Archive for » 2012 «

Ramil Rüstəmov / İctimai TV / Yer kürəsi haqqında

http://www.youtube.com/watch?v=z01V0-mA3nI

Rövşən Əkbərov / İctimai TV / Biotexnologiya (Quşlar və qatar texnologiyası)

http://www.youtube.com/watch?v=dybOQQ2rFcQ

Yarım Kiloqram Bal Əldə Etmək Üçün 120.000 km Yol Qət Edən Arılar

Bir kiloqram bal əldə etmək üçün 40.000 arı 6 milyon çiçəyi ziyarət etməlidir.

10 mikro vattan daha az enerji sərf edən bal arısının beyni müasir dövrün ən məhsuldar kompyuterindən 100 milyon dəfə üstündür.

Ana arının bir gündə yumurtladığı yumurtaların ağırlığı öz ağırlığından 20 dəfə çoxdur.

Bal arıları bir pətəyi doldurmaq  üçün 100 milyon çiçəyin nektarını yığa bilir və 100 min kilometr uça bilir. davamı »

İnsan Möcüzəsi: Gözlərin Qorunmasında Kirpiklərimizin Rolu

Gözlər orqanizmin xarici aləmə açılan pəncərəsidir. Bu pəncərələrin qorunması və baxımı xüsusi sistem nəticəsində təmin olunur. Göz qapaqları mükəmməl işləyən bu sistemin ən mühüm hissələrindən biridir. Kirpiklər də bu möhtəşəm müdafiə sisteminin bir hissəsi və insanın simasını gözəlləşdirən estetik möcüzədir.

Göz mürəkkəb quruluşa və xüsusi funksiyaya malik olmasına baxmayraq, bədənimizdə çox kiçik yer tutur. Eynilə qiymətli daşın ziynət qutusunda saxlanılması kimi, kəllə sümüyümüzün içində xarici amillərdən qorunacaq şəkildə saxlanılır. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Həşəratlardakı Aerodinamik Quruluş

Bir həşərat uçarkən saniyədə təxminən bir neçə yüz dəfə qanad çırpır. Hətta saniyədə 600 dəfə qanad çırpan həşəratlar da var. Bir saniyədə bu qədər hərəkət, üstəlik, fövqəladə həssaslıq bu dizaynın texnoloji cəhətdən təqlidini qeyri-mümkün edir.

Kaliforniya Universitetinin biologiya professoru Maykl Dikinson və əməkdaşlarının meyvə milçəklərinin uçma texnikasını öyrənmək üçün düzəltdikləri robot meyvə milçəklərindən 100 dəfə böyük olmasına baxmayaraq, ondan min dəfə az sürətlə qanad çırpa bilir. Hər beş saniyədə bir qanadını hərəkət etdirən robot milçək bu hərəkəti etmək üçün 6 müxtəlif mühərrikdən yardım alır. davamı »

Ana Südü və Oksitosin Hormonu

Ana südü Allahın yaratdığı saysız-hesabsız möcüzədən biridir. Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

Həyatın Kosmosdan Gəlməsi Mümkün Deyil

Darvin XIX əsrin ortalarında təkamül nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəllərində həyatın mənşəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmadığı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi.  davamı »

Eşitmə Cihazlarında Yeni İnkişaf: Ağcaqanad Qulağı

Elm adamları eşitmə cihazlarını hazırlayarkən nə üçün insan qulağının yerinə ağcaqanad qulağını təqlid edirlər?

Eşitmə itkisini dərman, ya da əməliyyatla düzəlmək mümkün olmadıqda və ya əməliyyat etmək riskli olduqda xaricdən gələn səsləri yüksəltmək məqsədi ilə eşitmə cihazları hazırlanır. Eşitmə cihazları iç qulaq, bəzən də orta qulaq problemlərində istifadə edilir. Ancaq tədqiqatçılar daha həssas eşitmə cihazları istehsal edərək səsi təbii səsə daha da yaxınlaşdırmağa çalışırlar. Bu işlərdən biri də Kaliforniya Universiteti Beyin Araşdırma İnstitutunun fiziologiya bölməsindəki tədqiqatçılar tərəfindən reallaşdırılmışdır. Tədqiqatçılar bu məqsədlə təbiətdəki eşitmə sistemlərini araşdırmağa başlamışlar. davamı »

Adrenalin Təhlükəli Vəziyyətdə Orqanizmə Necə Enerji Verir

 

Həyəcanlandıqda və ya qorxduqda daha güclü, cəld və diqqətli olmağınızı təmin edən adrenalin hormonu orqanizminizə hansı əmrləri verir?

Çox güclü təsiri olan bu hormon təhlükəli vəziyyətdə nə qədər ifraz olunur?

Ürəyə, beyinə və əzələlərə gedən damarları açan adrenalin molekulları qaraciyərə və dəriyə gedən damarları nə üçün daraldır?

Təhlükə ilə qarşılaşan zaman insan özünü müdafiə etmək və ya dərhal olduğu yerdən qaçmaq üçün orqanizmi daha güclü və cəld olmalıdır. Bu cür fövqəladə hallarda orqanizmdə lazımi tənzimləmə aparılması üçün əvvəla ürəyiniz daha sürətlə döyünməli və daha çox qan vurmalıdır. Belə ki, insan orqanizmi belə hallar üçün qüsursuz yaradılmış və orqanizmimizə təhlükəli vəziyyətdə fəaliyyət göstərən qeyri-adi hormon yerləşdirilmişdir. Adrenalin adlanan bu hormon fövqəladə hal baş verdikdə böyrəküstü vəzilərin daxili hissəsində yerləşən laboratoriyada ifraz olunur və bədənin müxtəlif hissələrinə yayılaraq orqanizmin təhlükəli vəziyyətə uyğun reaksiya verməsini təmin edir. davamı »

Ülgücü Belə Həzm Edən Mədə Turşuları Mədəyə Niyə Zərər Vermirlər?

Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Ülgücü həzm edən turşular mədədə necə zərərsizləşirlər?

Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. davamı »