Tibb texnologiyasının inkişaf etməsi ilə insan gözünün nə qədər böyük möcüzə olduğu daha yaxşı başa düşülür. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə getdikcə daha çox inkişaf etmiş video və foto kameralar, saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz. 1
Gözün görmə sisteminin qaba şəkildə təqlidi ilə icad edilən ən geniş yayılmış optik cihazlardan biri fotokameradır. Gözün möcüzəvi görmə sistemini qısa şəkildə xatırlatmaq və nə qədər təkmilləşmiş olsa da, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün quruluş və funksiyaya malik olduğunu görmək üçün bu alətin bəzi xüsusiyyətləri ilə gözü müqayisə edək.
Fotokamera
Fotokamerada əsas prinsip kimi linza üç-ölçülü dünyanı iki ölçülü hamarlama şəklində fokuslayır. Görüntü bu hamarlama olduğuna görə daha kiçik və başı aşağı şəkildə düşür.
İnsan gözünün ön hissəsində yerləşən buynuz qişa və bir az içəridə yerləşən göz bülluru da görüntünü gözün içində fokuslayır. Gözün içi sanki qaranlıq otaqdır, ancaq bu qaranlıq otağın canlı olduğu unudulmamalıdır. Görüntünün başı aşağı düşdüyü yer isə tor qişa adlanan toxumadır. Üzərində görüntünün əmələ gəlməsi baxımından tor qişa fotokamera lentinə bənzədilə bilər. Tor qişanın vəzifəsi bu görüntünü elektrik siqnalları şəklində beyinə ötürməkdir.
Aydınlıq nizamlaması
Fotoşəkil çəkilərkən əvvəlcə aydınlıq ölçüsü dəqiqləşdirilməlidir. Görmə prosesində ətrafımızdakı görüntülərin həssas təbəqə üzərinə aydın düşməsi üçün göz büllurunun görmək istədiyimiz cismin uzaqlığına görə özünü nizamlaması lazımdır. Fotokameralarda bu proses əl ilə, təkmilləşdirilmiş kameralarda avtomatik edilir. Daha xüsusi məqsədlərdə istifadə edilən mikroskop və teleskoplarda da aydınlıq dərəcəsi nizamlanır. Hər dəfə bu proses vaxt aparır.
Ancaq insan gözü bu nizamlamanı hər an, çox qısa müddət ərzində özü edir. Həm də bu zaman istifadə edilən üsul təqlid edilməyəcək qədər üstündür. Gözün içində yerləşən göz bülluru ətrafında yerləşən əzələlər vasitəsi ilə görüntünü tor qişanın üzərinə fasiləsiz salır. Quruluşu çox elastik olan və asanlıqla forma dəyişdirən bu büllur lazım olduqda qabarır, lazım olduqda gərilərək işığın düşdüyü nöqtəni sabit saxlayır.
Əgər gözdə bu nizamlama öz-özünə edilməsəydi, məsələn, bir düymə vasitəsilə insan baxdığı nöqtəni fokuslamalı olsaydı, görmək üçün davamlı olaraq xüsusi səy göstərməliydi. Görüntü gah aydınlanacaq, gah da bulanıq olacaqdı. Bir cismə baxdıqda görə bilmək çox vaxt aparacaq, həyat çox axsayacaqdı.
İnsan qarşısında müəyyən uzaqlıqda duran cismi aydın görmək istədikdə aradakı məsafəni, göz büllurunun fokuslama dərəcəsini və bunlarla bağlı bir çox optik hesablamaları etməklə məşğul olmur. Cismi aydın görmək üçün sadəcə ona baxması kifayətdir. Qalan bütün proseslər avtomatik şəkildə göz və beyin tərəfindən yerinə yetirilir. Həm də bu proseslər sadəcə bir istəmə müddəti qədər qısadır.
İşıq ahəngi
Fotokamera ilə gündüz çəkilən fotoşəkil aydın olur. Eyni lent və fotokamera ilə gecə ulduzlar və səma çəkildikdə isə fotokamerada heç nə görünmür. Lakin göz qapaqları saniyənin onda biri qədər az müddətdə açıqldıqda belə ulduzlar çılpaq gözlə görünür. Çünki göz çox müxtəlif aydınlatma şərtlərinə və fərqli işıq dərəcələrinə görə özünü hər an avtomatik nizamlayır. Bunu təmin edən göz bəbəyi ətrafındakı əzələlərdir. Əgər mühit qaranlıq olsa, bu əzələlər açılır, göz bəbəyi böyüyür və gözə daha çox işığın girməsi təmin edilir. Əgər mühit işıqlıdırsa, bu zaman əzələlər yığılır, göz bəbəyi kiçilir və içəri girən işığın miqdarı azaldılır. Bu sayədə həm gecə, həm də gündüz görüntü aydın olur.
Rəngli dünyaya açılan pəncərə
Göz, görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez olunaraq normal görüntüyə çevrilirlər.
Tor qişada yerləşən çöpcüklər görülən obyektin ağ-qara görüntüsünü müəyyən edir. Çöpcüklərin digər funksiyası baxılan cismin formasını, cizgilərini təfərrüatı ilə qəbul etməkdir. Kolbacıq hüceyrələri isə cismin formasını deyil, rənglərini müəyyənləşdirirlər. Nəticədə hər iki hüceyrədən alınan siqnalların dəyərləndirilməsi ilə xarici aləmin görüntüsü formalaşır və rənglər halında beyində əmələ gəlir.
Üstün Texnologiya
Gözün fotokamera ilə müqayisə edilməsi sadəcə olaraq mövzunun daha yaxşı başa düşülməsi üçün istifadə edilmiş metoddur. Əslində fotokamera gözə nisbətən olduqca bəsit quruluşa malikdir. Hətta gözün görüntü ötürmə texnikası ən qabaqcıl kameralardan qat-qat üstündür. Nəticədə gözün ötürdüyü görüntü insan icadı olan hər hansı bir alətin ötürdüyü görüntüdən daha çox keyfiyyətlidir.
TV kamerasının iş prinsipləri tədqiq olunarsa, sözügedən həqiqət daha yaxşı başa düşülər. TV-nin iş prinsipi görüntülərin deyil, bir görüntünü yenidən əmələ gətirəcək az və ya çox işıqlı nöqtə ardıcıllığının ötürülməsinə əsaslanır. Ona görə kamera qarşısındakı cisim, sətir deyilən müəyyən sayda zolağa bölündüyü üçün yayım əsnasında “axtarma” prosesi olur. Bir fotosel lampa belə bir sətrin bütün nöqtələrini soldan sağa, bir-birinin ardınca görür. Hamısının işıq vəziyyətini dəyərləndirir və sonda bunlara əsaslanaraq bəzi siqnallar verir. Bir sətri əvvəldən axıra qədər axtardıqdan sonra sonrakı sətrə keçir və bu proses beləcə davam edir. Bu fotoselin işləmə ritmi bir görüntünün 625 və ya 819 sətrini 1/25 saniyədə axtaracaq şəkildə hesablanmışdır. Beləliklə, bütöv bir görüntünün tamamlanması bitən kimi yeni görüntü ötürülür. Bu şəkildə ötürülən bildirişlərin sayı çoxdur və siqnallar hədsiz sürətlə verilir.
Gözün bütün bu izah etdiklərimizdən daha üstün işləmə mexanizminə malik olduğu, habelə heç bir nəzarətə və hissə dəyişikliyinə ehtiyacı olmadığı nəzərə alınarsa, gözün quruluşunun nə qədər təəccüblü və mükəmməl olduğu çox aydın şəkildə başa düşülər.2
Gözlə beyini əlaqələndirən sinir kanalları
İki orqan arasında məlumat mübadləsi olması və bu mübadilə üçün xüsusi kanallardan istifadə olunması çox cəlbedicidir. Əgər arada hər hansı bir telefon, telefonun bağlandığı kompüterli ATS və əlaqəni təmin edən telefon xətləri varsa, üç varlığın bir-birlərinə uyğun ortaq məqsəd üçün icad edildiklərinə dair şübhə olmaz. Bağlanacağı ATS olmayan telefon, telefonu olmayan ATS və ya nə telefonu, nə ATS-i olmayan telefon xətti heç bir işə yaramaz. Hər üç cihaza eyni anda ehtiyac var. Heç kim bu xüsusi cihaz və əlaqənin milyardlarla il ərzində təsadüf nəticəsində öz-özünə əmələ gəldiyini irəli sürə bilməz. Ancaq təkamül nəzəriyyəsi yuxarıda sadalanan texnoloji məhsullardan daha üstün xüsusiyyətlərə malik olan gözün, beyinin və aralarındakı sinir sisteminin varlığını təsadüflərlə əlaqələndirir. Lakin aydındır ki, beyini, gözü və aralarındakı əlaqələri quran tək Yaradan var.
Ortaq kanaldan istifadə
Ağ təbəqə üzərindəki hüceyrələr bir sinir kanalı sayəsində birbaşa beyinə bağlanır. Hüceyrələr siqnallarını bu kanallarla beyinə ötürürlər. Ağ təbəqədə yerləşən 140 milyon hüceyrəyə baxmayaraq görmə sinirlərinin sadəcə 1 milyon sinir kanalı var. Normal şərtlərdə bu çox böyük problemdir və bu problemin həll edilməməsi görüntünün əmələ gəlməməsinə səbəb olar. Bəs necə olur ki, hər hüceyrənin siqnalı beyinə tam şəkildə çatır və görmə prosesi baş verir?
Suala cavab verməzdən əvvəl insan icadı olan telekommunikasiya sistemlərinin dövrümüzdə çatdığı son nöqtəni nəzərdən keçirmək yerinə düşər. Qitələrarası xəbərləşmədə son dərəcə təkmilləşmiş sistemlərdən istifadə olunur və hər an minlərlə əlaqə qurulur. Buna baxmayaraq, mövcud xətlər əlaqə sayına nisbətən çox azdır. İstifadə edilən çox təkmilləşmiş sistem sayəsində bircə xəttə birdən çox danışıq yüklənilir. Bu danışıqların siqnalları sıra ilə yerlərini dəyişdirərək xəttən keçirlər. Bu yerdəyişmə o qədər sürətli olur ki, hər kəs ancaq özünə aid bir xətt olduğunu zənn edir. Bir xəttdə hər saniyə yüz dəfələrlə bir əlaqənin alınıb başqasına verilməsi, sonra yenidən geri alınması heç hiss edilmir. Xətlərdə böyük ölçüdə qənaət edən bu sistem gözdəki sistemin kopyalanmasından başqa bir şey deyil.
Göz ilə beyin arasında yerləşən sinir kanalları da eyni şəkildə hüceyrələr tərəfindən ortaq istifadə edilirlər. Beləliklə, milyonlarla hüceyrədən çıxan elektrik siqnalları hər an beyinə ötürülür.
Bu misaldan da göründüyü kimi insan orqanizmində çox təkmilləşmiş sistem var. İndi bu sistemi təkamül nəzəriyyəsinin iddialarına əsasən, baş verməsi tamamilə mümkünsüz olan fərziyyələrlə açıqlamağa çalışaq.
Gözü əmələ gətirən bütün təbəqələrin, göz büllurunun, buynuz qişanın, göz əzələlərinin, beyinin, beyinlə əlaqə quran bir milyon sinir kanalının, tor qişanı əmələ gətirən 140 milyon hüceyrənin, göz qapağının, göz yaşının, göz yaşı vəzlərinin, gözü qidalandıran qan və limfa damarlarının və içlərindəki qan və limfanın hamısının eyni anda, bir-birlərilə əlaqəli şəkildə -tamamilə mümkünsüz olmasına baxmayaraq – təsadüfən meydana gəldiklərini düşünək. Görmə yenə baş verməyəcəkdi, çünki mövcud kanallar beyinlə əlaqə qurmaq üçün kifayət etməyəcəkdi. Mövcud siqnalların sadəcə 140-da biri beyinə çatacaq, qırıq və ya əksik siqnallara görə görüntü əmələ gəlməyəcəkdi.
Bu maneə necə aşıldı? Görəsən sinir hüceyrələri və buynuz qişanı əmələ gətirən hüceyrələr əl-ələ verib plan qurdular? Yoxsa bu hüceyrələr telekommunikasiya təlimindən keçib öz-özlərinə, bir xəttdən 140 ayrı siqnalı göndərə bilən sistem əmələ gətirdilər?
Hər halda müzakirələr nəticəsində problemi həll edəcək tək yol hüceyrələr tərəfindən yekdilliklə qəbul edildi. Bundan sonra hüceyrələrin hamısı öz qurduqları bu bənzərsiz plana uyğun hərəkət etdilər. Hər kanal təqribən 140 hüceyrənin siqnallarını ötürməyə başladı. Həm siqnal mənbələrinin sıralarını dəyişdirərək, həm də saniyədə minlərlə siqnal ötürərək…
Lakin təkcə bu sistemi qurmaq kifayət deyildı. Bu sistemin sonrakı nəslə ötürülməsi lazım idi. Bu dəfə də mövcud nizamlama ilə bağlı minlərlə pillədən ibarət genetik məlumat bu sistemin məlumatlarını ötürmək üçün şifrələmə üsulu ilə əksiksiz şəkildə göz hüceyrələrindən çox uzaqda olan çoxalma hüceyrələrinə yerləşdirildi. Əgər bu olmasa, sonrakı nəsil yenə kor doğulacaq, yaşaya bilməyəcək, beləliklə, nəsil tükənəcəkdi.
Əgər çatışmayan kanallarla bağlı problem həll edilməsə, gözü əmələ gətirən digər hissələr, buynuz qişası, tor qişa, göz bülluru, göz əzələləri, hər şey boş yerə meydana gələcəkdi. Bu üstün mexanizmlər canlının ölməsi ilə bərabər yox olub gedəcəkdi.
Göründüyü kimi, bu sistemin və gözü əmələ gətirən hər təbəqə, hər hissə və orqanoid eyni anda, birdən mövcud olmalıdırlar. Göz mükəmməl şəkildə ortaya çıxmışdır, yəni Allah tərəfindən yaradılmışdır.
Mənbələr:
1 Maurice Burton, Böcekler, İstanbul: Remzi Kitabevi, 1979, s. 33.
2 Ali Demirsoy, Yaşamın Temel Kuralları, Ankara: Entomoloji, 1992, s. 161.
Men rakberova cox minnetdaram okey bunlari bilmek maraqlidir
bu ela meqaledir Allah her şeye qadirdir.
bu meqaleni cox beyendim ,сunki oxuculara aydin sekilde basa dusulecek formada yazildigi ucun cox eladir her kese tessekkur edirem .men shexsen cox faydalandim sag olun yazan eller var olsun.