Ölümə Tələsən Erkək Arılar

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək  arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir.

Xüsusi xidmət göstərən işçi arılar

Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara çox qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400-500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün 5-6 işçi arı heç dayanmadan işləməlidir. Yəni pətəkdəki 2-3 min işçi arının müəyyən bir müddət üçün vəzifəsi erkək arıları bəsləməkdir.

Əslində ana arının cütləşməsi üçün ən çox 10 erkək arı bəs edir. Buna baxmayaraq, arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə ediləcək işlər çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların baxımına sərf edirlər. Bu, çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçduğunda mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə asaq, onların çox olmalarının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək arıların işçi arılar tərəfindən xüsusi diqqətlə qorunması pətəyin təhlükəsizliyi baxımdan alınan vacib tədbirdir. Əlbəttə ki, bu tədbirin məqsədi vardır. Burda əsas məqsəd pətəyin davamlı olmasını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.

Amma bir sual çıxır: arılar bu mühüm qərarı necə verirlər? Onlar bu məsələni bir araya gələrək birlikdəmi müəyyən ediblər?

Yoxsa bu işin bu şəkildə olmasını təsadüfən kəşf edib və bunun çox mükəmməl bir strategiya olduğunu müəyyən edib, davam etdirmək qərarını veriblər?

Əlbəttə ki, arılar bunun heç birini öz başlarına etməzlər. Arıların qərar mexanizmləri, strategiya müəyyən edib sonra da onu həyata keçirmək şüurları yoxdur.

 Erkək arıları gözləyən son

Ana arı ilə erkək arı yüksək yerdə rastlaşırlar. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşməni yerinə yetirdiyi an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən yox edilirlər. Cütləşmə dövrü başa çatdıqda istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti də dəyişir. İşçi arılar cütləşmə dövründə erkək arıların qayğısına xüsusi diqqətlə qalırlar. Cütləşmə dövrü bitdikdən sonra erkək arıların qanadlarını qoparıb, onlara hücum etməyə başlayırlar. Onlar bir şey yemək istəyəndə işçi arılar onları qüvvətli çənələrilə antennalarından və ya ayaqlarından tutub pətəyin bir kənarına sürüyür və çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün çox qısa müddət ərzində ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar. Dişi arılar (ana və işçi) erkək arılar pətəkdən çıxarıldığı andan gələn yaya qədər olan müddət ərzində tək özləri qalırlar.

Bir canlının öz təhlükəsizliyini düşünmədən birlikdə yaşadığı qrup uzvlərinin təhlükəsizliyini və rahatlığını təmin  etməyə çalışmasının ancaq belə açıqlaması ola bilər: arı pətəyindəki bu nizam üstün ağıl sahibi Yaradıcı tərəfindən müəyyən olunub. Bu Yaradıcı pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən Allahdır.

Yer üzündəki bütün canlılar kimi, erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr belə, pətəyin varlığını qoruyurlar.

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)