“Gözü düşünmək məni nəzəriyyəmdən soyutdu!” -deyə etiraf edən Darvini bu açıqlamaya sövq edən ən əsas səbəblərdən biri mükəmməl quruluşda kompleks canlıları nəzəriyyəsi ilə açıqlaya bilməməsi idi. Xəyali təkamül mexanizmlərini bir gözü əmələ gətirmək üçün lazımi yerlərdə yerləşdirə bilmirdi. Bu kompleks orqanın xəyali təkamül mərhələləri ilə əmələ gəldiyini sübut etmək üçün gözün orqanoidlərini sadələşdirməli idi, ancaq bunu edə bilmirdi.
Bu kompleks orqanın necə əmələ gəldiyini açıqlaya bilməmək təkamül nəzəriyyəsinin memarları qədər müasir təkamül tərəfdarları üçün də böyük boşluqdur. Darvinistlər kompleksliklə qarşılaşdıqları hər yerdə bu böyük boşluğu hər gün hiss edirlər. Görəsən, iddia etdikləri milyonlarla illik xəyali təkamül prosesi zamanı belə bir kompleks orqan necə əmələ gəlib? Təkamülçülər bu suala cavab vermək üçün heç bir məntiqli ssenari uydura bilmirlər.
Elmi kəşflərin üzə çıxardığı bir çox fakt nəzəriyyəni təkzib etmək üçün kifayətdir. Ancaq nəzəriyyəni kökündən məhv edən elə bir həqiqət var ki, darvinistlərin açıqlaya bilmədiyi hər mövzunu əhatə edir: bu, dövrümüzdən təqribən 530 milyon il əvvəl bütün yer üzünə yayılmış canlı müxtəlifliyi və kompleksliyidir. Təkamülçülərin haqqında inkişaf ssenariləri uydurmaq istədiyi göz təkamülçülərə görə hələ gözə bənzər bir orqanın olmadığı bir dövrdə kompleks şəkildə mövcud idi. Hələ birhüceyrəli canlıların yaşadığı bir mühitdə bir-birindən kompleks canlılar, “əcdad”larına aid heç bir qalıq olmadan, bir növ təkamül nəzəriyyəsinin əsassızlığını elan edərək ani surətdə mövcud olublar.
Fosil qeydləri o qədər güclüdür və hadisə təkamülçülər üçün o qədər dramatikdir ki, elm adamları bu dövrü “Kembri partlayışı” və ya “Bioloji Biq Bənq” adlandırırlar. Həmin dövrdən etibarən bu canlıların “əcdadı” olan Kembridən əvvəlki dövrə aid yeni fosillər axtarmaqda davam edirlər. Ancaq cəhdləri daima bir həqiqəti göstərir: ani, qüsursuz, bir-birindən fərqli və kompleks yaradılış…
Bu ani müxtəlifliyi anlamaq üçün səy göstərən təkamülçülər bunu anlaya bilmirlər: bu qeyri-adi hadisənin xüsusi bir səbəbi var. Yer üzündə baş vermiş bu dövr Kembri canlıları kimi bütün canlıların yaradıldığını göstərir. Bu dövr darvinistlərin yaradılışa qarşı apardığı mübarizəyə ən gözəl, ən təsirli, ən qəti cavablardan biridir. Allah Öz varlığının və üstün yaratma sənətinin dəlillərini bu nümunələrlə göstərir. Yer üzünü bürüyən üstün yaradılış dəlillərini görmək istəməyənlərə təqribən 530 milyon il əvvəl yaşamış yaradılış möcüzələri dəlil kimi təqdim edilir.
Leave a Reply