Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.
Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır.
Şüşə niyə maye halındadır?
Bunu daha yaxşı anlamaq üçün bu nümunə üzərində düşünməliyik: su qaz, maye və bərk halında da eyni molekulyar xüsusiyyətlərə malikdir və H2O düsturu ilə təyin olunur. Maye halda olarkən suyu meydana gətirən molekullar bir-birinin üstündən sürüşür, qaz halında olarkən isə molekullar sərbəst şəkildə geniş sahəyə yayılırlar.Ancaq su bərk halda olarkən suyu meydana gətirən molekullar çox simmetrik və qüsursuz nizam daxilində ardıcıl düzülür və kristallaşır.Beləliklə, buz meydana gəlir.Maddənin sərtləşdiyi anda bənzərsiz forma və həndəsi nizamın yaranması o maddənin kristallaşmasıdır.Əgər bir maddə soyuduqda bu simmetrik nizamı əldə edə bilmirsə, o zaman o maddə bərk deyil.Şüşənin “bərk” olaraq qəbul edilməməsinin səbəbi də budur.Şüşəni meydana gətirən molekullar soyuyanda kristallaşmırlar.Yəni molekullardakı və atomlardakı düzülüş nizamlı deyil.Belə bir nizamlılığı təmin etməyən bir maddə kristallaşa bilməz, bu səbəbdən də bərk hala çevrilə bilməz. Gözlə görünməyən atomların bütün kainatdakı obyektlərin hamısını necə meydana gətirdiklərini öyrənən və bunun üzərində ağıl və vicdanla düşünən hər insan Allahın sonsuz qüdrətini, ağlını və bənzərsiz yaratma sənətini görər və Allahın gücü qarşısındakı acizliyini anlayaraq boyun əyər.
Leave a Reply