Şəkər Yediyiniz Zaman Bədəninizdə Çalışan Nəhəng Fabrikdən Xəbəriniz Varmı?

Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.

3- Uzaqdakı bu hüceyrələr onlara əmr gəlməyənədək şəkəri yığmırlar. Mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkər yığmağa başlayın” əmrini daşıyan hormon göndərir. Mədəaltı vəzi hüceyrələri ilk yaradıldıqları andan etibarən DNT-lərində insulin adlı bu hormonun formulu qeyd olunur.

4- Mədəaltı vəzi hüceyrələrindəki xüsusi fermentlər (işçi zülallar) bu formulu oxuyur. Oxunan formula görə insulin sintez edilir. Bu sintezdə yüzlərlə fərqli ferment çalışır.

5- Sintez olunan insulin hormonu ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yolu ilə hədəfdəki hüceyrələrə çatdırılır.

6- İnsulin hormonunda yazılmış “şəkər yığın” əmrini oxuyan digər hüceyrələr bu əmrə qeyd-şərtsiz itaət edirlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edən qapılar açılır.

 7- Ancaq bu qapılar təsadüfən açılmır. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını tanıyır, saxlayır və öz içlərinə buraxır.

8- Hüceyrələr özlərinə verilən əmrə heç vaxt itaətsizlik etmir. Bu əmri yalnış anlamır, yalnış maddələri tutmur, lazım olandan artıq şəkər yığmırlar. Ciddi intizam və fədakarlıqla çalışırlar.

Beləliklə, çox şirin çay içdiyiniz zaman bu fövqəladə sistem işə başlayır və artıq şəkəri bədəninizdə depolayır. Əgər bu sistem çalışmasaydı, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya düşüb ölərdiniz.

Bu, o qədər mükəmməl bir sistemdir ki, lazım gəldiyində əksinə də çalışa bilir. Əgər qandakı şəkər normadan az olsa, bu zaman mədəaltı vəzi hüceyrələri tamamilə fərqli bir hormon – “qlükoqon”u sintez edir. Qlükoqon şəkər depolayan hüceyrələrə bu dəfə “şəkəri qana qarışdırın” əmrini verir. Bu əmrə də itaət edən hüceyrələr yığdıqları şəkəri geri qaytarır.

Necə olur ki, beyinə, sinir sisteminə, göz və qulağa sahib olmayan hüceyrələr bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Zülalların və yağ molekullarının yan-yana gəlməsilə yaranan bu şüursuz varlıqlar necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işlər görə bilirlər? Şüursuz molekulların göstərdikləri bu böyük şüurun mənbəyi nədir?…

Əlbəttə, bu hadisələr bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. Aynur says:

    Salam. Bilmek isteyirem qanda sekerin miqdari ne qeder olmalidir. Tesekkur edorem

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)