Kompassız İstiqaməti Təyin edən Canlılar

Kompaslar Yerin maqnit sahəsindən istifadə edərək istiqaməti göstərirlər. Bu xüsusiyyətlərinə görə də hava və dəniz səyahətlərində həyati əhəmiyyət daşıyırlar. Ən son aparılan tədqiqatlar isə bununla bağlı təəccüblü bəzi həqiqətləri üzə çıxarmışdır. Kompasın icadı və insanlar tərəfindən istifadəsi müəyyən bilik və elm nəticəsində ortaya çıxmışdır. Bununla belə bəzi canlı növləri uzun səyahətlərdə “öz kompaslarından” istifadə edirlər. Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç etdikləri bölgələrin yerlərini heç çətinlik çəkmədən tapa bilir. Bu canlılar heç bilikləri yok ikən və bununla bağlı heç nə öyrənmədiklərinə baxmayaraq bunu bacarırlar.

Əlbəttə, bu canlıların bədənlərində istiqamət və məsafə təyin etmələrini təmin edən dedektorlar, GPS sistemləri1 və ya kompaslar yoxdur. Hamısında ətdən, sümükdən və sinirlərdən ibarət orqanlar var. Bir az sonra verəcəyimiz misallardan açıq şəkildə göründüyü kimi canlılardakı bu üstün sistemlər bizlərə onların dizayn edilmiş yaradılış möcüzəsi olduğunu sübut edir.Maqnetik xəritədən istifadə edən salamandrlar

Tədqiqat nəticələrinə əsasən yaşadığı yerdən uzaqlaşdırılan bir salamandr evinə qayıtmaq üçün maqnetik xəritədən istifadə edir. Dünyanın maqnit sahəsindəki sıxlıq və kiçik fərqləri hiss etməsi salamandrın kompasdan belə daha yaxşı istiqamət müəyyən edən olduğunu sübut edir. Əvvəllər quşlar və meyvə milçəklərinin daxili maqnetik kompasa malik olduğu məlum idi. Ancaq İndiana Universitetindən Prof. Dr. Filips salamandrın xəritələmə  qabiliyyətinin digər növlərdən fərqli olduğunu üzə çıxardı. Məsələn, qırmızı çilli şərq salamandrı (Notophthalmus viridescens) olduğu ərazidə əldə etdiyi xəritə məlumatı ilə bənzəri olmayan hissi fəaliyyət göstərir. Hər keçdiyi yerdə bu xəritə böyüyür. Maqnetik altıncı hissin ardındakı bu mexanizm tədqiqatçıları maraqlandırır. Maqnit sahəsi kimyəvi reaksiyaları hərəkətə gətirə bilir və bu bəzi növlərdə müəyyən edilən biokimyəvi kompasın əsasını təşkil edir. Bu fəaliyyət görmə sistemilə də birbaşa əlaqədardır; elm adamları bu heyvanların maqnit sahəsini gördüyünü düşünürlər. 1

Şübhəsiz, salamandrın yolunu azıb daha sonra yolu tapmaq üçün maqnetik hesablamalar aparmalı olduğunu düşünməsi mümkün deyil. Uca Allah salamandra istiqamətini asanlıqla tapması üçün maqnetik xəritə vermiş və onu necə istifadə etməli olduğunu da ilham etmişdir.

Tısbağalar və maqnit sahəsi xəritələri

Dünyanın müxtəlif yerlərində torpaqdakı maqnetik elementlərin sıxlığı və bu sıxlığın yaratdığı dünya səthi ilə kəsişən cəhətlər fərqlənir. Əgər bir canlı bu dəyişiklikləri hiss edirsə, bu o deməkdir ki, o xəritə üzərindəki meridian və paralelləri də tapa bilər.

Maqnit sahəsini müəyyən etmə xüsusilə cavan “Loggerhead tısbağaları” (Caretta Caretta) üçün çox böyük əhəmiyyət kəsb edir. Bu tısbağalar ancaq Sarqossa dənizini əhatə edən dairəvi sistem olan Şimali Atlantika tropikində  yaşaya bilirlər. Şimali Karolina Universitetindən Kennet və Ketrin Louman adlı tədqiqatçılar keçirdikləri təcrübə ilə tısbağaların bu tropikdə qalmaq üçün öz maqnetik ölçülərindən istifadə etdiklərini üzə çıxarmışlar.

Tədqiqatçılar xüsusilə tısbağaları kompüter nəzarəti altında maqnit sahəsi ehtiva edən çənin içinə qoyublar. Sahənin maqnetik dərəcəsi tropikin sərhəddindəkilə eyni olduqda tısbağalar tropikin içinə doğru üzməyə başlamışlar.

Fərqli tədqiqatlarda çənin içindəki maqnit sahəsinin gücü də dəyişdirilmişdir. Sahənin gücü tropikin sərhəddi ilə eyni olduqda tısbağalar tropikin içi zənn etdikləri bölgəyə doğru üzmüşlər və təhlükəli sərhəddən uzaqlaşmışlar.1

Nəticədə tısbağalar üzərində aparılan bu təcrübə bizə bəzi canlıların maqnit sahəsi xəritələrini müəyyən edə bildiyini və canlıların malik olduqlaı bu qeyri-adi hiss mexanizmlərinin tam mənada bir dizayn möcüzəsi olduğunu sübut edir. Şübhəsiz, tısbağalardakı bu mürəkkəb quruluşun təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəldiyini söyləməyin gəmilərdəki maqnetik kompasların dalğaların təsadüfən gəmiylə toqquşduğu ilə əmələ gəldiyini iddia etməkdən fərqi yoxdur. Heç bir təsadüfün bu qədər mürəkkəb mexanizmləri əmələ gətirməsi mümkün deyil.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)