Bəlkə hal-hazırda yuxudasınız?

Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısası,  oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…

Yuxudan oyandıqdan sonra: “Hər şey bir yuxu imiş”, -dediyimizdə isə yaşadığımızın, əslində, fiziki xüsusiyyətə malik olmadığını, hər şeyin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuzu düşündüyümüz zaman isə qəti şəkildə real dünyada yaşadığımızı düşünür və davranışlarımızı buna uyğun nizamlayırıq. Ancaq oyaq olduğumuz zaman qarşılaşdığımız hadisələr də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır. Buna görə də hal-hazırkı hisslərimizin də yuxu olmadığından əmin ola bilmərik.

Çox güman ki, oyaq olduğunuzu düşünmənizin səbəbi oxuduğunuz kitab; əlinizdə tutduğunuzu hiss etməniz, oxuduqlarınızı izah edə bilməniz, bütün hadisələrin məntiqli və səbəb-nəticə əlaqələrinə uyğun olaraq baş verməsidir. Lakin bunların hamısı (kitabı tutan əliniz, kitabın özü, ətrafınızdakı əşyalar) beyninizdə seyr etdiyiniz surətlərdir. Sizə “indi oyaqsınızmı, yoxsa xəyal görürsünüz?” kimi bir sual verilsəydi, cavabınız “əlbəttə ki, oyağam” olardı. Bəlkə bu sualı yuxularınızda özünüzə dəfələrlə vermisiniz. Lakin yuxunuzda verdiyiniz cavabın (yəni “yuxuda deyiləm, oyağam”) oyandıqdan sonra səhv olduğunu görmüsünüz. Yaxşı, bəlkə elə indi də eyni şəkildə yanılırsınız?

Kim sizə hal-hazırda yuxu görmədiyinizin, hətta bütün həyatınızın yuxu olmadığına dair zəmanət verə bilər?

Dolayısilə, yaşadığınız dünyanın həqiqiliyindən necə əmin ola bilərsiniz?

Bu görüntülərin xaricdə maddi qarşılıqları olsa belə, siz bunların əsllərinə heç vaxt yetişə bilməzsiniz.

 “Ət”dən ibarət sinirlər isığı və səsi ötürə bilərmi?

Qeyd etdiyimiz kimi, bizim görüb, qoxulayıb, dadıb, toxunub və eşitdiklərimiz  yuxudakına bənzər beynimizdəki surətlərdir.

Başdan bəri izah edilənləri yenidən düşündüyümüzdə bu həqiqət bütün açıqlığı ilə ortaya çıxar.

İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzədilmiş bir prospekti, bütün rəngləri canlılığı və parlaqlığı ilə seyr edə biliriksə, o zaman bu prospektin, işıqlı küçələrin, vitrinlərin, küçə lampalarının, avtomobillərin faralarının beynimizdə elektrik siqnallarından yaranan surətlərini görürik.

Beynimizə heç bir səs girə bilmədiyinə görə, biz heç vaxt yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz həmişə surətlərdir.

Yaxud biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz həmişə beynimizdə bunların surətlərini yaşayırıq.

Eyni zamanda, bu günə qədər heç vaxt insan nanənin əsl dadını hiss etməmişdir. Nanə hesab etdiyi dad beynində yaranan bir qavrayışdan ibarətdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə əslinin qoxusunu bilər, nə də dadına baxa bilər.

Nəticədə, onu deyə bilərik ki, xarici dünyada maddənin əsli var, ancaq biz həyatımız boyu bizə göstərilən surətlərdən ibarət hisslərlə yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini yaşadığımızı bilmirik. Məsələn, indi başınızı qaldırın və olduğunuz otağa göz gəzdirin. Özünüzü mebellər olan bir otağının içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduğunuzda sanki, həqiqətən, bu qolların əsllərinə toxunurmuş kimi bərkliyini  hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışında istifadə edilən sənətin mükəmməlliyi bir çox insanın maddənin əsli mövzusunda yanılmasına səbəb olur. Bunun səbəbi görüntünün möhtəşəm  sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə  anbaan yaradılmasıdır.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.