Balıqların üzməsini asanlaşdıran yaradılış xüsusiyyətləri

  • baliqSərfəli üzmə texnikası:

Balıqlar sabit vəziyyətdə üzərkən birdən yüksək sürət əldə etmək üçün yüksək enerjiyə ehtiyacları olur. Ani surətdə sürətlənmək onlar üçün çox vacibdir, çünki yırtıcı heyvanlardan qaçmalıdırlar. Bəzi kiçik balıqlar sabit vəziyyətdə ikən saniyənin XXX -i qədər qısa müddətdə sürətlərini maksimum səviyyəyə çatdırırlar. Bu zaman hasil etdikləri itələmə qüvvəsi öz çəkilərindən 4 dəfə çox olur. Son model avtomobillərin belə 0 km-dən 100 km-dək sürəti 4-6 saniyə ərzində əldə etdiklərini nəzərə alsaq, balıqların nə qədər sərfəli üzdükləri daha yaxşı məlum olar.

  • Hərəkət etməyi asanlaşdıran onurğa:

Balıqlar suyun içində çox vaxt axına qarşı hərəkət etməli olurlar. Suyun müqavimət qüvvəsinə güclü cərəyanların əmələ gətirdiyi qüvvə də əlavə edildiyi halda, balıqlar bu çətinliyin də öhdəsindən gələrək üzməyə davam edirlər. Balığa bu cür gücü onurğa və əzələlərinin xüsusi formaları qazandırır. Onurğa balığın bədəninin dik dayanması, habelə, üzgəclərin və əzələlərin ona birləşməsi üçün uyğun quruluşdadır. Əgər belə olmasaydı, balıqlar suda hərəkət edə bilməzdilər.

  • Üzgəclərin köməyi və əzələ gücü:

Üzən bir balığın bədən quruluşu üçün skeletə, güc üçün əzələlərə, itələmə qüvvəsi və istiqamət vermə üçün üzgəclərə ehtiyacı var. Balığın skeletinə nisbətən daha sabit olan başı bədənə dəstək üzv funksiyasını yerinə yetirir. Onurğa balığın hərəkəti üçün işləyən qaldırıcı kran vəzifəsi daşıyır, əzələlər isə üzmək üçün güc hasil edir. Balığın 80%-ni təşkil edən əzələlər balığın hər istiqamətə hərəkət etməsi üçün müxtəlif formalarda düzülmüşdür. Beləliklə, əzələ qüvvəsi başdan quyruğa qədər dalğavari formada ötürülür və bədənin koordinasiyalı şəkildə hərəkəti təmin edilir.

  • Quyruğun uzmədə rolu

Üzən balığın onurğası yerdə qıvrılaraq sürünən ilan kimi dayanmadan sağa-sola qıvrılır. Balığın üzməsi üçün quyruğunu sağa-sola hərəkət etdirməsi kifayətdir. Normal halda, quyruq bir istiqamətdə büküldükdə balığın ön tərəfi arxa tərəfin əksi istiqamətində eyni şiddətlə tullanmalıdır. Ancaq belə olmur. Çünki balıqların ön tərəfi bu təsir qüvvəsini aradan qaldıracaq şəkildə yaradılmışdır. Eyni zamanda, su hərəkət zamanı baş tərəfə şaquli qüvvə ilə təsir edir. Bütün bunlar baş hissənin su içində dalğavari hərəkətinin quyruq hissədəkindən daha az olmasına səbəb olur. Balığın irəliyə doğru hərəkət sürəti üzgəcin balığın onurğasından keçən xəttin sağ və soluna gedib-gəlmə sürəti ilə birbaşa əlaqədardır.

Balıq dərisi suda niyə korlanmır?

İnsan suyun içində müəyyən müddət qaldıqda dərisi zədələnir və bu müddət artdıqca dərisində əmələ gələn büzüşmələr artır. Halbuki, balıqlar daima suyun içində olmalarına baxmayaraq, heç zərər görmürlər. Üst dərilərindəki bərk parlaq təbəqə sayəsində suyun balığın dərisinə daxil olması və dərisinə mənfi təsir etməsinin qarşısı alınır.

Balıqların üst dərisində keratinə (dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin ölməsi və yerlərini gənc hüceyrələrə verməsi nəticəsində əmələ gələn bərk, möhkəm maddə) bənzər təbəqə də var. Bu təbəqə suyun bədənə daxil olmasına mane olaraq balığın bədənindəki daxili təzyiq ilə xarici mühitin təzyiqini tarazlayır. Əgər bu təbəqə olmasaydı, içəriyə daxil olan su balığın bədənindəki təzyiqin müvazinətini pozardı. Bu da balığın ölümü ilə nəticələnərdi. Çünki balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistem var və bunlardan biri olmadan digəri işə yaramaz, ona görə də sistemin bir hissəsindəki çatışmazlıq canlının ölümünə səbəb olur.

baliqlarBalıq dərsinin hansı funksiyaları var? 

Balıqların bir çoxunun bədənini örtən möhkəm dəri alt və üst təbəqələrdən ibarətdir. Üst dərinin tərkibində selik ifraz edən vəzlər var. Selik sürüşkən və ya yapışqan quruluşa malik olub balığın su içində hərəkəti zamanı sürtünməni ən aşağı səviyyəyə endirir. Bu sürüşkənliyə görə, balıq həm daha sürətlə hərəkət edir, həm də düşmənlərinin balığı tutması çətinləşir. Seliyin başqa xüsusiyyəti isə balığı xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır.

Təkamül nəzəriyyəsi bircə balıqda belə yaradılış xüsusiyyətlərini açıqlaya bilmir

Selikdə sürüşkən, yapışqan və eyni zamanda, mirkob öldürücü xüsusiyyətlərin olması balıq üçün zəruridir. Bütün bu şərtlərin nəhəng kimya müəssisələrində deyil, balığın dərisinin altındakı bir neçə millimetrlik təbəqədə hasil edilməsi canlıları bütün ehtiyaclarını təmin edən xüsusiyyətlərlə birlikdə yaradan Allahın varlığının dəlillərindəndir.

Darvinizm canlı varlıqlardakı hər cür möhtəşəm sistem qarşısında süqut edir. Yer üzündəki bütün balıq növləri yuxarıda sadalanan xüsusiyyətlərin hamısına malikdir. Balıqlar milyonlarla ildir heç dəyişmədən daima bu mükəmməl xüsusiyyətlərə malik olublar. Bunu milyonlarla il əvvəl yaşamış balıqların dövrümüzə gəlib çatmış qalıqlarında görmək mümkündür. Dövrümüzdə əldə edilmiş 350 milyondan artıq fosil qalığı bizə milyonlarla dəniz canlısından nümunə verir. Bunların tarixi təqribən 540 milyon il əvvəlki Kembri partlayışına qədər gedib çatır. Bu qalıqların böyük əksəriyyəti dəniz canlılarının milyonlarla il əvvəl də dövrümüzdəkilərlə eyni olduğunu, yəni heç bir dəyişiklik keçirmədiyini göstərir. Bu, o deməkdir ki, balıqlar təkamül keçirməmiş, mükəmməl formada yaradılmışlar.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)