Dəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?
Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?
Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?
Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?
Şəkər xəstəliyi necə əmələ gəlir?
Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik.
6 karbon, 12 hidrogen və 6 oksigen atomundan təşkil olunmuş qlükoza molekulu hidrogen atomları sayəsində altıbucaqlı formaya malikdir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə qlükoza suda asanlıqla həll olunur. Oksigen atomları sayəsində bu molekul su molekulları ilə güclü hidrogen rabitələri qurur. Qlükoza suda həll olan bu molekula görə mayenin içində dərhal əriyir. Qlükozanın bu xüsusiyyəti bizim üçün həyati əhəmiyyətə malikdir. Çünki qlükoza hüceyrələrin ən vacib qidasıdır və hüceyrələrə qan vasitəsilə daşınır. Ona görə də mayenin içində əriməlidir.
Qlükoza orqanizmdə necə hərəkət edir?
Qlükoza ilə oxşar molekulyar quruluşa malik heksanın bir çox ortaq cəhəti var. Heksan bir yanacaq maddəsi kimi qlükozaya çox bənzəyir. Ancaq heksan oksigen atomu daşımır və buna görə, yandıqda çoxlu yeni güclü karbon-oksigen rabitələri meydana gətirir. Bu, heksanın suda həll olmasına mane olur. Buna görə, heksan qan vasitəsilə hüceyrələrə daşına bilməz. Normal şəraitdə qlükoza heksandan daha az səmərəlidir, ancaq mayenin içində daşına bildiyinə görə, insanlar üçün həyati əhəmiyyətə malikdir.
Qlükoza molekulları məhlulun tərkibinə daxil olduğu anda enerjisini maddələr mübadiləsi üçün dərhal yanacağa çevirir. Buna görə, qlükoza canlı hüceyrələri üçün əsas enerji mənbəyidir. Daha böyük molekullar, məsələn, daha mürəkkəb şəkər və nişastalar həzm olunduqda asanlıqla yanacağa çevrilməsi və hüceyrələrə çatdırılması üçün qlükoza molekulları şəklində kiçildilirlər. Buna görə, qlükozaya daxil olduğu maddələr mübadiləsindən asılı olaraq qan şəkəri, üzüm şəkəri, nişasta şəkəri kimi müxtəlif adlar verilir.
Həzm prosesində əmələ gələn qlükoza molekulları necə tarazlanır?
Yediyimiz qidaların 70%-i bizi karbohidratla təmin edir. Ağızda həzm olunmağa başlayan karbohidratlar tüpürcəyin içindəki karbohidrat parçalayıcı fermentlərlə qarşılaşır. Qismən parçalanan bu molekulların həzmi isə düz bağırsaqda sona çatır. Bu parçalanma nəticəsində əmələ gələn qlükoza molekulları qan təzyiqinin qalxmasına səbəb olur. Ancaq qan təzyiqi qlükoza molekullarına müdaxilə edən fermentlər vasitəsilə normada saxlanılır. Qısaca desək, orqanizm üçün çox mühüm bir molekul xüsusi yaradılmış başqa molekul tərəfindən tənzimlənir.
Orqanizmdə artıq qlükoza olduqda bir ferment vasitəsilə bu artıq qlükoza qlikogen adlanan başqa formaya çevrilib ehtiyatda saxlanılır. Qlükozanın qlikogenə çevrilməsində rol oynayan fermentin adı qlikokinazdır (glucokinase). Bu fermenti mədəaltı vəzdən ifraz olunan insulin adlı hormonun nəzarəti altında qaraciyər hasil edir. Qlikogen isə orqanizmin enerjiyə ehtiyacı olduqda işə düşür və istifadəyə hazır olur.
Orqanizmimizdəki mükəmməl iş bölgüsü insan ilk dəfə yaradıldıqdan etibarən mövcuddur
Bir fabrikdə istehsalçılar, hazır məhsulu lazımi yerə daşıyanlar, onlara nəzarət edənlər, qalığı hesablayanlar və bu qalığı başqa yerlərdə istifadə etmək üçün dəyərləndirən işçilər var. Hər istehsal prosesi mütləq seçilmiş mütəxəssislər tərəfindən idarə olunur. Mümkün xətanın aradan qaldırılması üçün ciddi nəzarət var. Hər şöbədə öz sahəsində peşəkarlaşmış çoxlu insan işləyir. Buna baxmayaraq, qüsursuz nizam-intizam olmur, tez-tez səhvlər olur.
İnsan orqanizmindəki bu qüsursuz sistem bir növ fabrik kimi işləyir və əsla səvh etmir. Hər hüceyrə, hər molekul işini bilir və tam yerinə yetirir. Şübhəsiz ki, nə hüceyrənin içindəki molekulların, nə də onunla birlikdə hərəkət edən digər orqanların ağlı, biliyi, bacarığı və ya təhsili var. Bütün bu proses və hasilat üçün müəyyən vaxtın keçməsi üçün gözləməmiş, doğulduğumuz andan etibarən bu mükəmməl sistem hal-hazırki şəkildə yaradılmışdır. Allah bu mükəmməl iş bölgüsünü min illər boyu hələ elm bunun fərqinə varmadan qüsursuz şəkildə yaratmış və hər molekul insanda mükəmməl surətdə funksiyaını yerinə yetirmişdir.
Qlükozanı təşkil edən atomlar müxtəlif formada bir-birinə bağlanarsa…
Qlükoza müxtəlif rabitələrlə fərqli şəkər molekullarına çevrilə bilir. Bunlardan biri fruktozadır. Fruktoza meyvə şəkəri də adlanır. Çünki fruktoza meyvə və tərəvəzdə çox olur və meyvəyə şirin dad verir. Bundan əlavə, balın tərkibindəki əsas şəkər maddəsidir. Arıların şirə topladığı çiçəklərin nektarı da fruktoza mənbəyidir.
Diabet xəstəliyi necə əmələ gəlir?
Karbohidratlar bağırsaqlarda qlükozaya çevrilir və qanla birləşirlər. Qlükozanın miqdarı artarsa, mədəaltı vəz hüceyrələrin qlükozanı sormasına kömək edən insulin hormonunu ifraz edir. İnsulin qlükoza daşıyıcısını aktivləşdirən reseptorla birləşir. Qlükoza hüceyrənin içinə daxil olur və enerjiyə çevrilir. Qandakı qlükozanın miqdarı sabit qalır. Diabet xəstələrində isə insulin reseptora bağlana bilmir və daşıyıcı qeyri-aktiv olur. Qlükoza qan dövranında qalır və qandakı şəkərin miqdarı artır.
Yetişmiş meyvələrdə, çiçəklərin nektarında, yarpaqların şirəsində və orqanizmdə dövr edən qandakı əsas maddə canlılar üçün xüsusi yaradılmış qlükozadır.
Qlükoza insan üçün hansı əhəmiyyətə malikdir?
Qlükoza insan bədənində qanda 60%, yəni 110 mq/dl, toxumalarda isə 0.1 mq/dl olmalıdır. Əgər sistemdə bir çatışmazlıq olarsa və beyinin ən əsas yanacaq maddəsi olan qlükoza beyində lazımi miqdarda olmasa, ciddi problemlər üzə çıxar. Əgər beyinə gedən qlükozanın miqdarı 0.04 mq/dl-dan az olarsa, beyin hüceyrələri həssaslaşar və impuls göndərərək orqanizmdəki bütün əzələlərin müntəzəm gərilməsinə səbəb olar. Nəticədə, qısa müddətdə ölüm baş verər.
Bu informasiyalari notibookuma kocurmek olarmi?