• Bir insan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan “ventromedial prefrontal korteks” adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.
• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?
Özünü idarə etmə, nəticə çıxarma, incə düşüncəli və nəzakətli olma, qətiyyət kimi bir çox müsbət davranışlara beynimizin ön payı nəzarət edir. Normal insanın beyninin ön payında yüksək bir hərəkətlilik olduğu məlumdur. Bu hərəkətlilik insanın hisslərinin fərqinə varmasını təmin edir. Sevgi, xoşbəxtlik, qorxu, peşmançılıq, günahkarlıq kimi romantik reflekslərin olması beyindəki ön payın yaxşı işlədiyini göstərir. Beyinin ön payının işləmə mexanizmi araşdıran elm adamları heyrətamiz nəticələrlə qarşılaşmışlar.
Beyinin ön payını işlədən möcüzə
İnsan beynini digər canlılardan fərqləndirən diqqətəçarpan xüsusiyyət onun ön pay ölçüsünün digər canlılardan 40% daha böyük olmasıdır. Elm adamları beyinin bu hissəsinin əzbərlənmiş, avtomata bağlanmış əməliyyatlar əsnasında fəaliyyətdə olmadığını beyinə bağlanan elektrodlarla və müxtəlif rentgen cihazları ilə aparılan ölçmələr sayəsində kəşf etmişlər. Ancaq yeni bir məlumat alındığı və işləndiyi zaman ön pay hərəkətə keçir. Üstəlik, yeni öyrənilən məlumat insanı xoşbəxt edirsə, ön pay parıldamağa başlayır.
Yeni şeylər öyrəndiyimiz zaman beyinin ön payı yeni məlumatı öyrənmək üçün sürətli şəkildə işləyir. 1.3 kq ağırlığındakı bu ət parçasının hər zamankı vərdişlərindən fərqli bir məlumat olduğunu anlaması bir möcüzədir. Ancaq bundan daha möcüzəvi olan isə beyinin yeni məlumatı istifadə etmək üçün yeni dövrələrini, yəni ön payı bizim istəyimizdən asılı olmayaraq istifadəyə açmasıdır. Ön payın qeyd etdiyi yeni məlumatlar davranış modellərimizi dəyişdirərək ətrafımızı fərqli şəkildə qəbul etməyimizə gətirib çıxarır.
Bu dövrü, yəni yeni məlumatın fərqli nəticələr meydana gətirməsini biz izləmərik. Bu mexanizm möcüzəvi şəkildə avtomatik olaraq reallaşır. Məhz bu zaman əhəmiyyətli bir gerçək ortaya çıxır: Beyinin ön payının olduğu hissə burunun üstündə başın ön qismində, yəni alnımızdadır.
Beyinin ön payı insan davranışlarını necə istiqamətləndirir?
ABŞ-ın Pensilvaniya Universiteti Tibb Mərkəzinin mütəxəssisi prof. dr. Andryu Nyuberq namaz qılan və dua edən bir qrup müsəlman üzərində araşdırma aparmışdır (Religion And The Brain; Newsweek, 7 Mayıs 2001 s: 50). Araşdırmaya görə, huşu içində edilən duanın və Allah`ı düşünmənin beyinin ön payına 80 dəfə daha çox qan vurduğunu, bu səbəblə, namaz qılan insanlarda yaddaş və şəxsiyyət pozuntularına çox az rast gəlindiyini, hətta bu insanların daha uzun ömürlü olduğunu və yaddaş itkisinə uğramadıqlarını ortaya qoymuşdur. Bəs bu, necə reallaşır?
Beyinin ön hissəsində qərar vermə mexanizminin olduğu ön pay adlanan hissədə dua və namaz əsnasında qan miqdarı diqqətəçarpan şəkildə artır və beyinin ön payına daha çox miqdarda qlükoza daşınır. Bu da hüceyrələrin daha sürətli qidalanması, beyinin daha aktiv işləməsi mənasını verir. Beyinin ön payının daha sürətli işləməsi isə insanın hisslərinin fərqinə varması və qərar vermə, şəxsiyyət, problem həll etmə, səhvləri təkrar etməmə, sevgi kimi insani hisslərin ön plana çıxmasını təmin edir.
Beyinin ön payının fərqli şəkildə işləməsi nələrə gətirib çıxarar?
Aparılan araşdırmalar ön payda pozuntu olduğu və ya fəaliyyətin olmadığı vəziyyətində insanlarda anormal davranışların meydana gəldiyini müəyyən etmişdir. Çünki beyinin ön payındakı hərəkət azlığından peşmanlıq, günahkarlıq, qorxu kimi hisslər yaranmır və ön payın fərqli işləməsi insanları şiddətə yönəldir. Belə ki, mərhəmətsiz şəkildə cinayət törədən qatillər, terroristlər və diktatorlar kimi şəxslərin beyinlərinin ön payının normal insanlarınkından fərqli işlədiyi PET (Positron Emission Tomography) kimi göstərmə texnikaları ilə təyin olunmuşdur. PET beyinin yanacağı sayılan qlükozanın beyinin müxtəlif hissələri tərəfindən nə qədər istehlak edildiyini ölçür. Məlumatlara görə, təcavüzkar və mərhəmətsiz insanların prefrontal kortekslərindəki qlükozanın səviyyəsi normal insanlarınkından daha azdır. Bu isə beyinin ön payında bir hərəkətsizlik meydana gətirir və normal işləməsinə mane olur. Allah`ın insanlara təqdim etdiyi mükəmməl nemət olan beyinin ön payı normal işləməyəndə bir-birindən fərqli şəxsiyyət pozuntuları yaranır. Bu şəxsiyyət pozuntularından bəziləri bunlardır:
Cinayətə meyil: Amerikalı elm adamı Adrian Rainenin dediyinə görə, beyinin ön payının zərər görməsi və ya normal işləməməsi insanın düşüncəsiz hərəkət etməsinə, özünü idarəetmə qabiliyyətinin itməsinə, uşaq hərəkətləri etməsinə, zaman anlayışının zəifləməsinə, qərar vermə bacarığının itməsinə gətirib çıxarır. Təcavüzkar və mərhəmətsiz insanların beyinlərinin müxtəlif xəbərdaredənlərə verdiyi reaksiyalar araşdırılmış və belə insanların beyinlərinin ölüm, əzab kimi sözlərə, şiddət ehtiva edən qan dolu şəkillərə reaksiya vermədiyi ortaya çıxmışdır.
Sevgisizlik: Araşdırmalar göstərmişdir ki, şəxsiyyət pozuntusu göstərənlərə sevgi sözləri ilə müraciət edəndə, onlar: “Bir fincan qəhvə verərsənmi?” – deyə cavab verə bilərlər. Bir sıra ardıcıl qətllər törədən qatil üzərində aparılan beyin araşdırmalarına görə, belə nəticə əldə edilmişdir: bu şəxslər ən yaxınlarının şəkilləri onlara göstərildiyi zaman ən kiçik hiss əlaməti belə göstərmirlər.
Anti-sosial şəxsiyyət pozuntusu: Bu şəxslərin fərdi və ictimai əlaqələrdə də müvəffəqiyyətsiz olduqları müxtəlif nümunələrlə müəyyən olunmuşdur. Bu müvəffəqiyyətsizliyə yaddaş problemləri, özlərini idarə edə bilməmələri, tənbəllik, ilhamsızlıq, keylik, təşəbbüs əskikliyi, gələcəklə əlaqədar proyekt yoxluğu, yeni şeylər öyrənməmə və diqqət dağınıqlığının səbəb olduğu bildirilmişdir.
Beynimizdə hərəkətlərimizi istiqamətləndirən bölgə
Alın bölgəsində olan və normal işləməyəndə təcavüzkar bir şəxsiyyətin ortaya çıxmasına səbəb olan beyinin ön hissəsinə müasir elm adamları ancaq son 60 il içində şərh gətirə bilmişlər. Kəllənin içinə, başın ön qisminə baxanda beyinin ön alın bölgəsi görünəcək. Bu bölgənin funksiyaları haqqında fiziologiya sahəsində aparılan araşdırmalar nəticəsində əldə edilən məlumatlar “Anatomiya və fiziologiyanın əsasları” (“Essentials of Anatomy and Physiology”) adlı kitabda bu şəkildə yazılır:
“Hərəkətlərin motivi, planlama və başladılması alın paylarının ön qismi olan ön alın bölgəsində (cerebrum) reallaşır. Bura birlik korteksinin bir bölgəsidir…” (Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2-ci nəşr, Mosby-Year Book İnc., St. Louis, 1996, s. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, İntroduction and Review, 4-cü nəşr, Lea & Febiger, Philadelphia, 1991, s. 410-411)
Kitabda bu bölgə ilə əlaqədar bu sətirlər yer tutur:
“Hərəkətlə olan əlaqəsi ilə birlikdə, ön alın bölgəsinin, eyni zamanda, təcavüzkarlığın da funksional mərkəzi olduğu düşünülür…” (a. g. e.)
Bu şərhlərdən aydın olur ki, beyinin ön alın bölgəsi planlama, motiv, yaxşı və ya pis hərəkətlərin başladılması, yalan və ya doğrunun deyilməsi ilə əlaqədar fəaliyyətləri icra edir.
Leave a Reply