Alimlər: neandertallar bəzək əşyaları taxırdılar

Ən son tədqiqatlar nəticəsində artıq məlum olmuşdur ki, təxminən 30-200 min il əvvəl yaşamış “neandertal” adlandırılan qədim insanlar nitqə sahib idilər, rəsmlər çəkirdilər, ölülərini dəfn edirdilər, əmək alətləri, silahlar düzəldirdilər.

Ən son tapıntılardan biri də 130 min il yaşında olan boyunbağıdır. Ağquyruq dəniz qartalının caynaqlarından hazırlanmış bu qədim boyunbağı bir daha sübut etdi ki, neandertallar inkişaf etmiş yaradıcı insanlar olublar. Xorvatiyanın Krapina rayonundan tapılmış bu arxeoloji tapıntı elmə 100 ildən çoxdur məlum olmasına baxmayaraq, üzərində ətraflı tədqiqatlar bu yaxınlarda aparılmağa başlanılmışdır.

Hazırda Kanzas Universitetinin Antropologiya fakültəsindən amerikalı antropoloq Devid Freyerlə (David Frayer) birgə Xorvatiyanın Zaqreb Təbiət Elmləri Muzeyinin və Dördüncü Dövr Paleontologiya və Geologiya İnstitutunun əməkdaşları tərəfindən boyunbağı üzərində araşdırmalar və analizlər davam etdirilir.

Kanzas Universitetinin rəsmi saytında yerləşdirilmiş xəbərdə bildirilir ki, boyunbağı üzərində aparılmış ən son tədqiqatlar onun neandertallar tərəfindən hazırlandığını sübut etməklə yanaşı, tapılmış hissələrin eyni boyunbağıya aid olduğu da təsdiq edilmişdir.

“The Daily Mail” xəbər portalında alimlərin məlumatına əsasən, qədim boyunbağı səkkiz qartal caynağından ibarət olduğu bildirilir. Onlardan dördü çərtilmiş, üç ən böyük olan caynağın enli hissəsində isə kiçik kəsiklər vardır. Tədqiqatçılar bu kəsiklərin caynaqlarda cilalama işlərinin aparıldığını göstərdiyini bildirmişlər.

Doktor D.Freyer: “Bu, doğrudan da, əla və gözlənilməz tapıntıdır. Bu, o qədər gözlənilməz və heyrətamiz haldır  ki, indiyə qədər tapılan əşyaların içərisində belə dəyərli bəzək əşyası olmayıb”, -deyərək öz heyranlığını bildirmişdir.

Bununla yanaşı, arxeoloqlar caynaqları əldə etmək üçün neandertalların ağırlığı 6 kq və qanad açıqlığı 2 metrə çatan yırtıcı quş olan ağquyruq dəniz qartalını necə ovladığı sualına cavab tapmaqda acizdirlər. Axı bu quşu ovlamaq üçün ibtidai hesab olunan neandertallar üçün xüsusi məharət tələb edir!

Kanzas Universitetinin rəsmi saytındakı xəbərdə doktor D.Freyerin bu tədqiqatların nəticələrinə işarə etdərək: “Neandertalların, adətən, küt, boş-boş deyinən, yöndəmsiz və sərsəm olduqlarını düşünürlər. Amma biz onlar haqqında nə qədər çox məlumatlanırıqsa, bir o qədər də onların inkişaf etmiş olduqlarına şahid oluruq”, – qeyd etdiyi bildirilmişdir.

Araşdırmaların nəticələri “PloS One” elmi jurnalında (www.plosone.org) dərc edilmişdir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)