Payızda yarpaqların tökülməsinin ardındakı hikmətlər

  • Ağaclar nə üçün yarpaqlarını tökür?
  • Yarpaqların tökülməsinin hikmətləri nələrdir?

Bitkilər üçün, xüsusilə qida hasil edən yarpaqlar üçün günəş işığı çox vacibdir. Payızın gəlməsi ilə havalar soyumağa, gündüzlər qısalmağa başlayır və Yer kürəsinə gələn günəş işığı azalır. Bu azalma bitkilərdə bəzi dəyişikliklərə səbəb olur və yarpaqlarda yaşlanma proqramı adlanan yarpaq tökülməsi başlayır. Bir çox insanın əhəmiyyət vermədiyi, hətta qəflət gözü ilə baxdığı bu hadisə, əslində, heyranedici və möcüzəvidir.

Yarpaq tökülməsi ağaclar üçün əhəmiyyət daşıyır

Soyuq havalarda torpaqdakı su getdikcə qatılaşır və ağacın kökləri suyu sora bilmir. Lakin yarpaqların tərləməsi, havanın soyumasına baxmayaraq, davam edir. Suyun azaldığı dövrdə daima tərləyən yarpaqlar bitki üçün artıqlıq təşkil edirlər. Onsuz da yarpaqların hüceyrələri soyuq qış günlərində donmaya məruz qalıb parçalanacaq. Ona görə, ağaclar qış gəlməzdən əvvəl yarpaqlarını tökürlər, beləliklə, onsuz da məhdud olan su ehtiyatlarını əbəs yerə sərf etmirlər.

Ağaclar yarpaqlarını tökməzdən əvvəl yarpaqdakı bütün qida maddələrini sormağa başlayırlar. Məqsəd kalium, fosfat, azot kimi maddələrin düşən yarpaqlarla birlikdə məhv olmasının qarşısını almaqdır. Bu maddələr ağac qabığının təbəqələrinin və gövdənin ortasından keçən özəyə göndərilir və burada toplanır. Qida maddələrinin özəkdə toplanması ağacın bu maddələri asanlıqla sormasına kömək edir.

Ağaclarının yarpaqlarını tökməsinin başqa səbəbi ağaclarda heyvanlardakı kimi ifrazat sisteminə bənzər ifrazat sisteminin olmasıdır. Bildiyimiz kimi, hər orqanizm maddələr mübadiləsi nəticəsində tullantı maddələr hasil edir. Bu tullantı maddələr toplandıqda zəhərli olduğuna görə orqanizmdən xaric edilməlidir. Bitkilərdə insanlarda və ya heyvanlardakı kimi ifrazat sistemi yoxdur. Ona görə, maddələr mübadiləsinin tullantıları yarpaq hüceyrələrində vakuol adlanan orqanoidlərdə kristal formada toplanır. Yarpaqların hər payız tökülməsi ilə bitkilər bu tullantı maddələrindən xilas olurlar.

Allah bitkilərdə yarpaq tökülməsi kimi mükəmməl möcüzəvi sistem yaratmışdır. Kənardan baxdıqda adi fiziki proses kimi görünən yarpaq tökülməsi, əslində, bir çox kimyəvi prosesin ardıcıl baş verməsi ilə meydana gəlir. Yarpaq tökülməsi hər yarpağın saplağı ilə budaq arasındakı hissədə baş verən kompleks proseslər nəticəsində baş verir. Hər payızda eyni prosesin milyon illərdir baş verməsinə insanlar alışa bilərlər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaqda bir sıra mürəkkəb kimyəvi proseslər baş verir.

Yarpaq ayasındakı hüceyrələrdə fitoxrom adlanan bitkilərə rəng verən işığa həssas molekullar var. Gecələrin uzanması ilə bitkilərin yarpaqlarına daha az günəş işığı gəldiyini bu molekullar bilir. Fitoxromlar bu dəyişikliyi hiss etdikdə yarpağın içində müxtəlif reaksiyalar gedir və yarpağın yaşlanma proqramı başladılır.

Yarpaqlardakı yaşlanmanın ilk işarələrindən biri yarpaq ayası hüceyrələrində etilen hasil edilməsidir. Etilen qazı yarpağa yaşıl rəng verən xlorofili məhv edir. Başqa sözlə, ağacların yarpaqlarındakı xlorofili geri çəkir. Yarpaq tökülməsini gecikdirən böyümə hormonu olan oksin maddəsinin hasil edilməsinə mane olan da etilen qazıdır. Xlorofilin məhv edilməsinin başlaması ilə yarpaq günəşdən daha az enerji alır və daha az şəkər hasil edir. Bundan əlavə, yarpaqlara qızılı rəng verən karotenoidlər üzə çıxır və bu şəkildə yarpaqlar rənglərini dəyişirlər.

Bir müddət sonra etilen qazı yarpağın hər tərəfinə yayılır və yarpaq saplağına çatdıqda burada yerləşən kiçik hüceyrələr şişməyə başlayıb saplağın gərginləşməsinə səbəb olurlar. Yarpaq saplağının gövdəyə bitişdiyi hissədə yerləşən hüceyrələrin miqdarı artır və hüceyrələr xüsusi fermentlər ifraz etməyə başlayırlar. Əvvəlcə, sellüloz fermentləri sellülozdan təşkil olunmuş çəpərləri parçalayır, sonra pektinaza fermentləri hüceyrələri bir-birinə birləşdirən pektin təbəqəsini parçalayırlar. Getdikcə artan gərginliyə yarpaq tab gətirmir və saplaq xarici tərəfindən içəriyə doğru yarılmağa başlayır.

Yarpaq tökülməsinin ardındakı hikmətlər 

Yarpaq gövdədən tamamilə ayrıldığına görə daşıma borularından su qəbul edə bilmir, ona görə, yarpağın bitişdiyi yerlə əlaqəsi getdikcə zəifləməyə başlayır. Bir az güclü külək belə yarpağın saplağını qoparmaq üçün kifayət edir.

  • Yarpaq tökülməsi ilə ağacdakı qida hədər olmur

Allah töküləcək yarpaqlarda şüurlu mexanizm yaradıb. Yarpaq tökülməzdən əvvəl zülal və karbohidrat kimi maddələr bitkinin gövdəsində toplanır. Beləliklə, töküləcək yarpaq bu maddələri hədər etmir və yazda cücərəcək yeni yarpaqlar üçün lazımi qida ehtiyatı tədarük edilir. Bitkinin ehtiyacı olan maddələri gövdəsində toplaması Allah`ın yer üzündə yaratdığı həyatın davam etməsi üçün zəruridir.

  • Yerə düşən yarpaq başqa canlılar üçün qida mənbəyidir

Düşən yarpaqlar da mükəmməl sistemin bir hissəsini təşkil edirlər. Tökülən yarpaqların ən böyükləri torpağı qida ilə doldurur. Çünki torpağa düşən ölü yarpaqlarda həşəratlar, göbələklər və bakteriyalar üçün faydalı qida maddələri olur. Bu qida maddələrini mikroorqanizmlər parçalayıb torpağa qarışdırırlar. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan qida şəklində götürürlər.

Düşən yarpaqlar meşə torpağında humus təbəqəsi meydana gətirərək yağışın hopmasına kömək edir.

Bir çox canlı xarici amillərdən qorunmaq üçün yarpaqların altında gizlənirlər.

Şübhəsiz ki, fitoxromların günəş şüalarının azaldığını müəyyən etməsinin, yarpağın düşməsi üçün lazımi bütün fermentlərin uyğun zamanda işə düşməsinin, saplağın qopacağı yerdə hüceyrələrin xüsusi fermentlər ifraz etməyə başlamasının nə qədər möcüzəvi olduğu ortadadır. Ardıcıl işləyən və hər mərhələsi planlı, bir-biri ilə əlaqədar olan bu qüsursuz proseslər ardıcıllığının təkamülçülərin iddia etdiyi kimi təsadüflə açıqlanması qeyri-mümkündür. Bütün bu proseslərdəki zaman təyini də mükəmməldir. Yarpaq tökülməsi Allahın qüsursuz planı ilə mükəmməl işləyir.

Allahın incə sənətinə bir nümunə: yarpağın qopduğu hissənin mikrobdan qorunması

Yarpaqdakı qida hasilatının dayanması, yarpağın saplağından qopmağa başlaması və qopub düşməsi ilə böyüyən yarığın ətrafında sürətlə dəyişikliklər gedir. Yarpaq saplağı ilə qopub düşdükdən sonra qopduğu hissədə hüceyrələr dərhal suberin (göbələk) ifraz etməyə başlayırlar. Beləliklə, yaranın üstü kallus adlanan mantar toxuması ilə örtülməyə başlayır. Bu maddə sellüloz çəpərinə yavaş-yavaş yerləşərək onun güclənməsinə kömək edir. Bu toxuma vasitəsilə bitkidə su itkisinin qarşısı alınır, qışın soyuğu, havadakı zərərli qazlar, bakteriya və göbələk kimi patogenlərdən də qorunur. Şübhəsiz ki, bu sistemi qüsursuz şəkildə bitkilərə yerləşdirən Allahdır.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)