Archive for » 2012 «

“Quşbeyin” Deyib Keçməyin

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların  ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 km uzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Şəkər Yediyiniz Zaman Bədəninizdə Çalışan Nəhəng Fabrikdən Xəbəriniz Varmı?

Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir. davamı »

Ölümə Tələsən Erkək Arılar

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək  arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir. davamı »

Maye İçində Üzən Beynimiz

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beynimiz hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içində üzməsidir.

Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə, beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından ibarətdir.

Beynimizin suyun içində üzdüyünü bilirdinizmi?

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə sümüyü ilə təmas etsəydi, öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiqin meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 q-dan 50 qr-a qədər azalır. davamı »

Klonlaşdırma Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

Canlıların klonlaşdırılması nədir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?

Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur). Klonlaşdırma isə canlı hüceyrəsinin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada proses onsuz da canlı olan hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu “həyat həyatdan qaynaqlanır” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi media yolu ilə həyata keçirilən yanıltma və yalandan ibarətdir. davamı »

Atomun Möcüzəvi Xüsusiyyətləri

Dağları, dənizləri, yarpaqları, heyvanları, planetləri, ulduzları, hüceyrələri, DNT-ləri, əllərinizi, dərinizi, sizi, qısacası, hər şeyi atomlar meydana gətirir. Stəkanı tutduqda atomlara toxunursınız, mənzərəyə baxdığınızda böyük bir atom toplusuna baxırsınız, yaşadığınız yer, yediyiniz yemək, içdiyiniz su atomlardan ibarətdir.

Ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan təşkil olunmuşdur. Əlinizdəki jurnalın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə onları görmək mümkün deyil. Atomun diametri, ancaq millimetrin milyonda biri qədərdir.

Bu cür kiçik olmasına baxmayaraq, atomun içində qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Bu kiçik atomlardan ibarət bədənlə havadakı atomlarla tənəffüs edir, qidalardakı atomları yeyir, suyun atomlarını içirsiniz. Gördükləriniz isə gözünüzdəki atomlara aid elektronların fotonlarla toqquşmasıdır. Bəs toxunduqda hiss etdikləriniz? Onlar da dərinizdəki atomların əşyalardakı atomlarla bir-birlərini itələməsindən ibarətdir. davamı »

Şüşənin Maye Olduğunu Bilirsinizmi?

Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə  sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.

Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər: , , ,  Şərh yaz

Meymun və İnsan Genləri Arasındakı Kəskin Fərqlər

Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növü kimi insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları çaşdırmaq məqsədi güdən təbliğat üsuludur

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası insanları aldatmaq məqsədi ilə edilir. İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin genləri bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. davamı »

Öz-özünü Təmir Edən Yeganə Orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Habelə bu “aləm” təkcə sizin bədəninizdə deyil. Ətrafınızda gördüyünüz hər insan- ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından ötüb keçdiyiniz insanlar, televizorda seyr etdiyiniz aktyorlar, qısaca desək, yer üzündə hal-hazırda yaşayan milyardlarla insan bu möcüzəvi “aləmə” malikdir. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Sürətlə Uçan, Ağır Yük Qaldıran və Hündürlüyə Tullanan OLİMPİK CANLILAR

51 tonluq ağırlığı qaldırmaq, 210 metrlik göydələnə bir həmlədə tullanmaq, 15.000 kilometrlik yolu fasiləsiz qət etmək bir insanın fiziki cəhətdən bacaracağı hərəkətlər deyil. Ancaq təbiətdəki bəzi canlılar bu hərəkətləri yaradıldıqları ilk gündən etibarən çətinlik çəkmədən, heç kimin sənin dəstəyi olmadan olmadan ustalıqla yerinə yetirirlər. Yalnız Allahın lütf etdiyi canlılarda olan bu xüsusiyyətlərin hər biri Rəbbimizin bənzərsiz yaratma dəlilləridir.

Allah canlılara yaşamaq və həyatlarını davam etdirib növlərini artırmaq üçün nemət olaraq müxtəlif xüsusiyyətlər bəxş etmişdir. Təbiətdə olan və bu məqalədə yalnız bir qismindən bəhs edəcəyimiz canlıların insanlarla müqayisə edilə bilməyəcək səviyyədəki sürət və tullanma qabiliyyətləri, ağır şəraitlərdə çətinlik çəkmədən mübarizə aparmaları Rəbbimizin yaratma sənətinin və elminin bənzərsiz dəlilləridir. Canlılar bu möhtəşəm xüsusiyyətləri sayəsində ov ovlayır, düşmənlərindən qaçaraq özlərini müdafiə edir və balalarını qoruya bilirlər. davamı »