Təkamülçülərdən 77 etiraf

ea227015_darwin001

1. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1

2. 20-ci əsrin ən məşhur təkamülçülərindən biri, neodarvinizmin qurucularından olan amerikalı paleontoloq, Nyu-Yorkun Kolumbiya Universitetinin zoologiya üzrə professoru olmuş və Amerika Təbiət Tarixi Muzeyinin kuratoru işləmiş Corc Qeylord Simpson:

“Bu, bir həqiqət olaraq qalır: bütün paleontoloqlar bilir ki, yeni növlər, cinslər və fəsilələrin böyük hissəsi və fəsilədən də yüksək, demək olar ki, bütün yeni kateqoriyalar fosil qeydlərində birdən-birə təzahür edir və tədrici, tamamilə davamlı olan ardıcıl keçidlərdən söz gedə bilməz”.2

3. Dövrümüzün ən fəal ateist, darvinist yazıçısı, zooloq Riçard Dokinz:

“Biologiya elə mürəkkəb şeylərin təlimidir ki, müəyyən bir məqsəd üçün dizayn edilmiş təəssüratı yaradırlar”.3

4. Dövrümüzün ən fəal ateist, darvinist yazıçısı, zooloq Riçard Dokinz:

“Çox rahatlıqla deyəcəyəm ki, darvinist prinsiplər üzərində qurulmuş cəmiyyət mənim qətiyyən yaşamağı arzulamayacağım növdən cəmiyyətdir. Bu, qorxunc bir cəmiyyət olardı. Darvinist dünyada yaşamaq istəmirəm… Təbiətin dünyası darvinist dünyadır. Bu, çox çirkin dünyadır, hər cəhətdən çirkin dünyadır, bizim yaşamaq istəyəcəyimiz növdən bir dünya deyil. Elə isə gəlin bunu anlayaq ki, yaşamaq istəyəcəyimiz növdən bir cəmiyyət qura bilək, hansı ki, bu, darvinist cəmiyyət olmayacaq. Darvinist prinsiplərdən tamamilə uzaq cəmiyyət olacaqdır. Darvinist prinsiplərə əsaslanan cəmiyyət amansız, varlının kasıbı əzdiyi bazar iqtisadiyyatının hökm sürdüyü bir cəmiyyət olacaqdır”.4

5. Müasir dövrün aparıcı ateist, təkamülçü alimlərindən, Kanadanın Quelf Universitetinin zoologiya və fəlsəfə professoru Maykl Ryuz:

“Təkamül öz tərəfdarları tərəfindən adi elmdən daha fərqli formada təqdim edilir. Təkamül bir ideologiya kimi, sekulyar din kimi təbliğ edilir… Təkamül bir dindir. Bu, başlanğıcda da belə idi, bu gün də belədir”.5

6. Britaniya Təbiət Tarixi Muzeyinin Paleontologiya şöbəsinin baş elmi işçisi, London Kral Cəmiyyətinin üzvü, Təbiət Tarixi Muzeyi qəzetinin redaktoru olmuş, həmçinin fosil balıqlar və sistematika sahələri üzrə mütəxəssis, “Təkamül” (“Evolution”) kitabının müəllifi Kolin Patterson:

“İndiyə kimi heç kəs təbii seçmə mexanizmlərilə (yeni) bir növ meydana gətirə bilməmişdir. Heç kim belə bir şeyə heç yaxınlaşa da bilməyib və hazırda neodarvinizmdəki ən mübahisəli məsələ də budur”.6

7. Fransa Elmlər Akademiyasının və Fransa Entomologiya Cəmiyyətinin keçmiş prezidenti, 52 cildlik nəhəng “Zoologiya üzrə traktat” (Traité de zoologie) ensiklopediyalarının müəllifi, məşhur fransız zooloq, akademik Pyer-Pol Qrasse:

“DNT molekulundakı köçürmə xətalarının gözün əmələ gəlməsinə yol açma ehtimalı daha cüzidir, nəinki küləklə sovrulan tozun Dürerin “Melanxoliya”sını yenidən yaratma ehtimalı. Bundan savayı, bu xətaların gözün yerinə yetirməli olduğu və ya yerinə yetirməyə başlayacağı funksiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Şirin xəyallar üçün qadağa yoxdur, lakin elmi bu işin içinə qatmaq olmaz”.7

8. İngiltərəli yazıçı, insan təkamülünə dair bir çox kitabın müəllifi Eleyn Morqan:

“İnsanlarla bağlı dörd ən vacib müəmma bunlardır: 1) Niyə iki ayaq üzərində gəzirlər? 2) Niyə  (bədənlərindəki) cod tükləri itiriblər? 3) Niyə  bu cür böyük beyinləri inkişaf edib? 4) Niyə danışmağı öyrəndilər? Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualların siyahısı hələ çox uzadıla bilər, cavabların yeknəsəqliyi isə dəyişməyəcək”.8

9. 20-ci əsrin ən məşhur təkamülçülərindən biri, neodarvinizmin qurucularından olan amerikalı paleontoloq, Kolumbiya Universitetinin zoologiya üzrə professoru olmuş və Amerika Təbiət Tarixi Muzeyinin kuratoru işləmiş Corc Qeylord Simpson:

“(Xərçəngkimilər kimi) Funksionallığını sərt toxumalara borclu olan bəzi heyvan qruplarının hələ sərt toxumalar qazanmamışdan öncə ortaya çıxmaları, demək olar ki, ağlasığmazdır. Bu da ağlasığmazdır ki, tamamilə fərqli heyvan qruplarının çoxunda sərt toxumaların ixtirası elə məhz eyni zamanda və saf təsadüflər nəticəsində, belə deyək, üst-üstə düşüb”.9

10. Dünyanın ən məşhur, aparıcı təkamülçülərindən, “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən biri, Harvard Universitetinin geologiya və paleoantropologiya üzrə professoru, təkamülçü bioloq və elm tarixçisi olmuş Stiven Cey Quld:

“… Ən çaşdırıcı qalan bir səciyyə isə diqqəti çəkir- onurğasız dəniz faunası içində zaman ərzində aydın düzülüş və inkişafın olmaması. Müəyyən qrupların təkmilləşməsi haqda nağıllar danışa bilərik. Lakin dürüst vaxtlarımızda kompleks həyat tarixinin təməl dizayn komplekti ətrafındakı rəngarəng müxtəlifləşmələr hekayəsi olduğunu etiraf etməliyik, nəinki bir-biri üstünə yığılan üstünlüklər dastanı… Məsələn, ilk trilobitlərin gözlərindəki komplekslik və həssaslıq heç bir zaman sonrakı buğumayaqlılar tərəfindən aşılmamışdır. Niyə gözlənilən sıranı heç cür tapmırıq?”10

11. Dünyanın ən məşhur, aparıcı təkamülçülərindən, “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən biri, Harvard Universitetinin geologiya və paleoantropologiya üzrə professoru, təkamülçü bioloq və elm tarixçisi olmuş Stiven Cey Quld:

“Əgər bir-biri ilə paralel dövrdə yaşayan və açıq şəkildə, biri digərindən törəməmiş üç hominid şaxəsi (A. africanus, qaba avstralopiteklər və H. habilis) qəbul ediriksə, bəs bizim nəsil ağacımıza nə oldu? Üstəlik, bunların heç biri yer üzündə hökm sürdükləri müddət boyunca hər hansı təkamül meyli nümayiş etdirmirlər”.11

12. Berkli Kaliforniya Universitetinin İnteqrativ Biologiya bölümünün professoru və həmin universitetin nəzdindəki Paleontologiya Muzeyinin paleontologiya kuratoru Kevin Padian:

“Böyük təkamül dəyişiklikləri necə başladı? Hələ də kimsə inanırmı ki, populyasiyalar on minlərlə il oturub faydalı mutasiyaların əmələ gəlməsini gözləyib? (Bir də ki bunlar necə əmələ gəlib?) Daha sonra seleksiya bu populyasiyanı yeni və uğurlu bir dəyişikliyə sövq etmək üçün kifayət qədər (mutasiya) yığanadək onları canla-başla qoruyub? Bu da sizin üçün Ueddinqton və digərlərinin də haqlı olaraq ifadə etdiyi kimi neodarvinizmin “axmaq və məntiqsiz” riyazi arqumentləri”.12

13. Harvard Universitetindən amerikalı bioloq, paleontoloq, Stiven C. Quldla birlikdə sıçrayışlı təkamül nəzəriyyəsini irəli sürmüş, Amerika Təbiət Tarixi Muzeyinin Onurğasızlar Paleontologiyası şöbəsində rəhbər olmuş Nils Eldric:

“Əslində, bioloji dünyada hamımızın gördüyü nizam üçün tək rəqib açıqlama Xüsusi Yaradılış anlayışına aiddir”.13

14. ABŞ-ın Kolumbiya Universitetindən geoloq, professor Marşall Key və Amerika Təbiət Tarixi Universitetindən paleontoloq və araşdırmaçı Edvin Kolbert:

“Erkən Kembridə trilobitlər kimi buğumayaqlıların kompleks formalarını da ehtiva edən müxtəlif orqanizmlərin təzahürü təəccüb doğurur… Əgər bu canlılar ibtidai olsaydı, qeydlərdə zəngin miqdarda orqanizmin üzə çıxması təəccüblü olmazdı. Niyə bu cür kompleks canlı formaları təxminən 600 milyon il yaşındakı qayalarda tapılmalıdır, amma bundan öncəki iki milyard ilə aid qeydlərdə olmamalı və ya rast gəlinməməlidir?.. Əgər həyatın təkamülü baş veribsə, Kembridən daha qədim süxurlarda tələb olunan fosillərin yoxluğu bizi çıxılmaz vəziyyətdə qoyur”.14

15. Təkamülçü paleontoloq Mark Çarnetski:

“Nəzəriyyəni (təkamül nəzəriyyəsini) sübut etməyin qarşısındakı böyük bir problem “fosil qeydləri” olmuşdur… Bu qeydlər heç bir zaman Darvinin fərziyyəvi ara-keçid formalarına aid izləri üzə çıxarmamışdır. Bunun yerinə, növlər qəfildən üzə çıxır və yox olurlar və bu anomaliya yaradılışçıların hər növün Allah tərəfindən yaradılması arqumentinə təkan vermişdir…”15

16. Harvard Universitetindən bioloq, paleontoloq və “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən Nils Eldric və Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü paleoantropoloq Yan Tattersoll:

“Ayrı növlərə aid fosillərin fosil qeydlərində üzə çıxdıqları cizgi boyunca fərqinə varılacaq dərəcədə eyni qalması Darvin öz “Mənşəyi”ni (“Növlərin Mənşəyi” kitabı) nəşr etdirməzdən çox əvvəllər də paleontoloqlara məlum idi. Darvin özü isə… gələcək paleontoloq nəsillərinin bu boşluqları şövqlü araşdırmalarla dolduracaqlarını proqnozlaşdırmışdı… Sonrakı yüz iyirmi illik paleontoloji tədqiqat ərzində geniş miqyasda aydın olmuşdur ki, fosil qeydləri Darvinin proqnozlarının bu hissəsini təsdiqləməyəcək. Problem ümidsiz dərəcədə kasad qeydlərdə də (fosil qeydləri) deyil. Bu fosil qeydləri, sadəcə olaraq, həmin proqnozun səhv olduğunu göstərir.

Növlərin heyrətamiz şəkildə sabit qaldıqları və uzun dövrlər ərzində həmişə statik mahiyyət daşıdıqları yönündəki müşahidələr “Çılpaq kral” hekayəsindəki bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu modellə uzlaşmağı israrla rədd edən inadcıl bir fosil qeydi ilə qarşı-qarşıya qalmış paleontoloqlar, sadəcə olaraq, qəsdən bu həqiqətdən üz çevirmişlər”.16

17. Harvard Universitetindən bioloq, paleontoloq və “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən Nils Eldric və Amerika Təbiət Tarixi Muzeyindən təkamülçü paleoantropoloq Yan Tattersoll:

“Canlıların təkamül tarixlərinin əsasən kəşflərə bağlı olması düşüncəsi bir əfsanədir. Əgər belə olsaydı, əminliklə gözləmək olardı ki, daha çox hominid qalığı tapıldıqca insanın təkamülü hekayəsi daha da aydınlaşacaq. Amma xeyr, nə oldusa, gözlənilənin əksi oldu”.17

18. Berkli Kaliforniya Universitetindən təkamülçü paleoantropoloq, biologiya professoru, Kaliforniya Elmlər Akademiyası, Amerika Milli Elmlər Akademiyası və Amerika Elmi Tərəqqi Assosiasiyasının üzvü, hominid fosilləri üzrə mütəxəssis Tim Uayt:

“İnsanabənzər canlının körpücük sümüyü olduğu hesab edilən 5 milyon illik sümük parçasının, əslində, bir delfinin qabırğa sümüyünün parçası olduğu aydın oldu… Bir çox antropoloqun əsas problemi budur ki, hominid tapmağı çox arzulayırlar. Beləcə, (tapdıqları) hər sümük parçası dönüb “hominid sümüyü” olur…”18

19. Berkli Kaliforniya Universitetindən təkamülçü paleoantropoloq, biologiya professoru, Kaliforniya Elmlər Akademiyası, Amerika Milli Elmlər Akademiyası və Amerika Elmi Tərəqqi Assosiasiyasının üzvü, hominid fosilləri üzrə mütəxəssis Tim Uayt:

(Homo naledi fosilini şərh edərkən)

“Yeni növləri necə gəldi yaratmaq olmaz. Yeni növ tapdığını iddia edən birisi göstərməlidir ki, bu, indiyə qədər məlum olan heç bir şeyə oxşamır”.19

20. Harvard Universitetindən təkamülçü antropoloq Ernest A. Huton:

“Yumşaq hissələrin yenidən bərpasına cəhd etmək daha da riskli işdir. Dodaqlar, gözlər, qulaqlar və burun ucu altdakı sümük paylarında heç bir iz buraxmır. Eyni materiallarla bir neandertal kəlləsinə həm şimpanze görünüşü, həm də bir filosofa aid üz cizgiləri verə bilərsiniz. Qədim insan növlərinə aid olduğu iddia edilən bu rekonstruksiyaların elmi dəyəri yox dərəcəsindədir və yəqin ki, sadəcə ictimaiyyəti yanlış istiqamətləndirmək məqsədi daşıyır… Buna görə də, rekonstruksiyalara etibar etməyin”.20

21. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Keçmişdə yer üzündə yaşamış olan ara-keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür ara-keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”.21

22. Harvard və Çikaqo universitetlərindən geologiya professoru, paleontoloq və Cons Hopkins, Roçester Universitetlərində, Kaliforniya Texnologiya İnstitutunda elmi işçi olmuş, Paleontologiya Cəmiyyətinin iki medalı ilə təltif edilmiş Devid Roup:

“Düzdür, biz indi Darvindən təxminən 120 il sonrasındayıq və fosil qeydləri haqqındakı məlumat böyük ölçüdə artmışdır. İndi əlimizdə milyonun dörddə biri qədər fosil növ var, ancaq vəziyyət çox da dəyişməmişdir. Təkamül qeydi, hələ də, gözlənilməz formada qırıq-qırıqdır və kinayəli şəkildə, əlimizdə hətta Darvinin vaxtındakından da az təkamüli keçid forma var. Bununla demək istədiyim, fosil qeydlərindəki darvinist dəyişikliyin bəzi klassik nümunələri, məsələn, Şimali Amerikadakı atın təkamülü kimi, daha ətraflı məlumatlar nəticəsində atılmalı, ya da dəyişdirilməli olmuşdur…”22

23. İngiltərəli paleontoloq, Qlazqo Universitetinin geologiya üzrə professoru, London Kral Cəmiyyətinin üzvü və London Geologiya Cəmiyyətinin prezidenti olmuş Tomas Nevill Corc:

“Artıq fosil qeydlərinin kasadlığına görə üzr istəməyə ehtiyac yoxdur. İş elə gətirib ki, bunlar (fosil qalıqları) o qədər zəngindir ki, demək olar, onlarla bacara bilmirik… Lakin fosil qeydləri hələ də əsasən boşluqlardan ibarət olmağa davam edir”.23

24. Los-Ancelesdəki Kaliforniya Universitetindən təkamülçü paleontoloq Cerald T. Todd:

“Sümüklü balıqların hər üç yarımsinifi fosil qeydlərində təxminən eyni vaxtda üzə çıxırlar… Bəs bunların mənşəyi nədir? Bu cür geniş şəkildə fərqliləşmələrini təmin edən nə idi?.. Və nəyə görə daha əvvəlki, ara-keçid formalardan əsər yoxdur?”24

25. Kanada Kral Cəmiyyətinin üzvü, Kanadanın Makqil Universitetindən paleontoloq, bu universitetin nəzdindəki Redpat Muzeyinin direktoru, geologiya elmlər namizədi, onurğalılar paleontologiyası üzrə mütəxəssis, professor Robert Kerroll:

“Ripidistian (və ya ətüzgəcli) balıqlarla erkən amfibilər arasında, həmçinin ibtidai həşəratyeyənlərlə yarasalar arasında ara-keçid fosillərimiz yoxdur”.25

26. Kanada Kral Cəmiyyətinin üzvü, Kanadanın Makqil Universitetindən paleontoloq, bu universitetin nəzdindəki Redpat Muzeyinin direktoru, geologiya elmlər namizədi, onurğalılar paleontologiyası üzrə mütəxəssis, professor Robert Kerroll:

“Bütün Trias pterozavrları (uçan sürünənlər) uçuş üçün  tam ixtisaslaşmışdılar… Öz spesifik mənşələri barədə çox az fakt daşıyır və uçuşlarının mənşəyinin ilkin mərhələləri haqqında isə heç bir məlumat vermirlər”.26

27. Sinozavropteriks adlı qalıq üzərində aparılan detallı analizlər “quş tükü” olaraq tanıdılan strukturların lələklərlə əlaqəsi olmadığını göstərmişdi. “Science” jurnalında nəşr olunan “Plucking the Feathered Dinosaur” (“Tüklü Dinozavrın Tüklərini Yolmaq”) başlıqlı məqalədə belə deyilirdi:

“Düz 1 il əvvəl paleontoloqlar dırnaqarası “tüklü dinozavr”a aid fotoşəkillərə görə vəlvələyə düşmüşdülər… Çinin İsyan (Yixian) formasiyasından olan sinozavropteriks (fosil) nümunəsi “New York Times”-ın ön səhifəsinə çıxdı və bəziləri buna quşların dinozavr mənşəli olduğunu təsdiqləyirmiş kimi baxdı. Amma ötən ay Çikaqodakı onurğalılar paleontologiyası yığıncağında verilən hökm bir az fərqli oldu: Nümunələri araşdıran təxminən yarım düjün qərbli paleontoloq bu strukturların müasir lələklər olmadığını söylədilər… Kanzas Universitetindən paleontoloq Larri Martin bu strukturların dəri altındakı dağılmış kollagen liflər olduğunu, yəni quşlarla heç bir əlaqəsi olmadığını düşünür”.27

28. Harvad Universitetinin sosial elmlər üzrə professoru, Pibodi Arxeologiya və etnoqrafiya Muzeyinin kurator paleoantropoloqu, Amerika Milli Elmlər Akademiyasının üzvü Devid Pilbim:

(İnsanın təkamülü haqqında)

“Başqa bir elm sahəsindən ağıllı bir alim gətirsəniz və ona əlimizdəki qeyri-kafi dəlilləri göstərsəniz, mütləq: “bu mövzunu unudun, davam etmək üçün kifayət qədər məlumat yoxdur”,- deyər”.28

29. Təkamülçü paleoantropoloq, Keniya Milli Muzeylərinin direktoru, Afrika ərazisində insanın mənşəyilə bağlı araşdırmaları ilə tanınan Riçard Liki:

“Devid Pilbim məyusluqla deyir: “Başqa bir elm sahəsindən ağıllı bir alim gətirsəniz və ona əlimizdəki qeyri-kafi dəlilləri göstərsəniz, mütləq: “bu mövzunu unudun, davam etmək üçün kifayət qədər məlumat yoxdur”,- deyər”. Nə Devid, nə də insanın əcdadını araşdıran heç kəs, təbii ki, bu məsləhəti qəbul edə bilməz, ancaq hamımız bu qədər natamam dəlillərdən nəticə çıxarmağın nə qədər təhlükəli olduğunu yaxşı görürük”.29

30. Antropoloq, təkamülçü yazıçı, “New Scientist” jurnalında redaktor olmuş, “Science”jurnalında işləmiş Rocer Levin:

“Fiziki cəhətdən baxdıqda, insanın təkamülü ilə  əlaqədar hər hansı bir nəzəriyyə güclü çənələr və uzun, xəncərvari köpək dişlərlə təchiz edilmiş, dörd ayağı üzərində sürətlə qaça bilən meymunabənzər əcdadın ləng, ikiayaqlı və təbii müdafiə yolları ən zəif olan bir heyvana necə çevrildiyini izah etməlidir. Bundan əlavə, Hakslinin də ifadə etdiyi kimi, bizim “sanki bir dağın zirvəsinə yüksəlməmizi” təmin edən ağıl, nitq və əxlaq- bax bunlarla birgə, təkamül nəzəriyyəsinə bütünlüklə meydan oxumaq olar”.30

31. Amerikalı antropoloq, Miçiqan Universitetinin Antropologiya Muzeyinin elmi işçisi Holli Smit:

“Dişlərin inkişaf formalarına əsaslanaraq apardığımız təhlillər avstralopiteklər və Homo habilis-in Afrika meymunları ilə eyni kateqoriyada olduqlarını, Homo erectus və Neandertalların isə insanlarla eyni kateqoriyada olduğunu göstərir”.31

32. İngiltərəli paleontoloq və təkamülçü bioloq, “Nature” jurnalının baş redaktoru Henri Ci:

“Əcdad-xələf əlaqələrinə əsaslanan insanın təkamül sxemi tamamilə insan icadıdır, sübutsuz ortaya atılmış  və insanların ön-mühakimələrinə görə formalaşdırılmışdır… Bir qədər fosil götürmək və bunların nəsil ağacını əks etdirdiyini iddia etmək təcrübi yolla sübut ediləcək elmi hipotez deyildir, gecə nağıllarıyla eyni mahiyyət daşıyan iddiadır- əyləndirici, hətta bəlkə yönləndiricidir, amma elmi deyil”.32

33. Müasir dövrün qabaqcıl paleoantropoloqlarından biri, Vaşinqton Universitetinin Antropologiya departamentinin professoru, Amerika Milli Elmlər Akademiyasının üzvü, Neandertallar və “insanın təkamülü” mövzuları üzrə ekspert Erik Trinkaus:

“Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.33

34. Çikaqo Universitetinin Antropologiya Şöbəsindən məşhur primat morfoloqu, paleoantropoloq olan, antropologiya, təkamül biologiyası, elm tarixi və tibb üzrə professor Rassell Tattl:

(Təkamülçülər daima Laetoli ayaq izlərinin avstralopiteklərə aid olduğunu söyləyirlər. Halbuki araşdırmalar bu izləri qoyan kəslərin qavrayıcı əl və ayaqlara sahib olan A. afarensis deyil, günümüzdəki insandan heç bir fərqi olmayan insanlar olduğunu göstərir)

“Kiçik, ayaqyalın bir Homo sapiens bu izləri buraxmış ola bilər… Müşahidə edilən bütün morfoloji xüsusiyyətləri nəzərə alsaq, bu izləri buraxanların ayaqları müasir insanlarınkından ayırd edilə bilməz”.34

35. Dünyanın ən məşhur, aparıcı təkamülçülərindən, “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən biri, Harvard Universitetinin geologiya və paleoantropologiya üzrə professoru, təkamülçü bioloq və elm tarixçisi olmuş Stiven Cey Quld:

“Canlılıq tarixində açıq-aşkar bir “inkişaf vektoru”nun tapılmamasını fosil qeydlərilə əlaqədar ən çaşdırıcı fakt olaraq qiymətləndirirəm”.35

36. Dünyanın ən məşhur, aparıcı təkamülçülərindən, “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən biri, Harvard Universitetinin geologiya və paleoantropologiya üzrə professoru, təkamülçü bioloq və elm tarixçisi olmuş Stiven Cey Quld:

“(Məşhur amerikalı paleontoloqlar) Protero və Şubin bu nəticəyə gəlirlər: “Bu, at növü barədə geniş miqyasda qəbul edilən əfsanəylə – atların bir ardıcıllığın tədricən müxtəlifləşən, öz aralarında isə fərqli olmayan növlər olması fikri ilə – ziddiyyət təşkil edir. Halbuki atların tarixi boyunca bunlar müəyyən və milyonlarla il ərzində sabit qalan növlər olmuşdur. Yaxından incələndiyi zaman atın tədrici təkamülü sxemi bir-biriylə kəsişən, çox yaxın növlərdən ibarət qarmaqarışıq kola bənzəyir”.36

37. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Çətinliyim bundan ibarətdir ki, axı nəyə görə tırtıllar bəzən bu cür gözəl və incəsənət əsəri kimi boyanırlar?”37

38. Yeni Cənubi Uels Universitetindən avstraliyalı təkamülçü bioloq, insan təkamülü üzrə mütəxəssis, paleoantropologiya və primatologiya professoru Darren Kurno:

“Heç kəs bir fosilə tam açıq şüurla baxmır. Mənə bir az da elə gəlir ki, biz nə düşünürüksə, onu da görürük. Nəticədə, fosili əlinə alırsan və artıq beynində insan təkamülünün necə baş verdiyi haqda bir fikir var. Bu minvalla da, bəri başdan həmin fosili öz düşüncə tərzinə uyğunlaşdırmağa çalışacaqsan”.38

39. Rusiya Elmlər Akademiyasının N. İ. Vavilov adına Ümumi Genetika İnstitutunun direktoru, biologiya elmlər doktoru, ümumi və populyasiya genetikası üzrə mütəxəssis, professor, akademik Yuri P. Altuxov:

“Seleksiyaçı torpaqdan, belə deyək, qoyun və ya balıq yarada bilməz. O, yalnız artıq təbiətdə olanlarla işləyə bilər. Artıq heç nə. Biz gərək etiraf edək ki, dünyanı kimsə yaradıb. Bunun stoxastik (təsadüfi) dünya kimi qələmə verilməsi cəhdləri keçmir. Ötən yüzilliyin 60-cı illərində riyaziyyatçılar mübahisələr edirdilər: təsəvvür edilən hər hansı bir nəsnənin statik əsaslarla yaranma ehtimalını hesabladılar. Bu, praktiki olaraq sıfıra bərabərdir”.39

40. Monterey Körfəz Okeanariumu Araşdırmaları İnstitutundan Stiven Heddok, Kaliforniya Ştatı Politexnik Universitetinin Biologiya Elmləri fakültəsindən Mark Molinvə Kaliforniya Universitetinin nəzdindəki Okeanologiya İnstitutundan Ceyms Keys:

“Belə görünür ki, biolüminessensiyanın başlıca taksonomik qruplar boyunca paylanması heç bir aşkar filogenetik (təkamüli) və ya okeanoqrafik çərçivəylə uzlaşmır”.40

41. Fransa Elmlər Akademiyasının və Fransa Entomologiya Cəmiyyətinin keçmiş prezidenti, 52 cildlik nəhəng “Zoologiya üzrə traktat” (Traité de zoologie)ensiklopediyalarının müəllifi, məşhur fransız zooloq, akademik Pyer-Pol Qrasse:

“Bu gün bizim vəzifəmiz gözlərimizin önündə sürətlə yayılan, sadə, anlaşıqlı və izahını tapmış məfhum kimi götürülən təkamül əfsanəsini məhv etməkdir… Aldanış bəzən şüursuzca olur, amma heç də həmişə yox. Bəzi insanlar təəssübkeşliklərindən dolayı qəsdən həqiqəti görməzdən gəlir və öz inanclarının qeyri-kafiliyini və yanlışlığını qəbul etməkdən boyun qaçırırlar”.41

42. Dünyanın ən məşhur, aparıcı təkamülçülərindən, “sıçrayışlı təkamül” nəzəriyyəsinin banilərindən biri, Harvard Universitetinin geologiya və paleoantropologiya üzrə professoru, təkamülçü bioloq və elm tarixçisi olmuş Stiven Cey Quld:

“Darvinizmin məğzi tək bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül dəyişikliyinin yaradıcı gücüdür”. Heç kəs (təbii) seçmənin uyğun olmayanı aradan qaldırmasındakı ixtisaredici rolunu inkar etmir. Darvinist nəzəriyyəsi isə “uyğun olanı yaratması”nı da istəyir”.42

43. Türkiyənin məşhur təkamülçü alimlərindən, məntiq və fəlsəfə professoru, elm fəlsəfəsi üzrə mütəxəssis Camal İldırım:

“Heç bir alim (istər darvinist, istər neodarvinist olsun) təkamül nəzəriyyəsinin isbat edildiyi düşüncəsini irəli sürə bilməz”.43

44. Dövrümüzün ən fəal ateist, darvinist yazıçısı, zooloq Riçard Dokinz:

(“Sizin fikrinizcə, biologiyanın cavablanmamış ən vacib 3 sualı hansılardır?”- sualına cavab olaraq):

“Şüur nədir və necə təkamül edib? Canlı həyat cansızdan necə yarandı və ilk öz-özünü törədən molekulun, yəni ilk genin mənşəyi nədir? Bu, ikinci. Üçüncüsü də bu olardı ki, niyə cinsiyyətimiz var?”44

45. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Əvvəla, əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəmişsə, nə üçün hər yerdə saysız-hesabsız ara-keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış olan növlər vardır?”45

46. Yel Universitetinin geologiya üzrə professoru Con H. Ostrom:

“Hər hansı bir proavisə (uçuşdan öncəki canlıya) aid heç bir fosil sübutu yoxdur. Bu, büsbütün fərziyyəvi bir ilkin quşdur, amma mütləq ki belə bir canlı olub”.46

47. Yuta Ştat Universitetinin Botanika Departamentinin rəhbəri, professor Frenk Solsberi:

“Hətta göz kimi kompleks bir şey belə bir neçə dəfə ortaya çıxmışdır. Misal üçün, osminoqda, onurğalılarda və buğumayaqlılarda. Belə şeylərin mənşəyini bir dəfə izah etmək, onsuz da, çətindir. Lakin müasir sintetik nəzəriyyəyə əsasən, bunları bir neçə dəfə əmələ gətirməyi düşünəndə başım gicəllənir”.47

48. Türkiyənin Hacəttəpə Universitetindən təkamülçü bioloq və zoogeoqrafiya üzrə mütəxəssis prof. dr. Əli Dəmirsoy:

“Üçüncü bir etiraza cavab vermək olduqca çətindir. Mürəkkəb bir orqanın, faydalı olsa belə, birdən əmələ gəlməsi necə mümkün olmuşdur? Misal üçün, onurğalılardakı gözün bülluru, tor qişası, görmə siniri və görmək üçün təsirli olan digər hissələri birdən necə əmələ gəlir? Çünki təbii seçmə görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici ola bilməz. Büllur əmələ gəlsə belə, tor qişa olmadan məna ifadə etməz. Görmə üçün bütün strukturların birgə əmələ gətirilməsi qaçınılmazdır. Ayrı-ayrı əmələ gətirilən hissələr istifadə edilməyəcəyi üçün həm mənasız olacaq, həm də bəlkə vaxt keçdikcə aradan qalxacaqdır. Bununla belə, hamısını birdən əmələ gətirmək də təxmin edilə bilməyəcək qədər kiçik ehtimalların toplanmasını tələb edir”.48

49. XX əsrin aparıcı təkamülçü bioloqlarından Ernst Mayr:

“Hərçənd bu da etiraf edilməlidir ki, müəyyən duyğu orqanları kimi həssas tarazlıqdakı sistemlərin (onurğalıların gözü və ya quşun lələyi kimi) təsadüfi mutasiyalar yoluyla törədiyini zənn etmək insanın sadəlöhvlüyünü açıq-aşkar istismar etmək deməkdir”.49

50. Böyük Britaniyanın ən məşhur və nüfuzlu alimlərindən, London Kral Cəmiyyətinin üzvü, zooloq, anatom Lord Solli Sukerman:

“Obyektiv reallıq siyahısından çıxıb bioloji elm fərz edilən bu sahələrə, yəni altıncı hiss və ya insanın fosil tarixinin şərh edilməsinə daxil olduqda, (öz nəzəriyyəsinə) sadiq birisi üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, coşğun tərəfdarın bəzən eyni anda müxtəlif ziddiyyətli şeylərə inanması belə mümkündür”.50

51. Amerikalı təkamülçü bioloq, genetik, Harvard Universitetinin zoologiya və biologiya üzrə professoru, akademik Riçard Levontin:

“… Bizim materializmə bir bağlılığımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə nə cürsə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir… Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi Qədəmlərin qapıdan içəri girməsinə icazə verə bilmərik”.51

52. Təkamülçü biokimyaçı Lesli Orgel:

“İkisi də quruluşca kompleks olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda öz-özünə əmələ gəlməsi tamamilə ehtimaldan kənardır. Ancaq bunlardan biri olmadan digərini əldə etmək də qeyri-mümkün görünür. Ona görə elə ilk baxışdan insan həyatın heç vaxt kimyəvi yollarla başlamış ola bilməyəcəyi nəticəsinə gəlməli olur”.52

53. Məşhur ingilis astronom və riyaziyyatçı, London Kral Cəmiyyətinin üzvü, təkamülçü alim Ser Fred Hoyl:

“Əslində, bu nəzəriyyənin (həyatın bir ağıl tərəfindən yaradılması) doğruluğu o qədər bəllidir ki, insan bunun öz-özlüyündən aydın olduğu halda niyə geniş surətdə qəbul edilmədiyinə təəccüblənir. Bunun səbəbləri elmi yox, psixolojidir”.53

54. Dövrümüzün ən fəal ateist, darvinist yazıçısı, zooloq Riçard Dokinz:

“Qayalıqlardakı özünə xas bir dövr olan haradasa 600 milyon il əvvəlin Kembri təbəqələri iri onurğasız qruplarının böyük hissəsini tapdığımız ən qədim təbəqələrdir. Və bunların çoxunun elə ilk yarandıqları vaxtda, onsuz da, təkamülün ali səviyyəsində olduğunu görürük. Sanki heç bir təkamül tarixi keçmədən elə oradaca yerləşdiriliblər. Sözsüz ki, bu birdən yerləşmə görüntüsü yaradılışçıları çox sevindirib”.54

55. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Göz haqqında düşünməyin məni büsbütün titrətməyə tutduğu vaxtları yaxşı xatırlayıram, amma bu şikayət dövrünün öhdəsindən gəldim. İndi isə sistemdəki bəzi kiçik, xırda-para təfərrüatlar mənə narahatçılıq verir. Bir tovuzquşunun quyruğundakı lələyin görünüşü, nə vaxt nəzər salsam, məni dilxor edir!”55

56. Amerikalı təkamül nəzəriyyəçisi, endosimbioz tezisinin qurucusu, məşhur bioloq Linn Marqulis:

“Təsadüfi mutasiyaların varlığı danılmazdır. Lakin yeni mutasiyalar yeni növlər yaratmır. Onlar şikəst nəsillər yaradır”.56

58. Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq Noosfer Akademiyasının həqiqi üzvü, Azərbaycan dilində “Təkamül təlimi” kitabının müəlliflərindən, həmçinin biologiya və genetika üzrə bir çox dərsliyin müəllifi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Genetika və Təkamül Təlimi kafedrasının professoru, biologiya elmləri doktoru olan Məcnun Babayev:

“İnsanla insanabənzər meymun arasında keçid formanın olması tam isbat olunmayıb”.57

“Mutasiya sıçrayışla, spontan baş verən dəyişkənlikdir… Deyək ki, hər hansı bir populyasiyada bütün mutasiyalar hamısı birdən-birə fenotipdə təzahür etmiş olsaydı, burada həyat çox əcaib bir formada olardı. Çünki baş verən mutasiyaların əksəriyyəti, 70-80 faizi zərərlidir. Amma zərərli mutasiyalar əksər hallarda gizli formada qalırlar”.58

59. Kolorado Ştatı Universitetinin Biokimya və Molekulyar Biologiya fakültəsinin, həmçinin Vaşinqton Universitetinin Mikrobiologiya fakültəsinin professoru, biokimyaçı Franklin Harold:

“Hal-hazırda hər hansı biokimyəvi və ya hüceyrəvi sistemin təkamülü üçün təfsilatlı darvinist izahat yoxdur, ancaq cürbəcür arzuolunan spekulyasiyalar var”.59

60. Pittsburq Universitetinin antropoloqu Ceffri Şvarts:

“Hələ də bir çox başlıca orqanizm qruplarının mənşəyi haqqında qaranlıq içindəyik. Onlar fosil qeydlərində tam təşəkkül tapmış və macəraya hazır formada üzə çıxırlar- Darvinin həddən artıq cüzi, saysız dəyişikliklərin tədricən yığılmasıyla gedən təkamül modelinin əksinə”.60

61. Vaşinqton Universitetindən biologiya və genetika professoru Corc B. Conson və həmin universitetin botanika professoru Piter H. Reyven:

“Alimlər suda həll olmuş aminturşuların birləşərək zülal yaratmasına nail ola bilməyiblər. Aminturşuları birləşdirən enerjini tələb edən reaksiyalar dönərdir və suda öz-özünə getmir”.61

62. Kanada Kral Cəmiyyətinin üzvü, Kanadanın Makqil Universitetindən paleontoloq, bu universitetin nəzdindəki Redpat Muzeyinin direktoru, geologiya elmlər namizədi, onurğalılar paleontologiyası üzrə mütəxəssis, professor Robert Kerroll:

“Təəssüf ki, əsl sürünənlərin yaranmasından qabaqkı müvafiq sürünən əcdadına aid bircə dənə də nümunə məlum deyil. Bu cür əcdad formaların yoxluğu isə amfibiya-sürünən keçidinin bir çox problemini cavabsız qoyur”.62

63. 20-ci əsrin aparıcı təkamülçü bioloqlarından Ernst Mayr:

“Yeni növlər, adətən, fosil qeydlərində birdən-birə üzə çıxır, əcdadlarına ardıcıl keçidlərlə birləşmiş şəkildə yox”.63

64. C.P.Hikmen, L.S.Roberts və F.M.Hikmen “Zoologiyanın bütöv prinsipləri” (“Integrated Principles of Zoology”) adlı dərsliklərində:

“Növlərin çoxu milyonlarla il ərzində, faktiki olaraq, dəyişilmədən qalır, sonra isə qəfildən yoxa çıxıb özündən olduqca fərqli, lakin yaxın formalarla əvəz olunur. Bundan əlavə, heyvanların iri qruplarının bir çoxu fosil qeydlərində birdən-birə təzahür edir- tam mütəşəkkil formada və öz valideyn qruplarıyla hansısa keçid əmələ gətirən fosilləri hələ tapılmadan”.64

65. Almaniyanın Fridrix Şiller Universitetinin genetika fakültəsindən Günter Taysen(Günter Theißen) “Theory in Biosciences” jurnalında yazır:

“Orqanizmlərin öz mühitlərinə necə adaptasiya olduqları haqda kifayət qədər anlayışımız olsa da, təkamül nöqteyi-nəzərindən yeniliklərin mənşəyinin ardında dayanan mexanizmlər barədə bir o qədər az bilirik. Bu, elə bir prosesdir ki, adaptasiyadan fərqli olduğunu düşünürük. Darvinin məharətlərinə şübhə olmasa da, planetimizdə nəhəng dərəcədə kompleks və müxtəlif canlıların necə yarandığı məsələsi biologiya üçün ən çətin vəziyyətlərdən biri kimi qalmağa davam edir”.65

66. 2011-ci ildə, “Biological Theory” jurnalındakı bir məqalədə deyilir:

“Hazırkı elmi təcəssümü ilə darvinizmin, demək olar ki, axırı çatıb”.66

67. Bioloq Skott Gilbert “Nature” jurnalına verdiyi bir hesabatında belə deyir:

“Müasir sintez (neodarvinizm) əlverişli fərdlərin həyatda qalması mövzusunda, həqiqətən də, çox yaxşıdır. Lakin əlverişli fərdlərin yaranması mövzusunda yox”.67

68. Təkamülçü paleobioloq Qraham Badd etiraf edir ki:

“İctimaiyyət təkamül haqqında fikirləşəndə qanadların mənşəyini və sudan-quruya keçidi fikirləşir, …lakin bunlar elə şeylərdir ki, təkamül nəzəriyyəsi onlar haqqında bizə çox az şey demişdir”.68

69. Amerikalı fizik, informasiya nəzəriyyəçisi professor Hyubert P. Yoki:

“Həyatın Yer üzündə cansız maddədən öz-özünə yaranması inancı, sadəcə olaraq, ciddi reduksionizmə inam məsələsidir və bütünlüklə ideologiyaya söykənir”.69

70. İnsanın gen xəritəsini çıxaran ilk şəxslərdən Kreyq Venter:

“Düzünü desək, məncə, “həyat ağacı” bizdən əvvəlki tədqiqatlardan çıxarılmış qurama bir şeydir. Bunlar artıq özünü doğrultmur… Yəni “həyat ağacı” deyə bir şey yoxdur. Faktiki olaraq, okeanlarda yaşayan canlıların gen xəritəsini çıxarmışıq. Əlimizdə təxminən 60 milyon müxtəlif, unikal gen dəsti var. Bunların içərisindən 12-sinin olduqca dərin kökü var. Böyük ehtimalla, bunlar dördüncü həyat formasıdır (eukariotlar, bakteriyalar və arxeyalardan sonra)”.70

71. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü İlham Şahmuradov:

“İnsanın bir dəst genomunun uzunluğu 3 milyarddan çox hərfdən ibarətdir. Genlər genomun, yəni bir hüceyrədəki DNT ardıcıllıqlarının toplusunun çox kiçik hissəsini, bir neçə faizini təşkil edirlər. Bəs genomun qalan hissəsi nə üçündür? Uzun müddət bir çox görkəmli alimlər belə hesab edirdi ki, həmin qalan hissə “artıq”, “lazımsız”, “xudpəsənd” (eqoist) DNT ardıcıllıqlarıdır… Son illərdə insan genomunun məzmununun araşdırılması bu təsəvvürləri əsaslı surətdə dəyişdi. İndi belə hesab olunur ki, genomumuzun, ən azı, əksər hissəsi müəyyən funksiyalarla, o cümlədən, ayrı-ayrı genlərin və bütöv genomun idarə olunmasında iştirak edir. Ümumiyyətlə, nəyinsə mənasını bilməyəndə ona “gərəksiz” demək, ən azı, tələsik qərardır”.71

72. Alman təkamülçü yazıçı və publisisti Vilhelm Bölşe E. Hekkel üçün yazdığı bioqrafiyada deyir:

“Darvinin nəhs kitabı (“Növlərin mənşəyi”) Bronnun tərcüməsində iki il göz qabağında idi. Professional alman zooloqlar, botaniklər və geoloqlar onu, demək olar, büsbütün cəfəngiyat saydılar. Aqassis, Geybel, Keferşteyn və hələ bir çoxları üzləri qıpqırmızı olana qədər gülmüşdülər”.72

73. Məşhur ingilis antropoloq, ateist təkamülçü Ser Artur Keyt:

“Həmişə vurğuladığım kimi, alman Füreri (Hitler) təkamülçüdür; o, şüurlu şəkildə Almaniya idarəediciliyini təkamül nəzəriyyəsinə uyğunlaşdırmağın yollarını axtamışdır”.73

74. Britaniya Təbiət Tarixi Muzeyinin Paleontologiya şöbəsinin baş elmi işçisi, London Kral Cəmiyyətinin üzvü, Təbiət Tarixi Muzeyi qəzetinin redaktoru olmuş, həmçinin fosil balıqlar və sistematika sahələri üzrə mütəxəssis, “Təkamül” (“Evolution”) kitabının müəllifi Kolin Patterson:

“İndi bu anti-təkamülçü (yaxşı, gəlin buna qeyri-təkamüli deyək) görüş bucağını mənimsəməyə başlamağımın səbəblərindən biri keçən il anidən bir şeyin fərqinə varmağım oldu. İyirmi ildən çoxdur ki, mən təkamüllə hansısa yöndən məşğul olduğumu düşünmüşdüm. …Və bu şeyin üstündə 20 il çalışıb bu mövzuda tək bir şey də bilməmək məni sarsmışdı. Bir adamın bu qədər uzun müddət səhv istiqamətləndirildiyini öyrənməsi onun üçün olduqca böyük şokdur. Buna görə bir neçə həftə müxtəlif insanlardan və qruplardan sadə bir sual soruşmağa başladım. Sual budur: “Mənə təkamül haqqında bildiyiniz hər hansı bir şey, doğru olduğunu düşündüyünüz tək bir şey deyə bilərsinizmi?” Bu sualı Təbiət Tarixi Muzeyindəki geologiya heyətindən soruşdum və aldığım tək cavab səssizlik idi. Çikaqo Universitetindəki Təkamül Morfologiyası seminarının üzvlərindən soruşdum – hansı ki, təkamülçülərin çox nüfuzlu təbəqəsini təşkil edirlər – aldığım tək şey uzun müddət davam edən səssizlik idi. Nəhayət, birisi belə dedi: “Bildiyim tək şey var ki, (təkamül) məktəblərdə tədris olunmamalıdır”.74

75. 20-ci əsrin aparıcı təkamülçü alimlərindən, neodarvinizmin banilərindən biri Feodosi Dobjanski:

“Təbii seçmənin işləməyi üçün (əvvəlcədən) özünütörətmə, yaxud özünüköçürmə prosesi və heç olmasa, iki ayrı özünüköçürən vahid və ya element olmalıdır… (Ona görə də) Prebioloji (həyat yaranmadan qabaqkı) təbii seçmə təzadlı ifadədir”.75

76. Məşhur ingilis astronom və riyaziyyatçı, London Kral Cəmiyyətinin üzvü, təkamülçü alim Ser Fred Hoyl:

“Ali həyat formalarının bu yolla (təkamüllə) yaranma ehtimalı xarabalığı sovuran qasırğanın oradakı materiallardan “Boeing 747” yığması ehtimalı ilə müqayisə edilə bilər”.76

77. Müasir dövrün məşhur təkamülçü paleontoloqlarından biri, sıçrayışlı təkamül modeli üzrə ekspert Stiven M. Stenli:

“Həyatın tarixini öyrənən mütəxəssislər həmişə bu faktdan çətinliyə düşmüşlər: təkhüceyrəlilərin yavaş təkamülünü əsk etdirən uzun Prekembri tarixindən sonra Kembri dövrü kimi adlandırdığımız zaman intervalının başlanğıcına yaxın çoxhüceyrəli orqanizmlər birdən-birə üzə çıxmış və yayılmışdır. Bu fundamental yayılma hadisəsidir ki, geoloji tarix lentini iki iri hissəyə bölmək üçün bizə əsas verir. Onun səbəbi isə, geniş surətdə paleontologiyanın birinci növbədə duran həll olunmamış problemi kimi qəbul edilir”.77

MƏNBƏLƏR:

  1. Charles Darwin, “The Origin of Species”, J. M. Dent & Sons Ltd, London, 1971, səh. 167;  Charles Darwin, “The Origin of Species”, First Edition Reprint, New York, Avenel Books, 1979, səh. 217; Charles Darwin, “Türlerin Kökeni”, Onur Yayınları, V nəşr, Ankara, 1996, səh. 198.
  2. George Gaylord Simpson, “The Major Features of Evolution”, New York: Columbia University Press, 1953, p. 360
  3. Dawkins, R., “The Blind Watchmaker”, W.W. Norton & Company, New York, USA, 1986, səh. 1.
  4. Riçard Dokinzin Uendi Rayta müsahibəsi, https://www.youtube.com/watch?v=-AS6rQtiEh8
  5. Ruse, M., How evolution became a religion: creationists correct?, National Post,pp. B1,B3,B7, May 13, 2000.
  6. Colin Patterson, “Cladistics”, Brayan Lik ilə reportaj, Peter Franz, 4 Mart 1982, BBC.
  7. Pierre Paul Grassé, “Evolution of Living Organisms”, New York: Academic Press, 1977, səh. 104.
  8. Elaine Morgan, “The Scars of Evolution”, New York, Oxford University Press, 1994, səh. 5
  9. 9. George Gaylord Simpson, “The Meaning of Evolution”, səh. 19
  10. 10. Stephen Jay Gould, “The Ediacaran Experiment,” Natural History, nömrə 93, (fevral 1984), səh. 22.
  11. S. J. Gould, Natural History, nömrə 85, 1976, səh. 30; Gould, Stephen Jay, “Bushes and Ladders in Human Evolution” in Ever Since Darwin, New York: W.W. Norton & Company, 1977, səh. 60
  12. Kevin Padian, “The Whole Real Guts of Evolution”, Review of Genetics, Paleontology and Macroevolution, By Jeffrey S. Levinton, 1989, səh. 77
  13. Niles Eldredge, “Time Frames: The Evolution of Punctuated Equilibria”, Princeton University Press, 1989, səh. 29; Niles Eldredge, “Time Frames: The Rethinking of Darwinian Evolution and the Theory of Punctuated Equilibria”, New York: Simon &Schuster, 1985, səh. 29
  14. Kay, Marshall and Edwin H. Colbert, Stratigraphy and Life History, New York: John Wiley and Sons, 1965, s. 102-103.
  15. Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean’s, 19 yanvar 1981, səh. 56
  16. N. Eldredge, and I. Tattersall, “The Myths of Human Evolution”, Columbia University Press, 1982, səh. 45-46
  17. Niles Eldredge, Ian Tattersall, “The Myths of Human Evolution”, səh. 126-127
  18. Ian Anderson, “Hominoid collarbone exposed as dolphin’s rib”, New Scientist, 28 Aprel 1983, səh. 199
  19. Reuters, “Critics Question Homo Naledi Fossil Find in South Africa”, NBC online news.
  20. Earnest A. Hooton, “Up From The Ape”, New York: McMillan, 1931, səh. 332
  21. Charles Darwin, “The Origin of Species by Means of Natural Selection”, 1859, səh. 280
  22. David M. Raup, “Conflicts Between Darwin and Paleontology”, Field Museum of Natural History, vol. 50, no. 1, yanvar 1979, səh. 25
  23. T. Neville George, “Fossils in Evolutionary Perspective”, Science Progress, cild 48, no. 189, yanvar 1960, səh. 1, 3
  24. Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist, cild 26, no. 4, 1980, səh. 757
  25. Robert L. Carroll, “Vertebrate Paleontology and Evolution”, New York: W. H. Freeman and Co., 1988, səh. 4
  26. Robert L. Carroll, “Vertebrate Paleontology and Evolution”, New York: W. H. Freeman and Co., 1988, səh. 336
  27. Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, volume 278, Number 5341, Issue of 14 Nov 1997, pp. 1229–1230
  28. 28. Richard E. Leakey, The Making of Mankind, Michael Joseph Limited, London 1981, səh. 43
  29. 29. Richard E. Leakey, “The Making of Mankind”, Michael Joseph Limited, London 1981, səh. 43
  30. Roger Lewin, Bones of Contention: Controversies in the Search for Human Origins, 1987, New York: Simon and Schuster, pp. 312-313
  31. Holly Smith, “Patterns of dental development in Homo, Australopithecus, Pan, and Gorilla”, American Journal of Physical Anthropology, Vol. 94, 1994, səh. 307
  32. Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səh. 32; 116-117
  33. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94
  34. I. Anderson, “Who made the Laetoli footprints?”, New Scientist, cild 98, 12 may 1983, səh. 373
  35. Stephen Jay Gould, “The Ediacaran Experiment,” Natural History, nömrə 93, (fevral 1984), səh. 23.
  36. Stephen Jay Gould-Niles Eldredge, “Punctuated Equilibrium Comes of Age,” Nature, nömrə 336 (18 noyabr 1993), səh. 226; Prothero, D. R. & Shubin, N., “The Evolution of Perissodactyls” (eds Prothero, D. R. & Schoch, R. M.), səh. 142-175 (Oxford University Press, Oxford, 1989).
  37. Ç. Darvinin dostu A. Uollesə yazdığı 23 fevral, 1867-ci il tarixli məktubundan; Darwin Correspondence Project, Letter 5415, Darwin, C. R. to Wallace, A. R., 23 Feb 1867; Francis Darwin, “Life and Letters”, II cild, səh. 305.
  38. Sənədli film: “Enigma Man: A Stone Age Mystery”, ABC TV, 24 June 2014.
  39. Sənədli film: “Гипотеза Века”, Фильм о жизни и творчестве академика РАН Ю. П. Алтухова; Akademikin 2005-ci ildəki səs yazısı, https://www.youtube.com/watch?v=2L2_hoTPlTE
  40. Haddock, S. H. D., M. A. Moline, and J. F. Case, “Bioluminescence in the Sea”, Annual Review of Marine Science, 2 (2010): 443-493
  41. Pierre Paul Grassé, “Evolution of Living Organisms”, New York: Academic Press, 1977, səh. 8.
  42. Stephen Jay Gould, “The Return of Hopeful Monsters”, Natural History, nömrə 86, iyul-avqust 1977, səh. 28.
  43. Cemal Yıldırım, “Evrim Kuramı ve Bağnazlık”, Bilgi Yayınevi, yanvar 1989, səh. 56-57.
  44. Riçard Dokinzin Reddit.com saytına verdiyi müsahibə, youtube.com, 14 noyabr 2010.
  45. Charles Darwin, “The Origin of Species by Means of Natural Selection”, 1859, səh. 171.
  46. John Ostrom, “Bird Flight: How Did It Begin?”, American Scientist, January-February 1979, Vol. 67, No. 1, səh. 47.
  47. Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, vol. 33, no. 6, sentyabr 1971, səh. 338
  48. Prof. Dr. Ali Demirsoy, “Kalıtım ve Evrim”, Meteksan Yayıncılık, Ankara, 1995, 7-ci nəşr, səh. 475
  49. Ernst Mayr, “Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist”, New York: Dove Press, 1964, səh. 296.
  50. Sir Solly Zuckerman, “Beyond The Ivory Tower”, Toplinger Publications, New York, 1970, səh. 19
  51. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, 9 January 1997, səh. 31.
  52. Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, cild 271, Oktyabr 1994, səh. 78.
  53. Fred Hoyle-Chandra Wickramasinghe, “Evolution from Space”, New York, Simon & Schuster, 1984, səh. 130.
  54. Richard Dawkins, “The Blind Watchmaker”, Penguin: London, 1991, səh. 229.
  55. Ç. Darvinin dostu Eysa Qreyə 3 aprel, 1860-cı il tarixli məktubundan.
  56. Lynn Margulis, quoted in Darry Madden, “UMass Scientist to Lead Debate on Evolutionary Theory,” Brattleboro (Vt.) Reformer(Feb 3, 2006)
  57. Məcnun Babayevin Modern.az saytına verdiyi müsahibə, 16 Fevral 2016; Aqşin Kərimov, “Darvinist alim: “Bizim əcdadlarımız darburun meymunlardır””, Modern.az, 16 Fevral 2016
  58. Məcnun Babayevin Modern.az saytına verdiyi müsahibə, 16 Fevral 2016; Aqşin Kərimov, “Darvinist alim: “Bizim əcdadlarımız darburun meymunlardır””, Modern.az, 16 Fevral 2016
  59. Franklin M. Harold, The Way of the Cell: Molecules, Organisms and the Order of Life, p. 205 (Oxford University Press, 2001).
  60. Jeffrey Schwartz, Sudden Origins: Fossils, Genes, and the Emergence of Species, p. 3 (Wiley, 1999).
  61. George B. Johnson, Peter H. Raven, Biology, Principles & Explorations, Holt, Rinehart and Winston, 1996, səh. 235
  62. Robert L. Carroll, “Problems of the Origin of Reptiles”, Biological Reviews of the Cambridge Philosophical Society, cild 44, no. 3, iyul 1969, səh. 393.
  63. Ernst Mayr, What Evolution Is, p. 189 (Basic Books, 2001).
  64. C.P. Hickman, L.S. Roberts, and F.M. Hickman, Integrated Principles of Zoology, p. 866 (1988, 8th ed.)
  65. Günter Theißen, “Saltational Evolution: Hopeful Monsters are Here to Stay,” Theory in Biosciences, 128: 43-44 (2009) (internal citations omitted).
  66. D. J. Depew and B. H. Weber, “The Fate of Darwinism: Evolution After the Modern Synthesis,” Biological Theory, 6: 89-102 (December 2011).
  67. John Whitfield, “Biological Theory: Postmodern Evolution?,” Nature, 455: 281-283 (2008).
  68. John Whitfield, “Biological Theory: Postmodern Evolution?,”
  69.  Nature, 455: 281-283 (2008).
  70. Hubert P. Yockey, 1992.Information Theory and Molecular
    Biology, Cambridge University Press, UK, p. 284.
  71. Kreyq Venterin “The Great Debate – What is Life?” adlı paneldəki çıxışından; https://www.you
Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)