Qan təzyiqinə nəzarət edən qüsursuz sistem

Bədənimizdəki qan təzyiqi düşdüyü zaman qüsursuz sistem fəaliyyətə başlayır. Eynilə yanğın zamanı həyəcan qəbuledicilərinin alovun tüstüsünü müəyyən etmələri və anında həyəcan siqnalı vermələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girir.

Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəlidir. Buna görə, həyəcan anında qan təzyiqini artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bu tədbirləri belə sıralaya bilərik:

1. Qan damarları daraldılmalıdır.

2. Böyrəklərdən daha çox su əmilməli və qana qarışdırılmalıdır.

3. Ən qısa zamanda insanın su içməsi təmin edilməlidir.

Bəs bunlar necə təmin ediləcək?

Hər insanın bədənində anadangəlmə  bənzərsiz sistem yerləşdirilmişdir.

Sistem belə işləyir: qan təzyiqi düşdüyü anda (yaxud qanda olan natriumun miqdarı azaldıqda) böyrəklərdə olan bəzi hüceyrələr vəziyyətdən xəbərdar olur. Bunlar həyəcan vericilər olan yukstaqlomerulyar (JGA) hüceyrələridir. Bu hüceyrələr renin adlı xüsusi maddə ifraz edirlər.

Hüceyrələrin qan təzyiqinin və ya natriumun miqdarının düşdüyünü təsbit etmələri bir möcüzədir. Ən əhəmiyyətlisi isə hüceyrələrin renin ifraz etmələridir. Çünki renin çoxmərhələli istehsal zəncirinin ilk halqasıdır.

Qanın plazmasında olan və normal halda qana təsir etməyən bir zülal var. Bu zülal qaraciyərdə istehsal edilən angiotenzinogen zülalıdır. Heyrətamiz bir planın ilk mərhələsi burada başlayır. Çünki təkbaşına heç bir işə yaramayan angiotenzinogen və renin, əslində, bir-birləri ilə birləşmək üçün xüsusi olaraq hazırlanmışlar.

Burada düşündürücü bir məqam var: böyrək hüceyrələri və qaraciyər hüceyrələri bir-birlərindən uzaqdadır. Bu hüceyrələrin bir-birinə uyğun hissə istehsal etmələri bir möcüzədir. Bunun təkamülçülərin iddia etdiyi kimi, təsadüfən meydana gəlməsi qətiyyən mümkün deyil. Şübhəsiz, hər biri Yaradıcının sonsuz elmi ilə yaradılmışdır.

Renin angiotenzinogen molekulunun quruluşunu dəyişdirir və yeni bir molekul angiotenzin I ortaya çıxır:

Renin + angiotenzinogen -> angiotenzin I

Ortaya çıxan bu yeni molekulun da bir təsiri yoxdur, çünki istehsal zənciri hələ bitməmişdir. Dövrəyə ağciyərdə olan ACA adlanan və yalnız angiotenzin I molekulunu parçalamağa yarayan bir ferment girir. Bu ferment sayəsində angiotenzin I daha fərqli bir molekul olan angiotenzin II molekuluna çevrilir:

Angiotenzin I + ACA fermenti -> Angiotenzin II

Bu məqamda yenidən düşünmək lazımdır: böyrək və qaraciyər hüceyrələrinin istehsal etdikləri iki müxtəlif molekul ortaya yeni bir molekul çıxarmışdır. Böyrək və qaraciyər hüceyrələri ilə heç bir əlaqəsi olmayan ağciyər hüceyrələri də bu yeni molekulun birləşəcəyi fermenti istehsal edir. Üstəlik, bu fermenti  molekullar birləşmədən əvvəl istehsal edir. Necə olur ki, ağciyər hüceyrələri hələ reallaşmamış bir hadisəyə və hələ istehsal edilməmiş bir maddəyə uyğun gələn ferment istehsal edirlər? Bu maddəni başqa maddəyə çevirən fermentin düsturunu haradan bilirlər? Şübhəsiz, ağciyər hüceyrələrinə bu məlumatları ilham edən Allahdır.

Angiotenzin II fermentinin iki həyati vəzifəsi var: bunlardan birincisi qan damarlarının daralmasını təmin etməkdir. Angiotenzin II fermenti qan damarlarının ətrafında olan əzələləri xəbərdar edir və sıxılmalarını təmin edən mexanizmi hərəkətə gətirir. Beləliklə, əzələlər sıxılır, damar diametrini daraldır və qan təzyiqi artırılmış olur. Bu, birinci nəticədir.

Angiotenzin II maddəsinin ikinci əhəmiyyətli vəzifəsi isə möcüzəvi hormon olan aldosteronu iş başına çağırmaqdır. Angiotenzin II maddəsi böyrəküstü hüceyrələrə çatır və bu hüceyrələrə aldosteron ifraz etmələrini əmr edir. Bu da planın qüsursuzluğunun bir başqa dəlilidir. Çünki aldosteron böyrəklərə təsir edəcək və böyrəklər sidikdəki suyu geri əmərək qana qarışdıracaq. Beləliklə, qan təzyiqi artacaq. Bu da ikinci nəticədir.

Böyrək, qaraciyər və ağciyərin ortaq çalışması nəticəsində istehsal edilən angiotenzin II maddəsinin çox əhəmiyyətli bir vəzifəsi daha var: beyinin xüsusi nayihəsinə çatmaq və o nayihəni hərəkətə gətirmək. Bu, susama hissini oyandıran susama nayihəsidir.

Ancaq angiotenzin II maddəsinin qarşısında bir maneə var. Beyini qorumaq üçün qandan beyin toxumasına keçidi çətinləşdirən bir sistem var və buna qan-beyin baryeri deyilir. Bu sistem beyində 1-2 yerdədir və bu yerlərdən biri də susama nayihəsidir. Bu xüsusi yaradılış sayəsində beyinin susama nayihəsi xəbərdar edilir və insanda su içmək istəyi meydana gəlir.

Qaraciyər, ağciyər və böyrəklərin bir plan daxilində ortaq istehsal etdikləri maddələr nizam içində birləşmiş və nəticədə qan təzyiqinin yüksəlməsinə səbəb olan hormonun ifraz olunmasını təmin etmişdir. Bunun üçün böyrək hüceyrələri, ağciyər hüceyrələri və qaraciyər hüceyrələrinin koalisiya meydana gətirmələri lazımdır.

Bu koalisiya qan təzyiqi düşdüyü zaman nə edəcəyini araşdırmaq məcburiyyətindədir. Bu araşdırma nəticəsində də qərar verməlidir: qan damarlarının diametrlərini daraltmaq və aldosteron hormonunun ifraz olunmasını təmin etmək.

Sonra yenidən uzun araşdırmalar aparıb böyrəküstü vəzlərin və damar əzələsi hüceyrələrinin anatomiyasını, iş sistemlərini analiz etməlidirlər. Daha sonra bu damarların sıxılması və böyrəküstü vəzlərin aldosteron ifraz etməsi üçün möcüzəvi bir düsturu, yəni angiotenzin II maddəsinin molekulyar proyektini təsbit etməlidir.

Bu molekulun necə istehsal ediləcəyinin təsbit edilməsi isə son işdir. Hər orqan bu molekulun istehsal mərhələsində bir məsuliyyət daşımalıdır. Çəkilən istehsal planı çərçivəsində üç mərhələli montaj sistemi hesablanmalı, hər orqana bir vəzifə verilməlidir. Böyrək hüceyrələri renin, qaraciyər hüceyrələri angiotenzinogen, ağciyər hüceyrələri də ACA istehsal etməyə qərar verməlidirlər. Sonra yığıncaq sona çatmalı və hüceyrələr aid olduqları yerlərə geri dönməlidir.

Bu sistemin hər hissəsi möcüzələrlə doludur. İnsan bədənindəki hər hüceyrə xüsusi bir vəzifə üçün yaradılmış və xüsusi xüsusiyyətlərlə təchiz edilmişdir. İnsan bədənində meydana gələn bütün hadisələri Allah yaratmışdır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz  Tags:
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)