Qasırğalar necə əmələ gəlir?

qasırgaTayfun, qasırğa kimi atmosfer hadisələri tez-tez rast gəlinən təbii fəlakətlərdəndir. Bu hadisələr zamanı əmələ gələn küləklər bəzən evləri, binaları, taxta komaları, ağacları, elektrik dirəklərini və isanları sovuracaq qədər güclü olur.

Qasırğa dünyadakı ən təhlükəli və dağıdıcı küləklərdəndir. Atlantik okeanının şimalında iyun-oktyabr aylarında, cənubunda isə sentyabr ayında baş verən bu küləklər tropik dənizlərin isti suları üzərində meydana gəlir. Qasırğaların əmələ gəlmə mexanizmi və təsirləri isə Allah’ın sonsuz gücünü və insanların bu güc qarşısındakı acizliklərini bir daha göstərir.  

Qasırğalar necə əmələ gəlir?

Allah qasırğaların əmələ gəlməsi üçün bir çox fərqli amili birləşdirir. Qasırğalar həmişə tropik iqlim qurşağının keçdiyi okeanlarda meydana gəlir. Çünki qasırğalar temperaturla işləyən dəzgaha bənzəyir. Onlar əmələ gələrkən suyun üzərindəki isti və rütubətli hava yüksəlməyə başlayır. Bu zaman tropik isti havanı kiçik bir bölgəyə sıxışdırır. Bu ilıq hava yüksəldikcə içindəki su buxarı da sıxlaşaraq fırtına buludları və yağış damlaları əmələ gətirir. Sıxlaşma gizli kondensasiya temperaturu adlanan istilik əmələ gətirir. Bu gizli temperatur yuxarıdakı havanı isidir və yüksəlməsinə səbəb olur. Yüksələn havanın yerini aşağıdan gələn ilıq rütubətli okean havası doldurur. Bu dövran əmələ gələn fırtına bölgəsinə aşağıdakı okeandan daha rütubətli havanı çəkir və fasiləsiz şəkildə isti havanı səthdən atmosferə doğru hərəkət etdirir. Səthdən gələn temperatur dəyişikliyi bu havanın ətrafında bir mərkəzin ətrafında girdab kimi fırlanan külək əmələ gətirir. Bu girdab əlüzyuyan çanağın dəliyindən aşağıya axan suyun girdabına bənzəyir. Ardınca şimşəklər və yağış əmələ gəlir. Yağış havanı bir az da isidir və təzyiqi azaldır. Külək bu alçaq hava təzyiqinin əmələ gətirdiyi boşluğu doldurmağa davam edir. Əslində, qasırğalar bir çox kiçik fırtınadan ibarət olur. Bu kiçik fırtınaların hamısı birlikdə dairəvi şəkildə hərəkət edir. Qasırğa gücünü artırdıqca ortasında “qasırğa gözü” adlanan boşluq əmələ gəlir. Bu boşluqda yağış və küləyin gücü daha azdır.  

Qasırğa, tornado və ya tayfun kimi güclü küləklər zamanı tropik alçaq təzyiq 200 kilotonluq enerji hasil edir. Bu enerji Xirosimaya atılan atom bombasının yaydığı enerjidən 10 dəfə çoxdur. Ancaq Allah bu qeyri-adi gücün dünyanın hər yerində əmələ gəlməsinə izin vermir.

Qasırğanın əmələ gəlmə mexanizmi temperatur fərqinə əsaslanır. Bu mexanizm okeanın səthindəki rütubətli havanın sürətlə yüksəlməsi, soyuq hava ilə qarşılaşması və bu ilıq su buxarının sıxlaşaraq fırtına buludları və yağış damcıları əmələ gətirməsi prinsipinə əsaslanır. Ən böyük temperatur və təzyiq fərqi isə ekvator və qütblər arasındadır. Əgər Allah qasırğaları müəyyən ərazidə və nizam içində yaratmasaydı, Yer ekvatordan qütblərə qədər güclü küləklərə məruz qalardı.

Qasırğa ilə bərabər əsən külək və yağan yağış böyük dağıntıya səbəb olar, qasırğa nəticəsində dənizlərdə nəhəng dalğalar əmələ gələr və dünyanın hər yeri bəzən sahil bölgələri belə su altında qalardı. Şübhəsiz ki, səthində daima şiddətli qasırğaların baş verdiyi dünya ölü planetə çevrilərdi. Ancaq Allah qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınlarını yumşaldır, bunları sadəcə müəyyən ərazidə toplayır.

Qasırğalar qəflətən meydana gəlmirlər. Qasırğaların əmələgəlmə mərhələlərini izləmək mümkündür

Qasırğaların leysan yağış gətirən topa və topa-qara buludları külək qurşağında spiralvari forma alırlar. Çünki bu formada buludlar radar ekranında görünür və qasırğanın yaxınlaşması məlum olur. Bu isə insanlara qasırğaya qarşı tədbir görməyə imkan verir. Quru stansiyaları, təyyarələr və dənizdəki gəmilər radarlar vasitəsilə qasırğaları izləyərək lazım gəldikdə səfəri təxirə salır və ya insanlara evlərini, yaşayış yerlərini boşaldaraq daha təhlükəsiz yerlərə getmələrini tövsiyə edir. Allah istəsəydi, insanlar bu güclü küləklərin əmələ gəlməsini əvvəlcədən bilməz və küləklər ani surətdə əsməyə başlayaraq çox böyük itkilərə və ölümə səbəb ola bilərdi.

Məlum olduğu kimi, planktonlar okeanlardakı qida zəncirinin əsas halqasıdır və yer üzündəki həyatın davam etməsi üçün xüsusi əhəmiyyətə malikdir. Ancaq dəniz suyunun isinməsi dənizin dibindəki mikrobioloji canlılar olan planktonların ölümünə səbəb olur. Belə ki, iqlimdə El Nino kimi qısamüddətli dəyişikliklərin baş verdiyi dövrlərdə planktonların sayının temperaturla əlaqədar olaraq azalması balıqların, dəniz quşlarının və dəniz məməlilərinin kütləvi aclıqdan ölmələrinə səbəb olmuşdur.

Qasırğa isə nəhəng “bağlayıcı kran” funksiyası yerinə yetirərək okeanların tropik bölgələrindəki artıq temperaturun qarşısını alır. Fırtınadan sonra dənizin suyu soyuyur. Dəniz suyunun soyuması isə planktonların ölməsinin qarşısını alır və dənizlərdəki həyat fasiləsiz, nizamla davam edir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. sizene? says:

    cox twkler cox gozel inwadi sabash 5 alacam:)

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)