Planetlərlə Günəş arasındakı məsafə sabitdir:
Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.
Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:
Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar.
Bunun əksi də mümkün ola bilərdi. Əgər planetlər daha sürətlə fırlansaydılar, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. Halbuki, çox həssas müvazinət qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir.
Kainatdakı həssas tarazlıq və nizamı ən açıq müşahidə etdiyimiz sahələrdən biri də Yer kürəsinin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyüklü-kiçikli planetlərin bənzərsiz nizamı sistemin 4 milyard ildən artıq müddət ərzində sabit quruluşunu qorumuşdur.
Hər planet üçün ayrı-ayrı qurulmuş xüsusi müvazinət var:
Planetlərlə Günəş arasındakı məsafələr də fərqlidir. Habelə, kütlələri də fərqlidir. Buna görə, hər biri üçün özünəməxsus fırlanma sürəti müəyyən edilməlidir ki, Günəşə yapışmasınlar və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmasınlar. Əlbəttə, bütün bu müvazinətlər Günəş sistemindəki planetlərdən biri olan Yerə də aiddir.
Sistemdəki digər planetlər Yerin təhlükəsizliyi və orbiti üçün mühüm əhəmiyyət kəsb edir:
Yupiterin mövqeyi buna misaldır. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, Yerin müvazinətini təmin edir. Astrofizik hesablamalar Yupiterin orbitinin Günəş sistemindəki Yer kimi digər planetlərin orbitlərinin sabitliyini qoruduğunu üzə çıxarmışdır.
Digər bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Ancaq onlar aid olduqları sistemin sabitliyini və ya sistemlərindəki digər planetləri qorumurlar. Vaşinqton Universitetindən prof. Piter D. Uorda deyir: “Bu gün müşahidə olunan bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə olmalıdır, əks təqdirdə, ya qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız”. (Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why Complex Life is Uncommon in the Universe”)
Yupiter baxımından digər mühüm cəhət də budur: Yupiter olmasaydı, çoxlu sayda quyruqlu ulduz toqquşmalarına görə yer üzündə həyat olmazdı. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnetik sahə sayəsində Günəş sisteminə daxil olan meteorit və kometaların orbitlərini çaşdıraraq Yerə istiqamət götürmələrinin qarşısını alır. Beləliklə, Yer üçün qalxan funksiyası yerinə yetirən nəhəng maqnetik qoruyucu çətir əmələ gətirir.
Yupiterin Yeri qoruyan ikinci funksiyasını planetoloq Corc Vetherill “Yupiter nə qədər əhəmiyyətlidir” adlı məqalədə belə açıqlayır:
“Yupiterin yerində əgər bu böyüklükdə bir planet olmasaydı, Yer planetlərarası boşluqda hərəkət edən meteoritlər və kometaların min dəfə artıq hədəfinə çevrilərdi… Əgər Yupiter indiki yerində olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini tədqiq etmək üçün mövcud olmazdıq”. (G.W. Wetherill, “How Special is Jupiter?”, Nature, vol. 373, 1995, səh. 470)
Yer-Ay ikili planet sistemi Günəş sisteminin tarazlığının qorunmasında mühüm amildir:
Yer-Ay sistemi olmadıqda Yupiterin nəhəng kütləsi Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-sabitliyə səbəb olardı. Bu da müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitlərini bir-birinə həddindən artıq yaxınlaşdırar, belə bir yaxınlaşma isə Merkurinin sistemdən kənara atılması, Veneranın da orbitinin dəyişməsi ilə nəticələnərdi. Günəş sisteminin kompyuter simulyasiyasını quran elm adamları sistemdə milyardlarla il davam edən müvazinət və sabitliyin ancaq bu planetlərin ideal kütlə və mövqeləri sayəsində mümkün olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin belə Günəş sisteminin, eləcə də bəşəriyyətin məhv olmasına səbəb olacağını bildiriblər.
1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün bir növ “ilk dizayna” ehtiyac olduğunu göstərir” (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: səh. 2055-2057) ifadəsilə vurğulanır.
Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi dərəcədə xüsusi yaradılışla nizamlanmışdır.
Leave a Reply