Archive for » 2014 «

ORQANİZMİMİZİN AĞILLI SİLAHLARI: ANTİTELLƏR

antitelİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Bu hüceyrələrin orqanizmdə mübarizə apardığı zaman göstərdiyi ağıl, şüur və fədakarlıq nümunələri bunları öyrənən hər kəsi heyrətləndirir. İndi immun sistemi vahidlərindən birini – antitelləri təhlil edərək sistemdəki mükəmməlliyə baxaq. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz

NECƏ NƏFƏS ALIRIQ?

agciyerHeç vaxt nəfəs alıb-vermə nizamını tənzimləmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bunu edir. Əgər tənəffüs nizamını tənzimləmək bizim üzərimizə düşsəydi, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa işlə məşğul olduqda havasızlıqdan ölərdik.

Hər insan üçün həyati əhəmiyyətə malik tənəffüs prosesini tənəffüs mərkəzi tənzimləyir. Mərcimək dənəsi boyda olan bu mərkəz beynimizin “beyin sapı” adlanan hissəsindədir və üç əsas sinir hüceyrəsi qrupundan təşkil olunmuşdur:

  • Birinci hüceyrə qrupu tənəffüsün əsas ritmini tənzimləyir və havanı içimizə çəkməyimiz üçün əmr verirlər. Beləcə, ehtiyacımız olan havanı qəbul edirik.
  • İkinci hüceyrə qrupu isə tənəffüsün sürətini və gedişini tənzimləyir. Ancaq ikinci hüceyrə qrupu işə düşdükdə birinci hüceyrə qrupunun fəaliyyətini impulsla dayandırır. Beləliklə, ağciyərə hava dolması tənzimlənir və nəfəs alıb-verməyimiz sürətlənir.
  • Üçüncü hüceyrə qrupu isə normal tənəffüs prosesində aktiv olmurlar.  Ancaq həddindən artıq havaya ehtiyacımız olduqda işə düşür, qarın əzələlərimizə impuls göndərərək tənəffüs prosesinə qoşulmalarını təmin edirlər. davamı »
Bölmə: Vücudumuz  Şərh yaz

Mövsümə və torpağa görə dəyişən tük rəngi

lelekMühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişməyə nəzarət etmək qabiliyyətinə malik deyillər. Bir heyvanın bunu özünün hesablayıb nəzarət etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır.

 

Neandertallar: anatomiyaları və mədəniyyəti

neandertalNeandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

 

Həqiqətə qarşı əks-təbliğat  

 

Fosil tapıntıları  Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam” olaraq sərgilənir. Bu darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır: davamı »

Meymun və insan geninin 99 % oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

chimpanzee-03Bir çox təkamülçü mənbədə insanla meymun geninin  99 % oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99 % oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99 % oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99 % oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə ediləli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır. davamı »

Bölmə: Təkamül Yalanı  Açar sözlər: , , ,  Şərh yaz

MATERİALİZMİ ELMİ CƏHƏTDƏN MƏHV EDƏN KƏŞF: KVANT FİZİKASI

atomFiziki kainatın quruluşu ruhun varlığını anlamaq üçün kifayətdir. Mənim kvant mexanikası və ya kvant fizikası nəticəsində ruhun varlığını anladığımı deyə bilərik. Bunlar fiziki dünyanın ardında ruhla əlaqədar bir təməlin olduğunu göstərir. (Kaliforniya Universitetindən məşhur atomar fizik Fred Alan Vulf)

İsaak Nyutonun fikrincə, işıq “korpuskul” adlanan maddə axını idi. Tamamilə zərrəciklərdən ibarət idi. Başqa sözlə, kvant fizikası kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasına əsasən, işıq zərrəcik yığınından ibarət idi. XIX əsr fiziklərindən Ceyms Klark Maksvel isə işığın dalğa formasında olduğunu irəli sürürdü. Kvant fizikası fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.

1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına malik olduğunu irəli sürdü. Bu enerji porsiyalarını foton adlandırdı. Zərrəcik olsalar da, fotonlar 1860-cı illərdə Ceyms Klark Maksvelin iddia etdiyi kimi, dalğa hərəkəti şəklində müşahidə edilirdi. Ona görə işıq dalğa və zərrəcik arasında keçid kimi idi. Ancaq bu vəziyyət Nyuton fizikası üçün ziddiyyət təşkil edirdi. davamı »

KAİNATI BÜRÜYƏN YARADILIŞ MÖCÜZƏSİ: FRAKTAL HƏNDƏSƏ

fraktal hissəBədənimizdəki qan damarları, Yupiterin üstündəki qırmızı ləkələr, ilbizin qabığı, hündür dağların qırışları, qar dənəciklərinin formaları və ağacların yarpaqları… Bütün bu sadalananların tibb, astronomiya, biologiya və ya coğrafiya kimi bir-birindən tamamilə fərqli elm sahələrinin mövzuları olduğunu düşünə bilərsiniz. Lakin bunların hamısı ilə yaxından əlaqəsi olan bir elm sahəsi var: fraktal həndəsə. Bəs fraktal həndəsə nədir? Allah’ın qüsursuz nizamını və sonsuz elmini necə göstərir?

Yer kürəsini təsəvvürünüzdə canlandırmağa çalışın. Ağaclar, buludlar, dalğalar, dağlar, ovalıqlar, səhralar… Hər birinin ortaq xüsusiyyəti həndəsədəki üçbucaq, kvadrat və dairələr kimi tam düz və ya yuvarlaq cizgilərinin olmamasıdır. İndiyə qədər heç kim kürə formasında alma və ya bulud, dümdüz səhra və ya dəniz, konus formasında dağ, kub formasında çınqıl, silindr şəklində ağac gövdəsi görməyib. Çünki Allah’ın yaratdığı dünya və bütün kainat girintili-çıxıntılı, qırışlı, bir-birinə keçmiş, düyünlü formalardan təşkil olunub. Bir-birini tamamlayan bu mürəkkəb formaların birləşməsi ilə Yer çox müxtəlif, rəngli və bir-biri ilə mükəmməl ahəng içində olan görünüşə malikdir. davamı »

İrqlərin müxtəlifliyi nə üçün təkamül nəzəriyyəsinə dəlil deyil?

irqlerMüxtəlif insan irqlərinin olmasını bəzi təkamül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia daha çox müdafiə etdikləri nəzəriyyəni kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır” sualına əsaslanır. Başqa sözlə, “hz. Adəm və hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.

Əslində bütün bu sualların və ya etirazların ardında duran problem genetika elmi haqqında məlumat azlığı və ya genetik qanunları gözardı edilməsidir. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün əvvəlcə bu sualla yaxından bağlı olan “variasiya” mövzusu haqqında ümumi məlumata yiyələnmək lazımdır. davamı »

Bölmə: Təkamül Yalanı  Açar sözlər:  Şərh yaz

HÜCEYRƏLƏRİN MÜXTƏLİF ORQANLARA ÇEVRİLMƏSİ DÜNYADAKI ƏN BÖYÜK MÖCÜZƏLƏRDƏN BİRİDİR

babyAna və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.

Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir: davamı »

HÜCEYRƏDƏKİ BƏNZƏRSİZ HASİLAT: ZÜLAL SİNTEZİ

zulalCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Məsələn, 100 amin turşusu daşıyan bir zülal molekulu E.coli bakteriyasının hüceyrəsində 5 saniyədə sintez edilir. Bu o qədər böyük sürətdir ki, yer üzündə belə sürətlə bütün istehsal prosesini tamamlayan fabrik yoxdur. Bu sürət canlı üçün çox vacibdir. Çünki həyatın davam etdirilməsi üçün hüceyrələrdə hər an bir çox zülala ehtiyac olur. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , , , ,  Şərh yaz