Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

hemoglobinQanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn, qandakı eritrosit hüceyrələrində olan hemoqlobin adlı zülal orqanizmdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigen daşıyır.

Hemoqlobin olduqca böyük zülaldır və eritrositlərin 90%-i qədər böyük bir hissəsini əhatə edir. Normal şəraitdə bu qədər böyük bir zülal hüceyrənin içinə yerləşməz. Ancaq eritrosit hüceyrəsi qana qarışmadan əvvəl sanki hemoqlobin zülalını daşımağı və onun üçün yer ayırmağın lazım olduğunu bilirmiş kimi, içərisindəki nüvəni, mitoxondrini, ribosomları və digər orqanoidləri xaric edərək hemoqlobinə yer düzəldir. Hüceyrə xaricinə atılmış orqanoidlər dərhal orqanizmin təmizləyiciləri olan leykositlər tərəfindən məhv edilirlər. Beləliklə, orqanizmdə artıq və ya lazımsız heç bir maddə qalmır. Eritrositlər bütün orqanoidlərini xaricə atdıqda başqa zülal sintez edə bilmir; buna heç ehtiyac da qalmır. Çünki eritrositlərin əsl funksiyası hemoqlobini qanda daşımaq və onu orqanizmdə lazımi yerlərə çatdırmaqdır.

Hemoqlobinin ən mühüm səciyyəvi xüsusiyyəti oksigen atomlarını tutmaq bacarığıdır. Bu bacarıqlı molekul qandakı milyonlarla molekul içərisindən məhz oksigen molekullarını seçir və onları tutur. Oksigen molekullarını tutmaq isə xüsusi bacarıq tələb edir. Belə ki, təsadüfi oksigen molekuluna bağlanan bir molekul oksidləşə bilər və əməliyyat yararsız hala düşər. Bu səbəbdən, hemoqlobin bacarıqlı “ovçu” kimi “ovuna” toxunmadan onu maşa ilə tutmuş kimi saxlayır. Hemoqlobinə bu xüsusiyyəti verən isə onun özünəməxsus quruluşudur.

Hemoqlobin 4 fərqli zülalın birləşməsindən əmələ gəlmişdir və bu dörd zülalda dəmir atomu daşıyan xüsusi hissələr var. Dəmir atomlarını daşıyan hissələr “hem qrupları” olaraq adlandırılır. Həmin bu qruplardakı dəmir atomu hemoqlobində oksigeni tutan xüsusi maşalardır. Hər bir hem qrupu bir oksigen tuta bilir. Hem qruplarının təmasda olmadan dəmiri “maşa”-dan istifadə edərək oksigeni tutub toxumalara daşıması üçün molekulun içində xüsusi qatlanmalar və bucaqlar da var. Bəhs edilən bu xüsusi bağlanma zamanı bu bucaqlar müəyyən dərəcələrlə dəyişir.

Birinci hem qrupu oksigeni tutduqdan sonra hemoqlobinin quruluşunda dəyişikliklər olur və bu digər hem qruplarının oksigeni qatlanmış şəkildə tutmasını asanlaşdırır. Bu tutma əməliyyatında hemoqlobin əgər oksigenlə birbaşa birləşərsə, yəni oksidləşərsə, “methemoqlobinemia” adlanan bir xəstəlik meydana gəlir. Bu xəstəlik dərinin rəngini itirməsinə, göy rəngə çevrilməsinə, nəfəs darlığına və selikli qişanın zəifləməsinə səbəb olur.

Bu mövzu üzrə izah edilən hər məlumat, qüsursuz hazırlığın, əvvəlcədən qurulmuş bir planın varlığının sübutudur. Eritrositlərin hemoqlobini yerləşdirmək üçün son dərəcə şüurlu bir qaydada daxilindəki orqanoidləri xaricə atması, xaricə atılan artıqların dərhal hazır qulluqçular tərəfindən təmizlənməsi, hemoqlobinin oksigendən zərər görmədən və ona da xətər yetirmədən hüceyrələrə çatdıracaq xüsusiyyətlərə sahib olması qüsursuz bir tərtibatın nəticəsidir. Şüursuz, cansız, ağılsız atomların birləşərək təsadüflər nəticəsində belə qüsursuz bir sistemi tərtib  və təşkil etmələri qəti olaraq imkansızdır. Bundan əlavə, bu sistemin qurulması üçün çox vacib məlumatlara da sahib olmaq lazımdır. Hemoqlobin demək olar ki, oksigenin bütün xüsusiyyətlərindən xəbərdardır. Özünə necə zərər verə biləcəyini hesablaya bilir, buna uyğun tədbir görür və ən uyğun yolla oksigeni daşıyır. Bundan sonra da daşıdığı oksigeni çatdırılmalı yerlərə heç bir əksiklik olmadan çatdırır. Hemoqlobin adlandırdığımız atom toplusunun oksigen molekullarını tanıyaraq seçməsi də tamamilə xüsusi bilik tələb edir və bu da çox möcüzəvi hadisədir. Bütün bunların təsadüfən inkişaf edən hadisələrin nəticəsində yaranması və belə qüsursuz bir sistemin qurulması tamamilə imkansızdır. Bundan əlavə, bu qurulmuş sistem orqanizmlə həmahəngdir və mümkün olan ən ideal formada tərtib edilmişdir.

Dünyada məşhur mikrobioloq Maykl Denton, Neyçez Destini “Nature’s Destiny” adlı kitabında hemoqlobinlərin qüsursuz tərtibatı haqqında belə demişdir:

Yüksək metabolik səviyyəsi olan orqanizmlər üçün effektiv bir oksigen daşıma sistemi lazımdır. Bu səbəbdən də, hemoqlobin kimi xüsusiyyətlərə sahib olan bir molekul orqanizm üçün çox əhəmiyyətlidir. Hemoqlobinin yerinə başqa alternativlər ola bilərmi? Məlum olan oksigen daşıyan sistemlərin heç biri hemoqlobinin oksigeni daşımasındakı effektivliyinə yaxınlaşa biməmişdilər. Ernest Boldvin: “Məməlilərin hemoqlobinləri bu baxımdan ən uğurlu tənəffüs zülalıdır”, -deyə şərh vermişdir. Dəlillər göstərir ki, hemoqlobin hava ilə tənəffüs edən orqanizmlər üçün ən ideal şəkildə yaradılmış zülaldır.

Dentonun da dediyi kimi, hemoqlobinin bu cür daşıma forması mümkün olan ən ideal daşıma formasıdır və bir molekul topasının bədən kimi qaranlıq bir yerdə, özünün ölçüsünə görə hədsiz böyük bir yerin içərisində belə seçim edə bilməsi, oksigen molekulunu digər molekullardan seçərək ona ən uyğun formada birləşməsi çox üstün ağılın və dizaynın varlığını sübut edir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)