik.

“Şüşə maddənin bərk ilə maye arasındakı xüsusi halıdır. Silisium oksidi (qum) atomları araya girən kalsium, kalium, maqnezium və natrium atomları ilə nizamsız şəkildə birləşir. Bu “nizamsızlıq” nəticəsində şəffaf, xarab olmayan və olduqca davamlı (çatlama xaric, çatlama dərhal yayılır) bir maddə əmələ gəlir. Paslanmadığı, su keçirmədiyi və şəffaf olduğu üçün demək olar ki, hər sahədə istifadə edilir.” (2)

Şüşənin fiziki xüsusiyyətləri insanların faydalanması üçün sanki xüsusi şəkildə dizayn olunub. Şüşənin formaya salınmasında ən mühüm faktorlardan biri səth gərginliyidir. Bu xüsusiyyət şüşənin çox incə dəlillərə girməsinə və onları doldurmasına imkan verir. Şüşənin xüsusi çəkisi kimyəvi birləşməsindən asılı olaraq 2,2-7,2 q/sm3 arasında dəyişməklə birlikdə ümumi əsas istifadə məmulatı olan şüşə və pəncərə şüşələrinin sıxlıqları 2,3-2,6 q/sm3 arasındadır. Bu dəyərlər daha çox olsaydı, şüşə indikindən daha ağır olacaq və istifadəsi mümkünsüz olacaqdı. İsidilərək temperaturda genişlənmə nisbəti baxımından şüşənin istiliyə davamlılığı nizamlana bilir. Ancaq digər bir çox maddə bu xassəyə malik deyil.

Bir çox cismə çox isti mühitdən soyuq mühitə keçmək mənfi təsir edir. Lakin şüşə əsasən 100-350°C temperaturda soyuq su içinə atıldıqda temperatur şokuna dayanır. Həm də şüşənin kimyəvi tərkibində mövcud olan soda, kalium və qurğuşun oksidinin faizini dəyişərək şüşənin temperatura və  temperatur dəyişikliyinə davamlılığı artırıla bilir. Bu dəyişiklik şüşənin davamlı halı ilə davamsız halının görünüşündə fərq yaratmır. Şüşənin temperatur həcmi şüşənin temperaturu artdıqca çoxalır. Hər şüşə növünün fərqli temperaturlardakı temperatur həcmi fərqli olduğu kimi, şüşələrin temperatur həcmlərinin temperaturdan asılı olaraq dəyişməsi də fərqlidir.

Şüşənin mexaniki xassələri də möcüzəvidir. Bəzi xüsusi üsullarla şüşənin davamlılığı yüksək faizlərdə artırıla bilir. Gündəlik həyatda istifadə edilən bəzi şüşələrin davamlılığı  sm2-ə 65-130 kq-dır. Bununla yanaşı, istehsalda bərkliyi artırılmış bir məhsul üçün bu faiz 10 dəfə artaraq 1300 kq/sm2 -ə çatır. Belə şüşələr olduqca davamlı olur və təpik və çəkic zərbələrilə çiliklənmir. Bununla belə iki şüşə təbəqəsinin arasına başqa bir kimyəvi maddə əlavə edərək şüşənin davamlılığını artırmaq mümkündür. Bu üsulun avtomobil dövrünün başladığı illərdə kəşf edilməsi çox maraqlıdır:

“Təhlükəsiz şüşənin tapılması ən çox ehtiyac olduğu vaxtda baş verdi: motorlu nəqliyyat dövründə… 1903-cü ildə fransız kimyaçı Eduard Benediktus sınaq şüşəsini laboratoriyada yerə saldı. Sınaq şüşəsi sındı, amma çiliklənmədi. Benediktus tərkibində kolloid maddə olan mayenin buxarlanmasından sonra şüşədə qalan incə plastik təbəqənin çiliklənməsinin qarşısını aldığını başa düşdü. Bunu qeyd etdikdən sonra bu mövzu üzərində artıq düşünmədi. Ancaq qəzaya düşən bir avtomobilin içindəki qızın qırılan şüşələrdən çox ağır yaralanması bu məsələni yenidən gündəmə gətirdi. Daha əvvəlki təcrübəsindən ruhlanaraq iki şüşə təbəqəsinin arasına sellüloz nitrat yerləşdirərək üç qat şüşəni əmələ gətirdi. Kəşfi 1920-ci ildə avtomobillərin ön pəncərələrində istifadə edilməyə və avtomobil sənayesində əsaslı şəkildə təqlid edilməyə başlandı.” (3)

Şüşənin istifadəyə yararlı olmasını təmine dən xüsusiyyətləri bu qədər məhdud deyil. Yeni və ya kimyəvi təmizlənmiş şüşə səthlərin sabit sürtünmə əmsalı 1-ə çox yaxındır. Bu sayədə şüşəni asanlıqla təmizləmək mümkündür.

Şüşə elektrik xüsusiyyətlərinə görə şüşənin ümumi istifadəsilə bərabər elektrik verən və elektriklə işləyən cihazların hazırlanmasında da geniş şəkildə istifadə edilir. Şüşə əsasən elektrik axınına yüksək müqavimət göstərən maddə kimi tanınır. Səth müqaviməti və həcm müqavməti kimi iki yerə ayrılan bu müqavimətlərdən səth müqaviməti şüşənin mövcud olduğu mühitdəki rütubət faizinin artması ilə azalır. Həcm müqaviməti şüşənin məruz qaldığı temperaturu dəyişərək nizamlana bilir. Şüşənin həcm müqaviməti temperaturun artması ilə azalır. Şüşə istehsalı əsnasında yavaş-yavaş soyudulması şüşənin həcm müqavimətini artırır. (4)

Şüşənin optik xüsusiyyəti gündəlik həyatımızda əsas istifadə materialına çevrilməsinə səbəb olmuşdur. Şüşəyə optik xüsusiyyətini verən isə sınma əmsalındakı xüsusi əyardır. Şüşənin sınma əmsalı formalarına görə 1,45-1,90 arasında dəyişir. Şüşə işığı keçirdiyi kimi eyni zamanda yaxşı əks etdiricidir. Əks etdirmə xüsusiyyəti şüşə səthinin vəziyyəti ilə səthə düşən işığın dalğa uzunluğu və istiqamətindən asılıdır. Silikat şüşələr üçün təxmini əks etdirmə faizi 4%-dir, tamamilə şəffaf şüşə gələn işığın 92%-ni keçirir. Əks etdirmə itkiləri şüşənin səthinə əlavə edilən xüsusi örtük məmulatları ilə azaldıla bilir.

Camın ışık geçirgenliği, yansıtma ve emme özelliklerini azaltmaktadır. Geçirgenlik miktarı ayrıca dalga boyu uzunluğuna göre de büyük farklılıklar göstermektedir. Değişik renkler, camın geçirgenliğini etkilediği gibi, camın kimyasal bileşimi de, özellikle kısa dalga boylarındaki ışınların geçmesinde etkili olmaktadır.

ŞÜŞƏ OLMASAYDI…
– Evlərimizdə günəş işığından məhrum olaraq yaşayardıq,
– Mikroblar və digər mikroorqanizmlər haqqında məlumat əldə edə bilməzdik,
– Ay və ulduzlar haqqında gözümüzlə gördüyümüzdən başqa məlumatımız olmazdı,
– Əsas göz xəstəliklərini aradan qaldıra bilməzdik,
– Laboratoriyalardakı bir çox məmulatdan istifadə edə bilməzdik,
– Güzgülər olmazdı,
– Bütün avtomobillərin üstü və ya ətrafı daima açıq olardı,
– Şəffaf yemək və içki qabları olmazdı,
– Vitrinlər olmaz və ticarətə mənfi təsir edərdi,
– Fotokameralar olmazdı,
– Televizorlar və kompüter ekranları olmazdı,
– Elektrik lampası olmaz, qaranlıqda qalardıq
– Avtomobillərdə arxa görüntü  güzgüləri olmazdıOtomobillerde dikiz aynaları olmazdı,
– Skaner, kserosurət cihazları olmazdı,
– Yüksək məlumat  və işıq ötürən fiber optik kabellər olmazdı,
– Bəzək əşyaları olmazdı,
– Oda davamlı şüşə qablar olmazdı,
– İstixanalar olmazdı,
– Bu gün istifadə etdiyimiz işıqlandırma armaturalarının çoxu olmazdı,
– Vitrajlar olmazdı,
– Saatları oxuya bilməz, oxuya bildiklərmiz isə xarici təsirlərə qarşı müdafiəsiz qalardı,
– Təyyarələr və vertolyotlardakı pəncərələr olmazdı,

Şübhəsiz, şüşənin olmadığı belə dünya əsla bu günkü kimi olmayacaqdı. Şüşənin təkcə bu günkü xüsusiyyətlərdə olması da kifayət etmir. Şüşənin xam maddəsinin də bol və asan tapılan olması şərtdir (qum kimi). Əgər Allah istəsəydi, şüşənin xam maddəsi qızıl və ya almaz kimi az rast gəlinən maddə olsaydı, ondan yenə də bu günkü kimi faydalana bilməzdik. Əgər bu gün bir çox texnologiyadan və komfortdan rahatlana biliriksə, bu şüşədəki xüsusi yaradılışdan qaynaqlanır. Şüşə də dünyada Allahın insan üçün yaratdığı nemətlərdən biridir.

Mənbələr:

(1) www.kobinet.org.tr/hizmetler/bilgibankasi/ ekonomi/sektorraporSTB/STB-Cam.doc
(2) Larousse Gençlik Ansiklopedisi, Meydan Gazetesi, Cilt 10 ve cilt 2 İstanbul 1986, s. 341
(3) Focus dergisi kasım 1998; www.kimyaokulu.com
(4) www.kobinet.org.tr/hizmetler/bilgibankasi/ ekonomi/sektorraporSTB/STB-Cam.doc

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)