HÜCEYRƏLƏRİN MÜXTƏLİF ORQANLARA ÇEVRİLMƏSİ DÜNYADAKI ƏN BÖYÜK MÖCÜZƏLƏRDƏN BİRİDİR

babyAna və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.

Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir:

“İnkişaf proqramı necə işləyir? Necə olur ki, bu qədər mükəmməldir? Gördüyümüz kimi, inkişaf iki yerə bölünən bircə hüceyrədən başlayır. İkisi daha sonra dörd yerə bölünür və beləcə davam edir. Bir mərhələdən sonra hüceyrələr müxtəlifləşir, daha doğrusu, xassələrini dəyişdirirlər. Nəticədə, hüceyrələrin bir qismi bir toxuma və ya orqana, digər hüceyrələr isə başqa orqanlara çevrilir.  Bu hər dəfə, demək olar ki, eyni qüsursuzluqla baş verir. Bu, necə olur?” (Lee M. Spetner, Not By Chance, Shattering The Modern Theory of Evolution, The Judaica Press İnc., 1997, səh. 234)

Bu sualların cavabı çox açıqdır: canlılar qüsursuz şəkildə yaradılıblar və yaradılışlarındakı sənət və elm Allah’a aiddir.

 

  • Hüceyrələr haraya gedəcəklərini, hansı orqanın tərkib hissəsi olacaqlarını və getdikləri yerdə nə edəcəklərini necə bilirlər?
  • Necə olur ki, eyni zamanda digər hüceyrələrlə bu qədər ahəngdar hərəkət edirlər?

 

Hər hüceyrə üçün zülallar fərqli hasil edilir

 

Bir rüşeym ana bətnində inkişaf edərkən onun gözlərini əmələ gətirəcək hüceyrələrdəki DNT-lər ancaq göz orqanına aid zülalları hasil edirlər. Eyni şəkildə, rüşeymin beynini əmələ gətirməklə məsul olan hüceyrələrin DNT-si ancaq beyinə aid zülalları hasil edirlər.

Burada mühüm cəhət budur: insanın istər sümük, istər qaraciyər, istərsə böyrək hüceyrəsi olsun, orqanizmin hər hansı hissəsindəki hüceyrələrin DNT-sində bütün orqanlara aid məlumatlar var. Lakin ancaq əlaqədar orqan üçün hasil ediləcək zülalların məlumatlarından istifadə edilir. Başqa sözlə, hər hüceyrədə insan orqanizminin hər orqanına aid zülal məlumatları var, ancaq bu zülalların hamısı hasil edilmir. Hansı orqan lazımdırsa, ona aid zülallar hazırlanır. Bunun üçün DNT-nin üzəri o orqan üçün lazım olmayan zülalların hasilatına mane olacaq şəkildə “histon” adlı xüsusi zülalla örtülür. Bu gün elm adamlarını maraqlandıran ən böyük sirlərdən biri isə hüceyrələrdəki histonların hansı genlərin üzərini örtüb hansıları açıq qoyacaqlarını necə bilməsidir. Çünki zülallar da cansız atomlardan təşkil olunmuş molekullardır. Aydındır ki, şüursuz və ağlı olmayan atomlar bu qədər möhtəşəm yaradılış möcüzəsini meydana gətirə bilməzlər.

 

Müxtəlifləşmə və formalaşma əsnasında hüceyrələr arasındakı mütəşəkkillik ağlı və şüuru olmayan DNT molekulu tərəfindən təmin edilir

 

DNT nə ən son texnologiya ilə təchiz edilmiş laboratoriyalarda işləyən biokimyaçı, nə də saniyədə trilyonlarla əməliyyat yerinə yetirən super-kompüterdir. DNT karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət molekuldur.

İndi düşünək və özümüzə sual verək: insan orqanizmindəki trilyonlarla hüceyrə bölünərək bir-birindən çoxalır. Ancaq hər hüceyrədəki fərqli gen müxtəlif vaxtlarda hərəkət keçir və bu şəkildə hüceyrələrdə müxtəlifləşmə baş verir. Başqa sözlə, ilk hüceyrədən sonra bölünərək çoxalan hər hüceyrədə bütün genetik məlumatlar var, yəni hər hüceyrə, əslində, ürək əzələsi, dəri, eritrosit və ya orqanizmin başqa toxumasını meydana gətirmə qabiliyyətinə malikdir. Hər hüceyrədə həmin orqanizmə aid DNT olsa da, inkişafın fərqli mərhələlərində və müxtəlif orqanlarda ancaq bəzi genlər aktivdir. Məsələn, böyrəyin əmələgəlmə və funksiya şifrləri hər hüceyrədə var, ancaq sadəcə əlaqədar genlər inkişaf zamanı müəyyən vaxtlarda bu orqanda aktiv olur. Bənzər şəkildə müəyyən fermentlər – məsələn, qlükoza 6 fosfat – əsasən, qaraciyərdə olur, lakin digər orqanların hər hüceyrəsində bu zülalın şifri var, ancaq əsla bu zülal həmin orqanlarda hasil edilməz. Göz hüceyrəsi bu fermenti hasil etməz, ancaq göz üçün lazım olanları hazırlayır. Sinir hüceyrələri beyin və orqanlar arasında gedib-gələn impuls və əmrləri daşımaq, qaraciyər hüceyrələri toksinləri zərərsizləşdirmək, yağ hüceyrələri arıqlıq dövründə bədəni qida ilə təmin etmək üçün ixtisaslaşırlar. Bunların heç biri səhvən mədəyə aid fermentləri hasil etməz. Bəs bu qüsursuz iş bölgüsünü kim edir?

Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif sahələrdə ixtisaslaşma əmrini kim verir? Habelə, bütün hüceyrələr itaətkardırlar və necə olur ki, bu cür qüsursuz intizamla və mütəşəkkil işləyirlər? Bunların təsadüfən baş verən hadisələr nəticəsində meydana gəlmiş kortəbii sistemlər olmadığı açıq-aşkardır.

 

İnsanın yaradılışındakı qüsursuzluq hüceyrələrin sadəcə doğru vaxtda lazımi yerdə olması və doğru genləri aktivləşdirməsi ilə məhdudlaşmır

 

Hüceyrələr, eyni zamanda, həyatın hər mərhələsinə lazımi miqdarda olmalıdır. Bəzi “qulluq” genləri, demək olar ki, bütün hüceyrələrdə həmişə işləyir. Digər genlər bəzi hüceyrələrdə bir neçə saatdan az funksiyasını yerinə yetirir, sonra növbəti iş vaxtı üçün gözləmə mövqeyinə keçir. Məsələn, uşağa süd vermə dövründə süd hasilatı genlər tərəfindən sürətləndirilir. Mövcud məlumat uyğun vaxtda, uyğun miqdarda və uyğun yerdə hərəkətə keçirilir. DNT-dəki milyardlarla məlumatın bu qədər şüurlu, planlı, iradəli, ölçülü və ağıllı idarə edilməsi və istifadəsi təkamülçülərin təsadüf iddiaları ilə əsla açıqlana bilməz. Buna baxmayaraq, mikroskopik səviyyədə baş verən çox planlı və mütəşəkkil hadisələrin səbəbi kimi təsadüfləri görmək böyük məntiqsizlikdir. Təkamülçülər də hüceyrələrdəki bu müxtəlifləşmə və qüsursuz iş bölgüsünü açıqlaya bilmədiklərini qəbul edirlər. Təkamülçü mikrobiologiya professoru Əli Dəmirsoy belə etiraf edir:

“Mayalanmış yumurtadan çox fərqli quruluşa və funksiyaya malik bir çox hüceyrə qrupunun meydana gəlməsi indiyə qədər qaneedici şəkildə açıqlana bilməmişdir”. (Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1984, s.158)

Bütün bu qeyri-adi hadisələrin təsadüflərin və ya hüceyrənin öz əsəri olmadığı aydındır. Bəs hüceyrədə meydana gələn bu hadisələri idarə edən, müəyyən məqsədə uyğun yaradan, milyardlarla məlumatı gözlə görünməyən kiçik yerə sığışdıran ağıl və güc kimə aiddir? Bu sualın yeganə cavabı var: Allah sonsuz rəhməti ilə insanı hal-hazırkı formada gözəl surətdə yaratmış və istər bədənindəki, istərsə də ətrafındakı nizamlı sistemi insana nemət kimi bəxş etmişdir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)