Kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Bundan ötrü də, böyük partlayış hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır.
(Fizika professoru Pol Devis (Paul Davies))(1)
Əvvəlki başlıqda kainatın Big Bangla, yəni nəhəng bir partlayışla yoxdan yaradıldığını araşdırdıq. İndi bu məlumatı yadda saxlayaraq düşünək və kainatın hazırkı quruluşunu nəzərdən keçirərək ağlımızı işlədək.
Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, kainatda təxminən 300 milyard qalaktika var. Bu qalaktikaların müəyyən formaları var, spiralvarı qalaktikalar, eliptik qalaktikalar kimi. Bu qalaktikaların hər birində bir o qədər də ulduz var. Bu ulduzlardan biri olan Günəşin isə, ətrafında böyük harmoniya ilə fırlanan 9 planet var. Bunlardan üçüncüsünün üzərində hal-hazırda birlikdə yaşayırıq.
Görəsən bu kainat sizə bir partlayış nəticəsində təsadüfi olaraq ətrafa saçılmış maddə yığınımı kimi gəlir? Təsadüfi saçılan maddə yığını necə nizamlı qalaktikalar meydana gətirə bilər? Niyə maddə müəyyən yerdə yığılıb toplanaraq ulduzları meydana gətirmişdir? Təkcə Günəş sistemindəki həssas tarazlıq belə, qorxunc bir partlayışla yaranmış ola bilərmi? Bu suallar mühüm suallardır və bizi böyük partlayışdan sonra kainatın necə formalaşdığı sualına aparır.
Big Bang bir partlayış olduğuna görə, bu partlayışdan sonra maddənin kosmos boşluğunda “təsadüfi” dağılması gözlənilə bilər. Bu təsadüfi dağılan maddənin kainatın müəyyən yerlərində toplanıb qalaktikalar, ulduzlar və ulduz sistemləri meydana gətirməsi isə, bir buğda anbarına atılan bir qumbaranın, buğdaları toplayıb, nizamlı tayalayıb üst-üstə yığması qədər “anormal”dır. Uzun illər böyük partlayış nəzəriyyəsinə qarşı çıxmış Ser Fred Hoyl (Sir Fred Hoyle), bu vəziyyət qarşısında yaşadığı təəccüb hissini belə ifadə edir:
“Böyük partlayış nəzəriyyəsi kainatın tək və böyük bir partlayışla başladığını qəbul edir. Lakin bildiyimiz kimi, partlayışlar maddəni dağıdar və nizamlaşsızdırar. Halbuki böyük partlayış çox əsrarəngiz şəkildə bunun tam əksi bir təsir yaratmışdır:Maddəni bir-biriylə birləşəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir”.(2)
Həqiqətən də böyük partlayışla meydana gələn maddə “fövqəladə” şəkildə forma və nizam almışdır. Belə bir nizamın meydana gələ bilməsi isə, bizi tək bir həqiqətə aparır: Kainatın üstün qüdrət sahibi Allah tərəfindən mükəmməl şəkildə yaradıldığı həqiqətinə …
Partlayışın sürəti
Böyük partlayış məhfumunu eşitmiş, lakin mövzunu çox araşdırmamış insanlar, kainatı yaradan bu partlayışın arxasında fövqəladə hesablama əməliyyatı olduğunu çox düşünməzlər. Çünki “partlayış” məhfumu, adından da göründüyü insana nizam, hesablama, plan kimi məhfumları xatırlatmır. Halbuki böyük partlayışda heyranlıq oyandıracaq qədər həssas tənzimləmə var.
Bu tənzimləmənin bir hissəsi, partlayışın sürətidir. Böyük partlayışla birlikdə yaranan maddə, əlbəttə ki, ətrafa kəskin sürətlə yayılmağa başlamışdır. Lakin burada bir nöqtəyə diqqət yetirilməlidir. Partlayışın bu ilk anında, bir də güclü cazibə qüvvəsi var. Bu, bütün kainatı bir nöqtədə toplaya biləcək qədər böyük bir cazibə qüvvəsidir.
Dolayısilə böyük partlayışın ilk anında bir-birinə zidd olan iki gücdən bəhs edilməlidir: Partlayışın gücü və bu partlayışa müqavimət göstərən, maddəni yenidən bir yerə toplamağa çalışan cazibə qüvvəsi. Kainat, bu iki güc arasında müəyyən tarazlıq meydana gəldiyi üçün yarandı. Əgər ilk anda cazibə qüvvəsi partlayışın gücünü üstələsəydi, o zaman kainat genişlənə bilmədən təkrar içinə çökəcəkdi. Yox əgər bunun əksi baş versəydi, yəni partlayış gücü cazibə qüvvəsini üstələsəydi, bu dəfə isə, maddələr bir daha əsla birləşə bilməyəcək şəkildə dağılardı.
Bəs bu tarazlıq nə qədər həssas idi? İki güc arasında hansı səviyyədəki fərqə icazə verilə bilərdi?
Avstraliyadakı Adelaida Universitetindən tanınmış riyaziyyat-fizika professoru Pol Devis (Paul Davies), bu sualı cavablandırmaq üçün uzun hesablama işləri apardı və təəccüblü bir nəticəyə gəldi: Devisə (Davies) görə, böyük partlayışdan sonra yaranan genişlənmə sürəti, əgər milyard dəfə milyardda bir qədər (10-18) belə fərqli olsaydı, kainat yaranmazdı. Devis (Davies) bu nəticəni belə bildirir:
“Hesablamalar, kainatın genişlənmə sürətinin çox kritik ölçüdə olduğunu göstərir. Əgər kainat bir qədər də yavaş genişlənsəydi cazibə qüvvəsindən ötrü içinə çökəcək, bir qədər sürətlə genişlənsəydi isə, kosmik material tamamilə dağılıb yox olacaqdı. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər “yaxşı hesablanmış” olduğu sualının cavabı çox qəribədir. Əgər partlayış sürətinin müəyyən vəziyyətə gəldiyi vaxtda, bu sürət həqiqi sürətindən yalnız 10-18 qədər belə fərqlənsəydi, bu lazımi tarazlığı yox etməyə kifayət edəcəkdi. Dolayısilə kainatın partlayış sürəti inanılmayacaq qədər həssas ölçü ilə müəyyənləşdirilmişdir. Bundan ötrü də, Big Bang hər hansı partlayış, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır”.(3)
Kainatın başlanğıcındakı bu möhtəşəm tarazlıq, tanınmış “Science” jurnalında dərc olunmuş bir məqalədə isə, belə ifadə edilir:
Əgər kainat maddəmizin sıxlığı, bir qədər də artıq olsaydı, o zaman Eynşteynin (Einstein) ümumi nisbilik nəzəriyyəsinə görə kainat, atom zərrəciklərinin bir-birlərini cəzb etmə qüvvələrindən ötrü qətiyyən genişlənə bilməyəcək və yenidən kiçilərək kiçik bir nöqtəyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər də az olsaydı, o zaman kainat son sürətlə genişlənəcək, lakin bu təqdirdə atom zərrəcikləri bir-birlərini cəzb edib bir yerə toplana bilməyəcək və ulduzlarla qalaktikalar heç vaxt meydana gələ bilməyəcəkdi. Əlbəttə ki, bizdə olmayacaqdıq! Aparılan hesablamalara görə, kainatımızın başlanğıcdakı həqiqi sıxlığıyla özündən kənarda yaranma imkanı olmayan kritik sıxlığı arasındakı fərq, yüzdə birin bir kvadrilyonundan azdır. Bu, bir qələmi iti ucu üzərində bir milyard il sonra belə dayana biləcək şəkildə yerləşdirməyə bənzəyir… Üstəlik, kainat genişləndikcə, bu tarazlıq daha da həssaslaşır.(4)
Stiven Hokinq (Stephen Havking) də, hər nə qədər kainatın mənşəyinə təsadüflərlə izah gətirməyə çalışsa da, “zamanın qısa tarixi”adlı əsərində kainatın genişlənmə sürətindəki bu fövqəladə tarazlığı belə qəbul edir:
“Kainatın genişlənmə sürəti o qədər kritik bir nöqtədədir ki, böyük partlayışdan sonrakı birinci saniyədə bu nisbət, yüz min milyon dəfə milyonda bir qədər kiçik olsaydı belə, kainat indiki vəziyyətinə gəlmədən içinə çökəcəkdi”.(5)
Bəs bu qədər fövqəladə bir tarazlıq nəyi göstərir? Əlbəttə ki, belə həssas bir tənzimləməni təsadüflə izah etmək olmaz və bu yaradılışı sübut edər. Pol Devis (Paul Davies), əslində materialist yanaşma tərzini mənimsəyən bir fizik olmasına baxmayaraq, bu həqiqəti belə qəbul edir:
“Çox kiçik rəqəm dəyişmələrinə həssas olan kainatın hazırkı quruluşunun, çox diqqətli bir şüur sahibi tərəfindən yaradıldığına qarşı çıxmaq çox çətindir… Təbiətin ən təməl tarazlıqlarındakı həssas ədədi tarazlıqlar, kosmik bir dizaynın varlığını qəbul etmək üçün, olduqca güclü dəlildir”.(6)
1) Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184
2) Fred Hoyle, The Intelligent Universe, London, 1984, səh. 184-185
3) Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184
4) Bilim ve Teknik, buraxılış: 201, səh. 16 (Science dərgisidən tərcümə olunub)
5) Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London: 1988, səh. 121-125
6) Paul Davies. God and the New Physics. New York: Simon & Schuster, 1983, səh. 189
Leave a Reply