1. Bir cisimdən gələn işıq, göz hüceyrələri tərəfindən elektrik siqnalına çevrilir və beynin görmə mərkəzinə çatdırılır. Ve bu elektrik siqnalları burada görüntüyə çevrilir. Əslində, siz bu mesajı beyninizdə görürsünüz. Yaxşı, bəs beyində meydana gələn bu mesaj görüntüsünü beynin içində görən, qavrayan kimdir? Başqa cür desək, məsələn, görüntü televizorda əmələ gəlir, amma bunu görən bizik. Bəs beynin içində əmələ gələn görüntünü gözə ehtiyacı olmadan görəbilən şuur sizcə nədir?
2. Beyin yağ, protein və müxtəlif molekullardan ibarət ət parçasıdır. Bu görüntünü görən şuur bu ət parçası olabilərmi? Və ya beyin hüceyrələri elektrik siqnallarını dəniz mənzərəsi və ya bir e-mail mesajı olaraq görən şuur meydana gətirə bilərmi?
3. Beynimizin içinə işıq keçmir, yəni beynin olduğu yer zülmət qaranlıqdır. Yaxşı, bəs belə zülmət qaranlıq yerdə parlaq, aydın görüntü necə meydana gəlir? Qaranlıq beyin qabığının üzərində günəşin işıqları necə görülür?
4. Kəllə sümüyü səs də keçirmir. Yəni beynin olduğu yerdə dərin səssizlik hakimdir. Ancaq insan bütün səsləri beyninin içində dinləyir. Səs dalğaları, qulaqda elektrik siqnalına çevrilir və beynin eşitmə mərkəzinə çatdırılır. Beyində, bir şuur bunu, məsələn, mahnı olaraq dinləyir. Yaxşı, bəs tamamilə səssiz yerdə çox yüksək səsli musiqini kim, necə dinləyə bilir?5. Görüntü, beyindəki kiçik mərkəzdə meydana gəlir. Bu kiçik ekranda 3 ölçülü, dərinliyi olan görüntü necə meydana gəlir? Məsələn, mən üfüqə və ya göyə baxdığımda bu qədər dərinliyi olan görüntü kiçik görmə mərkəzində, orijinalının eynisi olaraq, eyni dərinlik və uzaqlıq qavrayışı ilə necə meydana gələ bilir? Kiçik nöqtənin üzərindəki şəkildə uzaqlıq və ya boşluq hissini mənə verən nədir?
6. Bir insan su stəkanı gördükdə onun əslini deyil, beynindəki kopyasını görür. Stəkanın şüşə səthinə toxunduqda hiss etdiyi soyuqluq əsl stəkanın soyuqluğu deyil, kopiyasıdır. Yəni, heç bir insan heç vaxt stəkanın əslinə toxunduğunu hiss edə bilməz. Çünki toxunmanı hiss edən barmaqları deyil, beynindəki toxunma mərkəzidir. Bu halda `insan heç vaxt əşyaların əslinə çata bilməz, həqiqi stəkana toxuna bilməz` nəticəsinə gəlmirikmi? Ancaq bu həqiqəti hər insan bilmir. Hamı, hər şeyin əslinə toxunduğunu, əslini gördüyünü zənn edir. Insanların bunu bilməmələri və ya düşünməmələri də çox qəribədir, elə deyilmi?
7. Insanı avtomobil vursa və ya bir aslanla qarşılaşsa da vəziyyət dəyişmir. Çünki avtomobilin görüntüsü kimi vurma hissi də və ya aslandan qaçarkən duyulan qorxu hissi də beyində meydana gəlir. Mən avtomobil gördüyümdə, avtomobili beynimdəki görüntü mərkəzində görürəm. Avtomobilin yanına gedib qapısını tutduğumda da metal qapının soyuqluğunu beynimin içində hiss edirəm. Bu halda avtomobilin məni vurması və ya aslanın dişləməsi nəticəsində duyduğum ağrını da bu həqiqətdən ayıra bilmərəm. Bu halda bəzi insanların “avtomobil vurduğunda və ya aslan dişlədiyində ağrı hiss edirəm, bu da avtomobil və aslan ilə əlaqədə olduğumu göstərir” deməyi çox məntiqsiz olur, elə deyilmi?
8. Bütün həyatımızı beynimizin içində yaşayırıq. Yuxuda olduğu kimi. Yuxularımızı da beynimizin içində, yəni zehnimizdə görürük. Məsələn, yuxuda gördüyümüz buz parçasına toxunduğumuzda, buzun soyuqluğunu və nəmliyini hiss edirik. Və ya bir gül qoxuladığımızda xoşagələn iy hiss edirik. Qorxu, ağrı, həyəcan, panika hislərini yuxuda da yaşayırıq. O halda həqiqi həyat ilə yuxularımız, bu mənada eyni deyilmi?
9. Insanın gördüyü görüntülərə öz bədəni də daxildir. Insan öz bədəninin də ancaq kopiyasını görə bilir. Yəni hər insan həyatı boyu, xaricdə nə olduğunu, öz bədəni də daxil olmaqla əşyaların necə olduğunu əsla bilmədən kəllə sümüyünün içindəki mağarasında yaşayır. Bu halda bir daha düşünün. Indi siz olduğunuz otağın içindəsiniz, yoxsa otaq sizin içinizdədir? Elmi cəhətdən doğru olan cavab ikincisidir, elə deyilmi?
10. Bir gül baxçasına baxan 5 ayrı insan düşünək. Hər insan bu gül baxçasını beynində gördüyünə görə bu 5 nəfərin hamısının beynində ayrı-ayrı 5 gül baxçası meydana gəlmirmi? Yaxşı hər birinin gördüyü qırmızı rəng bir-birinin eynisidir? Bunu müqayisə etmək imkanı varmı?
11. Beynimizdə kopiyasını gördüyümüz əşyaların xaricdə əsli var deyirik, bəs əgər xaricdə əsilləri yoxdursa? Çünki, heç vaxt bunu təcrübə etmək və görmə imkanımız yoxdur. Bu halda xaricdə əsillərinin olduğu ehtimalı şübhəli deyilmi? Ən azından hər iki ehtimal da %50-%50-dir. Ehtimal belə olduğu halda əşyaların əsillərinin olduğundan necə əmin ola bilərik? Əgər xaricdə əsilləri yoxdursa, o halda bu görüntüləri və hisləri beynimizdə meydana gətirən güc nədir?
12. Əgər xaricdə əsillərinin olmama ehtimalı olan xəyalı yaşayırıqsa biz zənn etdiyimizdən çox fərqli yerdə də ola bilərik. Belə geniş düşünməyimizə nə maneə ola bilər?
13. Insanın beynindəki görmə mərkəzi bir neçə kubsantimetr böyüklüyündədir. Bütün görüntü, məsafə, dərinlik, yüksəklik, böyük sahələr ancaq bu bir neçə kubsantimetr böyüklüyündəki görmə mərkəzində meydana gəlir. Insan baxanda metrələrlə uzunluqdakı binaları, yolları qavrayır. Bu qədər böyük məsafələrin yalnız bir neçə kubsantimetrlik sahədə meydana gəlməsi mümkün ola bilərmi? Bu halda beyindəki görmə mərkəzi də eyni böyüklükdə olmalıydı? Çox hündür binanın meydana gəldiyi görmə mərkəzi də ən azı o bina böyüklüyündə olmalıdır. Beynində bir insanı görən biri, beynindəki görmə mərkəzi də ən azı o insan böyüklüyündə olmalıdır. O insan bir otağın içində dayanır, bu halda beynin insan boyda deyil, həmçinin otağın böyüklü qədər də olmalıdır, əslində. Insanın vücuduna nisbətlə olduqca kiçik bir bölgə olan beynindəki görmə mərkəzi əslində bu qədər böyükdürsə, insanın vücudunun da ona nisbətlə dəfələrlə böyük olması lazımdır. Yəni, insanın qolu, ayaqları, vücudu metrələrlə uzunluqda olmalıdır, deyilmi?
14. Bəzi insanlar bu mövzu danışılanda şiddətli şəkildə qorxurlar. Sizcə bu niyə ola bilər?
Benin basqa beyinle elaqesi niye yoxdur daxilde? bir de belke beyin ozunu basa dushanda heyecenlanir ve qorxur … XOsuma geldi sagolun.