Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.
Həqiqətə qarşı əks-təbliğat
Fosil tapıntıları Neandertal insanının bizə görə heç bir ibtidai yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam” olaraq sərgilənir. Bu darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir.
Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey yoxdur. (Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10; R. L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.)
Bu səbəbdən, hal-hazırda bir çox tədqiqatçı Neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo sapiens neandertalensis adlandırır.
Digər tərəfdən, fosil tapıntıları Neandertalların mütərəqqi mədəniyyətə malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri Neandertal insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən düzəldilmiş bu fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Yuqoslaviyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 yaşı olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarım tonlar və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki misli” olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə yarımnotu təmsil edir. “Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki kimi səs çıxarır” deyən Fink Neandertalların musiqi zövqü və biliyi olan insanlar olduğunu ifadə edir.( The AAAS Science News Service, Neandertals Lived Harmoniously, 3 aprel 1997)
Digər bəzi fosil kəşfləri də Neandertalların ölüləri basdırdıqlarını, xəstələrə baxdıqlarını, boyunbağı və digər bəzək əşyalarından istifadə etdiklərini göstərir.( Ralph Solecki, Shanidar: The First Flower People, Knopf: New York, 1971, səh. 196; Paul G. Bahn and Jean Vertut, Images in the Ice, Leichester: Windward, 1988, səh. 72)
Digər tərəfdən, qazıntılar əsnasında Neandertal insanları tərəfindən istifadə edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.( D. Johanson, B. Edgar, From Lucy to Language, səh. 99, 107.)
Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar “ibtidai” sayıla bilməz.
Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu Mexiko Universitetindən antropologiya və arxeologiya professoru Stiven L.Kuhn və Mary C.Stiner tədqiqat aparmışlar. Hər iki elm adamının təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış Neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.( S. L. Kuhn, “Subsistence, Technology and Adaptive Variation in Middle Paleolithic Italy”, American Anthropologist, cild 94, no. 2, 1992, səh. 309-310)
Neandertal insanının dövrümüzdən on minlərlə il əvvəl geyinməyi bilmələrini göstərən maraqlı fosil: 26 min illik iynə.( D.Joanson, B.Edqar, From Lucy to language, s 99)
Kuhn və Stiner bu mağaralarda müxtəlif alətlər tapmışdılar. Nizə ucları da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının kənarlarındakı təbəqələrin yonulması ilə düzəldilmişdir. Şübhəsiz, daşları “nə qədər vurmalıyam” və ya əyri bir alət düzəldirsə, “nə qədər əyməliyəm” deyə qərar vermək və dəqiq hesablama aparmaq məcburuyyətindədir.
Neandertal insanına aid sümükdən düzəldilmiş fleyta. Bu fleyta üzərində aparılan hesablamalar deşiklərin doğru notlarda səs verəcək şəkildə açıldığını, yəni bunun cox ustalıqla düzəldilmiş bir alət olduğunu göstərmişdir. Yuxarıda Bob Fink adlı tədqiqatçının fleyta ilə əlaqədar hesablamaları görünür. Bu cür tapıntılar təkamülçü təbliğatın əksinə, Neandertal insanlarının ibtidai insan deyil, mədəni insan irqi olduğunu göstərir. ( The AAAS Science New Service Neanderthals Lived Harmoniously, 3 aprel, 1997)
Kaliforniya Universitetindən Marqaret Konkey neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin ağıllı insanlar tərəfindən düzəldildiyini belə izah edir:
“Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadıqlarını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu və hansı dünyada yaşadıqlarının şüurundadırlar”. (Roger Lewin, Modern İnsanın Kökeni, Tübitak Popüler Bilim Kitapları: Ankara, 1997, səh. 169)
Bir sözlə, elmi kəşflər Neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla “ibtidai”, “yarı-meymun” və s. deyil.
Homo sapiens archaic, Heydelberq adamı (Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon)
Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki pilləsini təşkil edir. Əslində bu insanlar haqqında təkamülçülərin baxış prizmasına görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox kiçik fərqlərə görə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin hal-hazırda hələ də yaşadıqlarını söyləyərək Avstraliya yerlilərini nümunə göstərirlər. Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru meyilli çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdir. Bundan əlavə, çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadıqlarına dair məlumatlar əldə edilmişdir.
Kromanyon kəllə sümüyü
Təkamülçü ədəbiyyatda Homo heilderbergensis adlandırılan sinif isə əslində Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir ayrılığıdır. Homo heilderbergensis sinfinə daxil edilən bütün fosillər anatomik cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan 500 min, hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.
Kromanyon (Cro-magnon) adamı isə 30.000 il əvvələ qədər yaşadığı təxmin edilən irqdir. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.
Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, Kromanyonun kəllə quruluşu və həcmi hal-hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar Kromanyon və Neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini göstərir.
Nəticə etibarı ilə bu insanların heç biri “ibtidai növ”lər deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir.
Leave a Reply