İfrat yeni ulduz partlayışları

9c3594b3_krab-nebulasi“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”.

(Amerikalı elmi yazıçı Quy Murçie (Guy Murchie))(1)

1054-cü ilin 4 iyul gecəsi, Çin imperiyasının astronomları, səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. Səmadakı Buğa bürcünün yaxınlığında, birdən çox parlaq bir ulduz ortaya çıxdı. Ulduz o qədər parlaqdı ki, işığı gündüzlər belə asanlıqla görünür, gecələr isə, demək olar ki, Aydan daha parlaq görünürdü.

Çinli astronomların gördükləri və qeyd etdikləri bu hadisə, əslində kainatdakı ən qəribə astronomik formasiyalardan biri di. Bu “ifrat yeni ulduz partlayışı” idi.

İfrat yeni ulduz partlayışı məhfumu astronomlar tərəfindən bir ulduzun partlayaraq dağılmasını adlandırmaq üçün işlədilər. Nəhəng bir ulduz, qorxunc partlayışla özünü yox edər və içindəki maddə də yenə qorxunc sürətlə hər tərəfə yayılar. Bu partlayış vaxtı, yayılan işıq, ulduzun yaydığı normal işıqdan minlərlə qat daha güclüdür.

Astronomlar ifrat yeni ulduz partlayışlarının kainatın yaranmasında çox mühüm rol oynadıqlarını düşünürlər. Bu partlayışlar, astronomların təxmininə görə, maddənin kainatda bir nöqtədən başqa nöqtələrə daşınması üçün faydalıdır. Partlayış nəticəsində dağılan ulduz artıqlarının, kainatın başqa yerlərində toplanaraq yenidən ulduzlar və ya ulduz sistemləri meydana gətirdiyi fərz edilir. Bu fərziyyəyə görə, Günəş, Günəş sistemindəki planetlər və planetimiz də, çox qədim zamanlarda baş vermiş ifrat yeni ulduz partlayışı nəticəsində meydana gəlmişdir.

Lakin işin qəribə tərəfi, ilk baxışda bəsit bir partlayış kimi görünə biləcək ifrat yeni ulduzların partlayışının, əslində bəzi çox həssas tarazlıqlar üzərinə qurulmuş olmasıdır. Maykl Denton (Michael Denton), “nature’s destiny” (“təbiətin taleyi”) adlı kitabında belə yazır:

“İfrat yeni ulduzlar və əslində bütün ulduzlar arasındakı məsafələr çox kritik məsələdir. Qalaktikamızdakı ulduzların bir-birlərinə olan məsafəsi orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir qədər daha çox olsaydı, müəyyən ifrat yeni ulduz partlayışı tərəfindən dağıdılan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat həyat üçün uyğun bir məkan olacaqsa, ifrat yeni ulduz partlayışları çox xüsusi nisbətdə baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq, çox xüsusi bir məsafə olmalıdır. Bu uzaqlıq, onsuz da indinin özündə mövcud olan uzaqlıqdır”.(2)

İfrat yeni ulduz partlayışlarının sayı və ulduzların məsafələri, əslində kainatın sahib olduğu böyük nizamın çox kiçik iki təfərrüatıdır. Kainatı bir qədər daha təfərrüatlı şəkildə araşdırdığımızda isə, qarşılaşdığımız nizam fövqəladədir.

 

1) Guy Murchie, The Seven Mysteries of Life, Boston: The Houghton Mifflin Company, 1978, səh. 598

2) Michael Denton, Nature’s Destiny, səh. 11

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)