Archive for » 2012 «

Qan təzyiqinə nəzarət edən qüsursuz sistem

Bədənimizdəki qan təzyiqi düşdüyü zaman qüsursuz sistem fəaliyyətə başlayır. Eynilə yanğın zamanı həyəcan qəbuledicilərinin alovun tüstüsünü müəyyən etmələri və anında həyəcan siqnalı vermələri kimi, bu sistem də ancaq həyəcan vəziyyətində, yəni qan təzyiqi düşdükdə dövrəyə girir.

Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəlidir. Buna görə, həyəcan anında qan təzyiqini artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bu tədbirləri belə sıralaya bilərik: davamı »

Bölmə: Vücudumuz  Açar sözlər:  Şərh yaz

Qoxu mütəxəssisi: İtlər

İtlər ən zəif qoxuları belə asanlıqla müəyyən edirlər.

İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər.

İtlərin həyatını qoxular yönləndirir 

Allahın itlərə bəxş etdiyi ən diqqətçəkən xüsusiyyətlərdən biri qoxu hissidir. Bütün itlər həyatları boyu bir-birini boğan, qarışan və dəyişən qoxu izlərini təqib edir və hər şeyi qoxulayırlar. İtlər bir-birinə qarışan yaxşı və pis qoxular arasında insanın diqqətini belə çəkməyən qoxuları bir-birindən ayırd edə bilirlər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: , ,  Bir Şərh

Yataraq həyatda qalan canlılar

Yuxu həşəratlardan məməlilərə qədər bütün canlıların təbii qidasıdır. Canlıların bəzisi buz üzərində üç dəqiqə, bəzisi bir budaqdan yapışıb fasiləsiz 20 dəqiqə yataraq bu ehtiyaclarını ödəyirlər. Aralarında tək ayaq üstündə, bir gözü açıq və hətta üzərkən yatanları da var. Ancaq canlıların bir çoxunun özlərini qoruyan yuxuları var ki, bu yuxu həftələrlə, hətta aylarla davam edə bilər: qış yuxusu…

Həyatı dayandıran qış fəsli

Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etdirmək üçün lazımi tədbirdir. İstiqanlı heyvanlar üçün vəziyyət daha fərqlidir, onlar da bir növ həyatlarını dayandırırlar. davamı »

Danışmaq möcüzəsi: insanın danışma qabiliyyəti riyazi sirdir

İki-üç yaşlı uşaq necə qrammatika dərsi keçmədən yetkin insan kimi cümlələr quraraq danışır?

Ətrafında danışılanları dinləyərəkmi öyrənir?

İnsanlar dilçi alimlərin belə tam anlamadıqları qrammatik qaydaları necə öyrənmişlər?

Sözlər və cümlələr necə və harada məna qazanır?

Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?

Hər bir insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Demək olar ki, hamı eyni yaşda danışdığından bu vəziyyət təbii görünür. Bu səbəbdən, danışmaq bəzi insanlar tərəfindən adi qabiliyyət kimi qəbul edilir və onun üzərində çox düşünülmür. Halbuki, hələ heç nə bilməyən bir uşağın birdən-birə danışması böyük möcüzədir. Çünki ən sadə dillər belə, özündə kompleks qrammatik qaydaları ehtiva edir. Qrammatik qaydalar isə sözlərə cümlənin tərkibində müxtəlif məna qazandıran riyazi əlaqələrdir. davamı »

Saç telindən hörümçək ipəyinə

Keratin saç tellərinin parlaqlığını necə təmin edir?

Saç kremi istifadə etdikdən sonra saç tellərinin bir-birinə qarışmadan asanlıqla açılması keratinin hansı xüsusiyyətindən qaynaqlanır?

Dırnaq, quş tükü, dəri, ipək, yun kimi bir-birindən çox fərqli maddələrin tərkib hissəsi olan keratinin ən əsas xüsusiyyəti nədir?

Kainatın hər yerində, ən kiçik zərrəsində belə böyük yaradılış var. Biz hər tərəfi molekulların birləşməsindən meydana gəlmiş dünyada yaşayırıq. Bəzi molekullar qoxu və dad əmələ gətirir. Bəziləri havada uçur, bəziləri bədənimizi, bəziləri də suyun dərinliyindəki ehtişamlı gözəllikləri əmələ gətirirlər. Qısaca desək, həyatımızdakı hər şey molekuldur. İnsan həyatının hər tərəfini əhatə edən bu molekullardan biri də bir-birindən tamamilə fərqli formalar meydana gətirən və xüsusilə qoruyucu xassəsi ilə fərqlənən keratindir.  davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: ,  Şərh yaz

Koalanın Tibbi Məlumatı

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Akulalardakı Xüsusi Sistem

Ağ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər. Ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür.

Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər. (John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, s. 146) davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Bir Şərh

Orqanizmimizin Fasiləsiz Enerji Mənbəyi: QLÜKOZA

Dəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?

Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?

Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?

Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?

Şəkər xəstəliyi necə əmələ gəlir? 

Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. davamı »

Bölmə: Vücudumuz  Bir Şərh

Möhtəşəm Yaradılış Möcüzəsi: DNT

Mikroskopik hüceyrənin içindəki DNT özündə dünyanın ən böyük ensiklopediyasından 40 dəfə çox məlumat daşıyır.

Bəs bu 1000 cildlik kitabxana gözlə görə bilmədiyimiz bir molekulun içinə necə sığır?

1000 kitablıq məlumat necə 100 trilyon dəfə bədənimizə yerləşdirilmişdir?

Təxminən 100 trilyon hüceyrəmiz var. Bu hüceyrələrin hər birində bir DNT molekulu var. Bu molekullardan yalnız birinin içində 3 milyard müxtəlif məlumat var. Bu məlumatlar 1 milyon səhifəlik kitaba bərabərdir. 1 milyon səhifəlik kitab təxminən 1000 cilddir. Bu 1000 cildlik əsərin səhifələrini yan-yana düzsək, uzunluğu şimal qütbündən ekvatora qədər çatar. Bu 1000 cildlik əsər 24 saat fasiləsiz oxunsa, əsərin tamamlanması üçün 100 il vaxt lazım olar. Bu böyük məlumat təkcə dırnağımızda, saçımızın bir telində və ya qolumuzun üzərindəki hər hansı bir tükdə olan bir DNT-yə aiddir. davamı »

Bölmə: Mikrodünya, Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz

Parkinson Xəstəliyi

XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər  – neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

Bu xəstəliklərin ən mühümünə – parkinson xəstəliyinə qısaca nəzər salaq:

Yaşlılıq dövründə ortaya çıxan parkinson xəstəliyi hərəkət pozulması, əzələlərdə gərginlik, duruşun pozulması və tarazlığın itməsi şəklində ortaya çıxan xəstəlikdir. Ayaqları sürüyərək, qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə parkinson xəstəliyinin vacib əlamətlərindəndir. Bu xəstəlik 50 yaşından sonra başlayır və yaş artdıqca kəskinləşir. Parkinsonizm beyində substansiya niqra adlanan sinir hüceyrələrinin funksiyasının pozulması ilə yaranır. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Bir Şərh