Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.
Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur.
Bədəndəki öyrəşmə mexanizmi olmasaydı, geyinmək kimi adi bir hadisə insana böyük çətinlik yaradardı. İnsanın üzərindəki geyimləri daim hiss etməsi əziyyətə çevrilər və toxunduğu əşyalardan gələn siqnalları qəbul edəndə çətinlik çəkərdi. Daim geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın biləyində daim hərəkət etdiyini düşünmək məcburiyyətində qala bilərdi. Bu səbəbdən, rahat yata bilməz, istirahət edə bilməz, həyatı olduqca çətinləşərdi.
Hiss duyğusu bir nemət olduğu kimi, hissin zamanla itməsi də insana verilmiş böyük nemətdir. Tək bir xüsusiyyət insanın həyatını asanlaşdırır və onun rahat yaşamasına səbəb olur. Təkamülçülərin xəyali mexanizmlərinin isə insan bədəninin nəyə ehtiyacı olduğunu müəyyən edən şüuru yoxdur. Bu neməti insana təqdim edən bütün varlıqların bütün ehtiyaclarını ödəyən Allahdır.
Leave a Reply