GÖY CİSİMLƏRİNİN ARALARINDAKI MƏSAFƏLƏR

images (4)Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

Gerçəklərə uyğun bir model qurmağımız üçün üzüm çəyirdəyi böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.

Göy cisimlərinin kosmosdakı genişlənməsi və aralarındakı bu nəhəng boşluqlar Yerdə canlı həyatın mövcud ola bilməsi üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə münasib bir uyğunluq təşkil edir. Bu məsafələr planetlərin orbitlərinə, hətta varlıqlarına təsir edir. Bu məsafələr indiki ölçüdən daha az olsaydı, ulduzlar arası cazibə qüvvəsi planetlərin orbitlərini möhkəm olmayan və qeyri-sabit hala gətirəcəkdi. Bu isə planetlərdə çox yüksək hərarət dəyişikliyinə gətirib çıxaracaqdı. Əgər boşluqlar bir az daha çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlərin yayılması çox seyrək olacaq və Yer kimi dağlıq planetlər meydana gələ bilməyəcəkdi.

Ulduzlar arasında hal-hazırda mövcud olan boşluqlar Yer kimi bir planet sisteminin mövcud ola bilməsi üçün ən ideal məsafəyə malikdir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)