Fosillər

Dələ kəlləsi

Dövr: Oliqosen

Yaşı: 36 milyon il

Bölgə: Si Çuan, Çin

Darvinizmə əsasən, fosilləri tapılmış kəllə sümükləri və digər qalıqlar dövrümüzdəki canlılardan çox fərqli olmalı idi. Fosil qeydlərində bütün canlıların təkamül keçirməkdə olan formaları ilə qarşılaşmalı, məsələn, yarıbalıq-yarısürünən, yarısürünən-yarıməməli bir çox canlının izi tapılmalı idi. Dövrümüzdə yaşayan dələ ilə eyni deyil, dələyə bənzəyən, ancaq hələ dələyə çevrilməmiş qəribə varlıqların fosilləri tapılmalı idi. Məsələn, tapılan dələ kəlləsi fosillərində 3 göz çuxuru, burun çuxuru hələ formalaşmamış, çənəsi alnında, qəribə canlı qalıqlarına rast gəlinməli idi. Ancaq çıxarılan bütün dələ fosilləri tamamilə dövrümüzdəki dələlərin anatomik xüsusiyyətlərini daşıyır. Bu da dələlərin mövcud olduqları ilk andan etibarən heç dəyişmədiklərini, yəni yaradıldıqlarını üzə çıxarır.

Əntər (likvidambar) ağacı meyvəsi

Dövr: Eosen

Yaşı: 54-37 milyon il

Bölgə: Qrin River, ABŞ

Məhz Darvinin etiraf etdiyi kimi, ara fosil yoxdur. Darvinistlər çarəsizdirlər. Darvinin dediyi doğru çıxıb. İnkişaf edən elm təbii seçmənin təkamül mexanizmi olmadığını, canlıların genetik quruluşunun həddindən artıq kompleks olduğunu, canlıların mükəmməl quruluşuna kortəbii müdaxilənin və genetik məlumat əlavə edilməsinin qeyri-mümkün olduğunu, canlıların cansız maddələrdən əsla əmələ gəlmədiyini üzə çıxarmışdır. Darvin bunları heç bilmirdi. Bundan əlavə, fosil qeydlərindən sonra darvinistlərin ən böyük məğlubiyyəti zülalın sintezlənə bilməməsi olmuşdur. Laboratoriyada sintezlənə bilməyən zülalın, yəni hüceyrənin əsas quruluş vahidinin şüursuz şəkildə TƏSADÜFƏN MEYDANA GƏLMƏSİ QEYRİ-MÜMKÜNDÜR. Bütün bu həqiqətlər darvinizmin süqutuna səbəb olmuşdur.

Darvinistlərin iddialarını sübut edən bircə dəlilləri də yoxdur. Təkamülün bu dəlilsizliyinə qarşı yaradılışın sübutları mütəmadi artır. Bunlardan biri də sol tərəfdə görünən 36 milyon illik dələ kəlləsi fosilidir.

 Bütün dələ fosilləri tamdır və milyon illərdir bu heyvanların eyni dişlərə, kəllə və bədən quruluşuna malik olduğunu, yəni təkamül keçirmədiyini göstərir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)