Hisslərimizi istiqamətləndirən nahiyə: “AMİQDALA”

amiqdalaAllah insanların ruhundakı quruluşu fərqli yaratmışdır. Hər insanın həyəcanlandığı hadisələr bir-birindən fərqlənir. Elmin tək sahibi olan Allah hər insanın ruhunda yaratdığı fərqli duyğulara beynimizdəki amiqdala adlanan nayihəni səbəb etmişdir.

Beynimizdəki amiqdala nayihəsi qorxu, güvən və ictimai münasibət qurma kimi davranışlara nəzarət edir. Amiqdala insanlarda limbik halqanın altında, gicgah tərəfdə olan və bir-birləri ilə əlaqəli strukturlardan ibarət badamşəkilli bir kütlədir. Beyinin hər yarımkürəsində bir amiqdala yerləşir. Bu nayihə ətrafımızdakı siqnalları tutaraq bir an içində nəyə və necə reaksiya verib-verməyəcəyimizi təyin etməkdə bizə kömək edir.Beynimizin amiqdala nayihəsi hissi reaksiyaların qaynağıdır

Allah xarici dünyaya aid beynimizə gələn məlumatların 80%-ni gözümüz vasitəsilə reallaşdırır. Linza tərəfindən tor qişada fokuslanan görüntü elektrik siqnallarına çevrildikdən sonra saniyənin mində biri kimi bir zamanda optik sinirlər vasitəsilə beyinə çatdırılır. Hər iki gözdən ayrı-ayrı əldə edilən siqnallar cismə aid bütün xüsusiyyətləri özündə daşıyır. Beyin də iki gözdən gələn görüntüləri vahid görüntü halında birləşdirir. Obyektin formasını və rəngini ayırd edir, nə qədər uzaqda olduğunu müəyyən edir. Qısacası, obyektləri görən göz deyil, beyindir. Gözlərdən gələn elektrik siqnalları beyinin arxasında olan görmə mərkəzinə çatır. Bu mərkəz 2.5 millimetr qalınlığında və bir neçə santimetr böyüklüyündədir. Altı təbəqədən və yüz milyon neyrondan (sinir hüceyrəsi) ibarətdir. Xəbərdarlıq əvvəl dördüncü təbəqəyə gəlir. Burada analiz edildikdən sonra digər təbəqələrə dağılır. Bu mərkəzdə hər neyron minə qədər neyrondan xəbərdarlıq alır və minə qədər neyrona xəbərdarlıq göndərir.

Müxtəlif davranışların səbəbi beyindəki amiqdala nayihəsi ola bilərmi?

Elmi araşdırmalar beynimizdəki amiqdala nayihəsinin fərdi davranışlara malik olduğunu müəyyən etmişdir. Bir təhlükəyə məruz qaldığımız zaman “Bu, mənim nifrət etdiyim bir şeydirmi? Bu, mənə zərər verərmi? Bu, mənim qorxduğum bir şeydirmi?” kimi suallarla beyin xəbərdar edilir və əgər sualların cavabı “bəli”dirsə, amiqdala həyəcan şəklində həmin anda reaksiya verir və beyinin digər qismlərinə “böhran var” mesajını yollayır. Amiqdalanın beyinlə zəngin ünsiyyət şəbəkəsi mövcuddur. Təcili vəziyyətdə beyinin böyük hissəsinə nəzarət edir və onu istiqamətləndirir. Hissi reaksiyalarımızı amiqdala nayihəsinin idarə etdiyinin məlum olduğuna baxmayaraq, amiqdalanın bütün funksiyaları hələ də tam öyrənilməyib. Elm adamları bu suallara hələ də cavab verə bilmirlər:

–   Beyin hissi görüntünü necə ayırd edir və amiqdalaya göndərməli olduğunu haradan bilir?

– Amiqdalanın bütün insanlarda demək  olar ki, eyni quruluşda olmasına baxmayaraq, insanların qəbul etdikləri risklər, qorxular, ictimai seçimlər niyə fərqlidir?

Elm adamları bu dəyişiklikləri neurod2 adlı genlə əlaqələndirirlər. Çünki Qvineya donuzları üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, beyinin amiqdala nahiyəsindəki geni azaltdıqda, Qvineya donuzlarının qorxu hissləri azalmış və onlar böyük risklərə getmişlər. İnsanda da bu gen var. Lakin bu zaman aşağıdakı suallara cavab vermək lazımdır:

Risk edib etməməyimizi, hobbilərimiz və zövqlərimizi bu gen və bu genin meydana gətirdiyi genetik şifrə təyin edə bilərmi? Başqa sözlə desək, xarakterimizi və hissi seçimlərimizi beyinin içindəki kiçik bir ət parçası təyin edə bilərmi? Əlbəttə ki, bu sualların cavabı “xeyr”dir.

Elə isə duyğularımızı müəyyən edən nədir?

Fərdi davranışlarımızın qaynağı amiqdala deyil, ruhdur

Duyğularımız elektrik siqnalları vasitəsilə meydana gəlir. Bəs bu siqnalları şərh edib, onları dostumuza, gözəl bir çiçəyə, ucsuz-bucaqsız bir mənzərəyə, anamıza, küçədə oynayan uşaqlara, sevincə, yoldaşlar arasında seçim etməyə çevirən beynimiz və beynimizdəki amiqdala nahiyəsidirmi?

Texniki mənada siqnalların beyində şərh olunduğu doğrudur. Materialistlər bunu əsas götürərək, beyinin içindəki neyronlardan ibarət olduğumuzu və yaşadığımız dünyanın bu neyronların bir-birləri ilə olan ünsiyyətinin bir nəticəsi olduğunu iddia edirlər. DNT-ni kəşf edən materialist təkamülçü fizik Fransis Krikin sözü ilə desək, düşünən, gülən, sevinən, qarşısındakı insanı tanıyan, şərh edən varlığın bir neyron yığını olduğunu müdafiə edirlər. (http://www.bbc.co.uk/radio4/reith2003/lecture1.shtml)

Bir materialist üçün insanın necə düşündüyü və hisslərdən necə məna çıxardığı əhəmiyyətli deyil. Əhəmiyyətli deyil, çünki bunları izah edə bilmir. Ona görə, hər şey maddi mənada araşdırılmalıdır. Halbuki, bu, insanları Allah inancından uzaqlaşdırmaq üçün ortaya atılmış böyük yalandır. Çünki insanın sahib olduğu şüurun sahibi beyin deyil, ruhdur. Beyinin içindəki görüntünü: “Görürəm”, – deyən, beyinin içindəki səsləri: “Eşidirəm”, – deyən öz varlığının şüurunda olan şüur sahibi varlıq Allahın insana verdiyi ruhdur. Materialist zehniyyət də bu həqiqətin bilinməsindən, bu həqiqətin dərk edilməsindən çəkinir. Materialist elm adamlarının “hələ çözümlənməyən şüur” iddialarının əsas səbəbi budur. Ruhun mütləq varlığı, ruhu insana verənin Allah olduğu onların bütün materialist inanclarını və iddialarını alt-üst edir. Nə qədər “izahsız” damğası vurmağa çalışsalar da, şüurun qaynağının ruh olduğu, insana aid həqiqətin, “Mən mənəm”, – deyən varlığın ruhuna aid olduğu müzakirə edilməz həqiqətdir.

Amiqdala nayihəsi olmasaydı, nə olardı?

Amiqdalası alınan bir insan hadisələrin hissi mənasını qiymətləndirməkdə çətinlik çəkir. Bu adam insanlarla birlikdə yaşamağı sevən, çox yaxşı danışan insan olduğu halda, yaxın yoldaşlarına qarşı laqeyd olan, hətta ata və anasını tanımayan, hər kəsdən uzaq, tək yaşamağı seçən insana çevrilir. Bu insanda bütün hisslərin yerini böyük səssizlik və hissizlik tutur.

Autizm xəstəliyinin səbəblərindən biri bu insanların amiqdalalarında daha az sinir hüceyrəsinin olmasıdır.

Beyinin dərinliyində yerləşən və badam şəklində olan amiqdala başqa insanların hisslərini anlamağımızda kömək edən nayihədir. Araşdırmalar nayihənin xüsusilə autizmdəki qorxu hissində əhəmiyyətli rol oynadığını göstərir. Ancaq elm adamları bu nayihənin müxtəlif zehni vəziyyətlərlə də əlaqəli olduğunu düşünürlər.

Məsələn, ictimai münasibətlərdən uzaqlaşmaq və başqalarının hisslərini anlamamaq kimi xüsusiyyətləri olan autizm xəstəliyi insanların amiqdalalarında normadan az sinir hüceyrəsi olduğu zaman ortaya çıxır. Ancaq yağ, su və zülalların meydana gətirdiyi bir quruluşun insanın mənliyini meydana gətirməsi, insanı dərk edən, düşünən, sevinən, reaksiya verən, qürurlanan, həyəcanlanan, qorxan, ictimai münasibətlər quran bir varlıq etməsi, şübhəsiz ki, mümkün deyil. Gözə ehtiyac duymadan görə bilən, qulağa ehtiyac duymadan eşidə bilən, beyinə ehtiyac duymadan düşünə bilən insanın ruhudur.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)