Orqanizmdəki Qüsursuz Təhlükəsizlik Sistemi

Vazopressin hormonunun xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaqdır. Bu xüsusi dizayn olunmuş təhlükəsizlik sistemidir və insanın xüsusi olaraq yaradıldığını sübut edir. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir.

Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəyimizdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bəs bu reseptorlar qan təzyiqini necə ölçür, təzyiqdəki fərqi necə qavrayırlar? Bu reseptorlar ürəyə, məhz lazımi yerə necə yerləşdiriliblər?

Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır. Bu, təhlükəsizlik şirkətinin iş sisteminə bənzəyir. Təhlükəsizlik şirkətinin daima hazır vəziyyətdə gözləyən işçiləri həyəcan siqnalının qurulduğu evdən müsbət xəbər aldıqda hərəkətə keçmirlər.

Bəs təhlükəsizlik şirkəti, yəni hipofiz vəzi nə vaxt hərəkətə keçir? Ciddi qanaxma olduqda insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsinə səbəb olur ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir.

Qan təzyiqi düşdükdə damarların və ürəyin içində yerləşən reseptorların hipofizə göndərdiyi impuls da kəsilir. Bu isə hipofizin həyacan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olur. Hipofizin impulsun kəsilməsindən dərhal xəbərdar olaraq hərəkətə keçməsi isə çox şüurlu hərəkətdir. Halbuki, bu şüurlu hərəkətlərin hamısı bəzi atomlardan ibarət kiçik molekullara aiddir.

Vazopressin hormonu dərhal qan damarlarının ətrafında yerləşən əzələlərin gərilməsinə səbəb olur və bu proses qan təzyiqinin qalxmasını təmin edir. Çox mürəkkəb, bir-birilə əlaqədar işləyən və bir çox hissədən ibarət bu sistem çox düşündürücüdür.

Vazopressin hormonunu hazırlayan hipotalamus hüceyrələri özlərindən çox uzaqda yerləşən damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?

Qan təzyiqinin artması üçün bu damarların gərilməli olduğunu haradan öyrəniblər?

Bu hüceyrələrin gərilməsini təmin edən kimvəyi formulu necə hazırlayıblar?

Ürək və hipofiz arasındakı rabitə şəbəkəsinin qurulması ilə bu cür qüsursuz həyəcan sistemi necə meydana gəlib?

Şübhəsiz ki, ortada mükəmməl yaradılış var. Bu, insanın şüursuz təsadüflər nəticəsində əmələ gəlmədiyini, yaradıldığını göstərir. Təkamülçülərin orqanizmdəki xəbərləşmə və həyəcan sisteminin təsadüfən əmələ gəlmədiyini, hüceyrələrin öz-özünə bu sistemi düşünərək qurduğunu iddia etməsi məntiqsizdir. Belə bir iddia bir əraziyə yığılmış sement, kərpic, elektrik kabeli kimi materialların fırtına nəticəsində əvvəlcə təsadüfən bir göydələn əmələ gətirdiyini, daha sonra ikinci fırtına ilə bu göydələnin içində elektrik sistemi qurduğunu, ardınca üçüncü fırtına ilə binanın içində mükəmməl təhlükəsizlik sistemini təşkil etdiyini iddia etməyə bənzəyir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)