70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.
1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib.Hər mərhələsi ayrı-ayrı qeyri-mümkünlüklər zənciri olan bu təsəvvür belə edilə bilməyən ssenari həyatın başlanğıcını izah etmək əvəzinə problemi daha da böyüdür, bir çox cavabsız sualı gündəmə gətirir:
1- Hələ RNT-ni təşkil edən nukleotidlərin bir ədədinin belə əmələ gəlməsi əsla təsadüfən mümkün olmadığı halda, görəsən xəyali nukleotidlər necə uyğun ardıcıllıqla düzülərək RNT-ni əmələ gətiriblər? Təkamülçü bioloq Con Horqan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:
“Tədqiqatçılar RNT-ni hərtərəfli şəkildə araşdırdıqca getdikcə daha artıq problem üzə çıxır. RNT ilk dəfə necə əmələ gəlib? RNT və onun tərkib hissələrinin laboratoriyada ən yaxşı şərtlər daxilində sintezlənməsi belə olduqca çətin ikən o prebiotik (həyatdan əvvəlki) mühitdə əmələ gəlib?” (John Horgan, “In the Beginning”, Scientific American, cild 264, fevral 1991, səh. 119.)
2- Təsadüfən əmələ gəldiyini fərz etsək belə, ancaq bir nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü kopyalamağa qərar verib və nə cür mexanizmlə bu kopyalamanı bacarıb? Özünü kopyalayarkən istifadə edəcəyi nukleotidləri haradan tapıb? Təkamülçü mikrobioloqlar Cerald Coys və Lesli Orcel vəziyyətin çıxılmaz olduğunu belə ifadə edirlər:
“Mübahisə çıxılmaz vəziyyətə çevrilir: mürəkkəb bir polinukleotid şorbasından çıxıb birdən-birə özünü kopyalaya bilən xəyali RNT əfsanəsi… Bu anlayış ancaq bu günkü prebiotik kimya anlayışımıza əsasən həqiqətdənkənar olmaqla yanaşı eyni zamanda RNT-nin özünü kopyalaya bilən bir molekul olması kimi həddindən artıq pozitiv fikri də əsassız edir.” (G. F. Joyce, L. E. Orgel, “Prospects for Understanding the Origin of the RNA World”, In the RNA World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, səh. 13.)
3- Əgər ibtidadi dünyada özünü kopyalayan RNT əmələ gəldiyini və həmin mühitdə RNT-nin istifadə edəcəyi hər cür amin turşusundan saysız-hesabsız miqdarda olduğunu fərz etsək və bütün bu qeyri-mümkünlüklərin bir yolla həyata keçdiyini düşünsək belə, bu vəziyyət yenə də cəmi bir zülal molekulunun əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT təkcə zülalın quruluşu ilə əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ancaq ortada zülal əmələ gətirən “mexanizm” yoxdur. RNT-nin varlığını zülalın əmələ gəlməsi üçün kafi hesab etmək bir avtomobilin kağız üzərində çəkilmiş çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.
Bir zülal hüceyrə içindəki olduqca kompleks proseslər nəticəsində bir çox fermentin köməyilə ribosom adlanan orqanoiddə hazırlanır. Ribosom isə zülallardan ibarət mürəkkəb hüceyrə orqanoididir. Ona görə bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlməsi kimi fantastik fərziyyəni də doğurur. Təkamül nəzəriyyəsinin və ateizmin məşhur tərəfdarlarından biri olan Nobel mükafatına layiq görülmüş Jak Monod belə zülalın sintezlənməsinin ancaq nuklein turşularındakı məlumatla məhdudlaşdırılmasının mümkün olmadığını bu şəkildə açıqlayır:
“Şifrə (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə mənası yoxdur. Dövrümüzdə hüceyrədəki şifrə ötürmə mexanizmi ən az 50 makromolekulyar hissədən ibarətdir ki, bunların özləri də DNT-də şifrələnmişdirlər. Şifrə bu hissələr olmadan ötürülə bilməz. Bu dövranın bitməsi nə vaxt və necə baş vermişdir? Bunu təsəvvür etmək belə həddindən artıq çətindir.” (Jacques Monod, Chance and Necessity, New York: 1971, səh. 143.)
İbtidai dünyadakı bir RNT zənciri hansı iradə ilə bu cür qərar verib və hansı metodlardan istifadə edərək 50 xüsusi hissənin işini təkbaşına edərək zülalı əmələ gətirib? Təkamülçülər bu suallara heç bir cavab vermirlər. Məşhur elmi jurnal “Təbiət”də (Nature) dərc olunmuş bir məqalədə də “özünü kopyalayan RNT” anlayışının tamamilə təxəyyül məhsulu olduğu, əslində heç bir təcrübədə bu cür RNT-nin əldə edilmədiyi bildirilir:
Maynard Smit və Szatmeri “DNT kopyalanmasında səhv baş verməsi ehtimalı o qədər çoxdur ki, bircə gendəki bir DNT hissəsinin düzgün kopyalanmasını təmin edən ferment zülallarının əvvəlcədən mövcud olmasına ehtiyac var” deyirlər. Bu təqdirdə hələ də məlum olan məlumat və ferment funksiyası daşıyan RNT müəllifləri bunu deməyə məcbur edir: “İlk RNT molekulları öz-özlərini kopyalamaq üçün polimerləşdirici zülal fermentinə ehtiyac hiss etmədilər, öz-özlərini kopyaladılar.” Bu bir həqiqətdir yoxsa gözlənti? Əsasən bütün bioloqlar üçün bunu bildirməyin açıqlayıcı olduğunu düşünürəm: süni şəkildə sintezlənmiş katrilyonlarla (1024) təsadüfi RNT zənciri arasından bircə dənəsi belə özünü kopyalayan (self-replicating) RNT çıxmamışdır. (278 Dover, Gabby L. 1999, Looping the Evolutionary loop, Review of the origin of life from the birth of life to the origin of language, Nature 399: 218.)
Dr. Lesli Orcel “həyatın RNT dünyası ilə başlaması” ehtimalını “ssenari” adlandırır. Orcel bu RNT-nin hansı xüsusiyyətləri daşımasının lazım olduğunu və bunun qeyri-mümkünlüyünü “Scientific American” jurnalının 1994-cü il oktyabr sayındakı “Yer üzündə həyatın mənşəyi” (The Origin of Life on the Earth) adlı məqalədə belə ifadə edir:
Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı RNT bu gün mövcud olmayan iki xüsusiyyəti daşımalıdır: zülallar olmadan özünü kopyalama xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti. (Leslie E. Orgel, “The Origin of Life on the Earth”, Scientific American, oktyabr 1994, cild 271, səh. 78.)
Açıq şəkildə başa düşüldüyü kimi, Orcelin “olmadan olmaz” şərtini qoyduğu bu iki kompleks funksiyanı RNT kimi bir molekuldan gözləmək elmi düşüncəyə ziddir. Konkret elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni bir versiyası olan “RNT dünyası” tezisinin baş verməsi qeyri-mümkün olan ssenari olduğunu ortaya qoyur.
Con Horqan da “Elmin sonu” (The End of Science) adlı kitabında sonradan əsassızlığı sübut edilmiş məşhur Miller eksperimentini həyata keçirən Stenli Millerin son dövrlərdə irəli sürülən həyatın mənşəyi haqqındakı nəzəriyyələri olduqca mənasız və alçaldan tərzini bu cür izah edir:
“İlk təcrübəsindən təqribən 40 il sonra Miller mənə həyatın mənşəyi tapmacasının cavabını tapmağın özünün və ya başqa hər hansı birinin düşündüyündən daha çətin olduğunu dedi… Millerin “mənasız” və ya “kağız üzərində kimya” adlandırdığı həyatın mənşəyi ilə bağlı yeni tezislərdən heç təsirlənmədiyi görünür. Bəzi hipotezləri o qədər alçaldan tərzdə davrandı ki, onlarla bağlı fikirlərini soruşduqda başını yellədi, ah çəkdi və güldü, sanki bəşəriyyətin axmaqlığını anlayırmış kimi… Stüart Kauffmanın avtokataliz nəzəriyyəsi də bu kateqoriyaya daxildir. Miller “Bir kompüterdə düsturlar hesablamaq təcrübə demək deyil” deyə cavab verdi. Miller elm adamlarının harada və nə vaxt həyatın başladığını heç vaxt qəti şəkildə bilməyəcəklərini də təsdiqlədi.” (Horgan, John, 1996, The End of Science, M. A. Addison-Wesley, səh. 139.)
Miller kimi həyatın mənşəyini təkamül baxımından izah etmək üçün ilk dəfə cəhd göstərən ən coşğun təkamül tərəfdarlarının belə təkamül haqqında bu qədər ümidsiz ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə əks etdirir.
Mən başa düşə bilmirəm ee. Axrıncı dəfə yayda bu sayta girmişəm 2011 də. İndi yenə girdim burda bir dənə təzə xəbər yoxdu. Bu saytın redaktorları hara yoxa çıxıb? bir dənə təzə xəbər yoxdu. Biyabırçılıqdır ee. Düzdür hələki bu saytdakı xəbərlərin hamısını oxumamışam Amma belə də olmaz da
Deyəsən bu saytı məndən başqa hamı yadından çıxardıb
Həyatin necə yaranmasi bəşər yaranan ilk vaxtlardan cavabsiz bir sual olaraq gündəmdə olmuşdur.Odur ki, bunun bir təsadüf olmadigi ortaya çixir. Deməkki cəmi yaranmişlari yaradan bir səbəb “uca tanri” -Allah var. Mikro aləmdən mikro aləməcən hər şeyin necə dəqiq, necə kamil və necə əlaqəli oldugunu dərk etdikcə insan övladi bütün bunlarin yeganə yaranişinin səbəbini bunlarin hər birindən daha kamil bir yaradani olduğunu qəbul etməyə bilməz!… Bu uca yaradan- Allahdir. Nəyi necə yaratmasindan asili olmayaraq bu belədir. Bu bir həqiqətdir ki, alimin kəşfi onu yaratmasi deyil, mövcud olani tapmasidir. Çünki kainatda hər çeyin səbəb-nəticə zənciri vasitəsilə biri digərinin yaranma səbəbi olduğunu qəbul etsək görərikki bu zəncirin “ilk halqasinin” necə yaranmasi və sonraki hər bir prosesi aparan qüvvələr böyük bir sualdir. Bunu qəbul etmək olarki kainat və bioaləm birdən-birə bu şəkildə yaranmamiçdir, təkamül nəticəsində bu vəziyyətinə gəlib çatmişdir. Ancaq bu təkamülün özü belə çox kamil bir prossdir və onu yaradana möhtacdir!…Beləliklə səbəb-nəticə zəncəri ilə biri-birilə əlaqəli olan bu təkamül prosesi bir təsadüf deyildir… Mənim fikrimcə bu proseslərin bu qədər kamil və harmonik olmasinin əsasinda kainat və təbiəti təşkil edən maddələrin “Mendeleyev cədvəli” vasitəsilə müəyyən qədər aşkar edilə bilən riyazi harmoniyasi və ardicilliği dayanir. Buradan belə bir nəticə çixarmaq olarki uca Allah kainati yaradarkən hər şeyi əvvəlcədən dünmüş və kainatin təkamülünü onu təşkil edən maddələrin öz daxilində,öz fövqündə yaratmışdır.Kainat maddə və fiziki qüvvələrdən (maqnitizm) təşkil olunmuşdur. Bu maddələrin fiziki quruluşu və bu fiziki qüvvələrin riyazi qanunauyğunluqları müəyyən bir qanunauğunluqla six əlaqədardır…