Körpələr danışmağı necə öyrənir?

  • İki-üç yaşlı uşaq dil dərsi almadan böyüklər kimi necə cümlələr quraraq danışmağa başlayır?
  • Danışmaq üçün bədənimizdə hansı proseslər baş verir?
  • Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?

Hər insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Təxminən hər kəs eyni yaşlarda danışmağa başladığına görə, bu vəziyyət normal görünür. Bu səbəbdən, bəzi insanlar danışmağı adi qabiliyyət kimi qəbul edir və üzərində düşünmür. Halbuki uşağın heç nə bilmədiyi vaxtda birdən-birə danışmağa başlaması böyük möcüzədir. Çünki ən sadə hesab edilən dillərdə belə sözlər kompleks dilçilik qanunları əsasında işlədilir. Dilçilik qanunları isə sözlərə cümlə tərkibində müxtəlif mənalar qazandıran riyazi əlaqələrdir.

Danışmazdan əvvəl körpələrin beynindəki hazırlıq

Körpələr təqribən 8 aylıq olduqda bütün dillər arasındakı səsləri ayırd edə bilirlər. Danışmağı öyrənməzdən əvvəl isə beyinləri ətraflarındakı səsləri qavramağa başlayır. Beyindəki bu keçidin necə baş verdiyi hələ elmə məlum deyil.

Vaşinqton Universitetində aparılan bir tədqiqat nəticəsində 7-11 aylıq körpələrdə danışıq səslərini əlaqələndirən beyin sahələrinin reaksiya verdiyi görülmüşdür.

Tədqiqat körpənin beyninin danışmağa başlamazdan əvvəl uzun söz əmələ gətirəcək şəkildə necə zəmin hazırladığını göstərir. Bu isə inkişaf üçün keçidə təsir edir.

Körpələrin çoxu 7 aylıq ikən tək-tük sözlər deməyə başlayır. Ancaq bir yaşına keçənə qədər ilk sözlərini deyə bilmirlər. Sadəcə dinləyərkən belə körpələrin beyinlərinin hərəki bölgələrində aktivləşmə olması çox önəmlidir. Çünki bu aktivləşmə sayəsində 7 aylıq körpələrin beyni geridən başa doğru danışılanları təkrarlayır və sözləri demək üçün doğru hərəkətləri etməyə çalışır. Bu sayədə körpələr sözlər deyə bilir.

Təcrübədə körpələr beyin aktivliyini ölçən beyin cihazına oturdulublar. 5, 7, 11 və 12 aylıq hər körpəyə yerli və xarici dildə “da” və “ta” kimi hecalar dinlədilib. Beyin hərəkətləri tədqiqatçılar tərəfindən qeyd edilib. Bundan əlavə, körpələrə ingilis və ispan dillərində səslər də dinlədilib. Tədqiqatçılar bu zaman beyinin eşitmə bölgəsində, broka mərkəzində və beyincikdə aktivlik müşahidə ediblər.

Motor hərəkətlərini planlaşdıran beyin qabığı körpələrin nitq qurmasında mühüm rol oynayır.

Yeddi aylıq körpələrin ana dili olan ingilis dilindən başqa xarici dil olan ispan dilini eşitdikdə də beyində aktivlik meydana gəlmişdir. Bu tədqiqat körpələrin erkən yaşlarda daha əvvəl eşitdiyi və ya eşitmədiyi hər səsə reaksiya verdiyini göstərir.

Tədqiqatçılar “Salam” və “necəsən?” ifadələrindən, yavaş və ibarəli sözlərdən istifadə ediblər, körpələr bu ifadələri və sözləri sintezləməyə çalışıblar. Eşitdiklərini müxtəlif səslər çıxardaraq təqlid ediblər.

Körpələr deyilənlərə cavab qaytarmasalar da, tədqiqatlar onlarla danışmağın nə qədər vacib olduğunu göstərmişdir. Körpələr hələ bir kəlmə belə danışmazdan əvvəl beyinləri onları gündəlik həyatdakı nitqə hazırlayır.

Körpələr hələ danışa bilmədən beyinlərinə söz əmələ gətirmək üçün lazımi əmri Allah verir. Elm adamlarını düşündürən digər maraqlı cəhət isə körpələrin beyninin həmin yaşlarda hər dildə danışılan səsə reaksiya verməsidir. Həqiqətən, bu, böyük möcüzədir.

Açıqdır ki, nitq öyrənməklə qazanılmır. Bizə bildiyimiz minlərlə sözü, sözlərin əmələ gətirdiyi mürəkkəb cümlə quruluşunu kimsə öyrədə bilməz. Məsələn, danışarkən düzgün cümlələr qururuq. Halbuki dilçilik qanunlarını bilmədən, hətta bəlkə də bir çox cümləni həyatınızda ilk dəfə qurduğunuza baxmayaraq, heç çətinlik çəkmirsiniz. Bu mürəkkəb dilçilik qanunlarını bütün həyatlarını dilləri tədqiq etməyə həsr etmiş dilçilər belə tərif edə bilmirlər.

Allahın öyrətdiyi sözlər

Dilin mənşəyi ilə bağlı bütün elmi kəşflər əsrlər əvvəl Quranda açıqlanmış bir həqiqətə diqqət çəkir: ilk insan olan hz. Adəmə (əs) yer üzündəki bütün canlılardan fərqli olaraq adlar və məfhumlarla düşünmə, bu ad və məfhumları simvollara çevirərək dil vasitəsilə xəbərləşmə qabiliyyətini Allah vermişdir. Bu həqiqət Quranda belə bildirilir:

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi. Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”, – dedilər. O: “Ey Adəm, bunların adlarını onlara bildir!”- dedi. (Adəm) onlara bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu. (Bəqərə surəsi, 30-33)

İnsanın bütün digər canlılardan fərqli olaraq adları bilməsinin səbəbi Allah`ın bu qabiliyyəti ilk insan olan hz. Adəmə (əs) bəxş etməsidir. Allah insanı yaratmış və ona başqa heç bir canlıda olmayan, məfhumlarla düşünmə və nitq qabiliyyətini bəxş etmişdir. İnsanlar üçün yolgöstərici olan Quranda Rəbbimiz bizə məfhumların qarşılığı olan isimlərlə danışmağı öyrətdiyini açıq-aydın bildirir:

Unutmaq olmaz ki, insanın bildiklərini ona öyrədən Allah`dır. “Ələq” surəsinin ilk ayələrində belə buyurulur:

Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. (Ələq surəsi, 1-5)

İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin nə qədər aralı olmasını, nə qədər titrəməsini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansının hansı ardıcıllıqda neçə dəfə gərilib-boşalmasını, ciyərlərimizə neçə kub santimetr hava alıb bu havanı hansı sürətlə və intervalla boşaltmağı hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bircə sözün əmələ gəlməsi insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərdən sümüklərinə qədər bir çox sistemin uyğun işləməsinin nəticəsidir.

Dil qanunlarının sayını cümlələrin sonsuz sayı ilə müqayisə edən məşhur dilçi Liberman dilçilik qanunlarının tam aşkar edilmədiyini bildirir. Halbuki 3 yaşında bir uşaq dilçilərin açıqlaya bilmədiyi qanunlardan istifadə edərək danışır.

Nitq qabiliyyəti beynimizə yerləşdirilmişdir

Dilin kompleks quruluşu ilə bağlı dilçilərin əksəriyyəti bir fikir ətrafında toplanıblar. Noam Xomskinin öndərlik etdiyi bu fikrə əsasən, uşağın danışması üçün beynində əvvəlcədən yerləşdirilmiş dilə aid xüsusiyyətlər olmalıdır. Xomski nitqin digər bildiklərimizdən fərqli olaraq öyrənilmədən qazanıldığını belə ifadə edir:

Qrammatika və idrak hər kəs tərəfindən, səy göstərilmədən, tez, nizamlı şəkildə sadəcə bir icmanın içində ən az ünsiyyətlə, münasibət və qarşılaşma ilə və yaşamaqla əldə edilir. Xüsusi təlimə və təhsilə ehtiyac yoxdur, əgər bu olacaqsa da, son nəticəyə yardımı məhdud olar… Halbuki, məsələn, fizika biliyi əziyyətli şəkildə nəsillər boyu ciddi çalışaraq, dəqiq təcrübələrlə qazanılır. (Noam Chomsky, On Language: Chomskys classic works: Language and responsibility and reflections on language in one volume, New Press, 1998, səh.144)

Xomski bu sözləri ilə nitqin öyrənilmədiyini, dilin əsas quruluş vahidlərinin anadangəlmə zehində mövcud olduğunu irəli sürür. Həqiqətən də dil o qədər kompleks quruluşa malikdir ki, əgər bizi buna hazırlayan daxili sistem olmasa, öyrənmək və öyrətmək qeyri-mümkündür.

Açıqdır ki, dil və ona bağlı sistemlər ən incə təfərrüatı ilə birlikdə yaradılmış, insanın xidmətinə verilmişdir. Bu biliyin sahibi nə insanın özü, nə də təsadüflərdir. Bu əsas məfhumları, tələffüz edilən sözləri, simvollarla düşünməyi və bunlara malik olan insanı yoxdan yaradan uca Allah`dır.

 

Danışmaq üçün bədənimizdə hansı proseslər baş verir?

Bir şey demək istədiyiniz anda beyninizdən gələn bir sıra əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beyinin nitq mərkəzlərinin yerləşdiyi bölgə nitq fəaliyyətinizdə rol oynayan bütün əzələlərinizə lazımi əmrləri göndərir.

Əvvəlcə ağciyərlər isti hava verir. İsti hava nitqin xammalıdır. Hava burundan içəri daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərə keçir. Havadakı oksigen ağciyərlərdə qana qarışır. Bu zaman karbon qazı da xaric edilir.

Ağciyərlərdən geri qayıdan hava boğazdan keçərkən səs telləri adlanan iki toxuma arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və birləşdikləri kiçik qığırdaqların təsiri ilə hərəkət edirlər. Danışmazdan əvvəl səs telləriniz açıq vəziyyətdə olur. Danışdıqda tellər birləşir və nəfəs verdikdə çıxan hava titrədilir.

Ağız və burun quruluşu insanın səsinin özünəməxsus olmasını təmin edir. İnsanlar sözləri ard-arda düzüb danışarkən dil damağa müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlar büzülüb-açılır. Bu proseslərdə bir çox əzələ böyük sürətlə hərəkət edir.

Danışmaq üçün bu proseslərdən hər biri tam baş verməlidir. Bu kompleks proseslər böyük sürətlə və qüsursuz baş verərkən insanın bunlardan xəbəri belə olmur.

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)